Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “HEYDƏR ƏLİYEV İli”nə həsr olunmuş uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və bədii zövqünü inkişaf etdirilməsinə xidmət məqsədi ilə keçirilən “AZƏRBAYCANIM” VI RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərçivəsində elan olunmuş müsabiqəyə əsər qəbulu başa çatdı.
Mövzusu güllər olan müsabiqəyə şəhər və bölgələrimizin 500-dən çox məktəb və ya yaradıcılıq müəssəsindən 2500-ə qədər uşaq, yeniyetmə və gənc 3000-dən çox əsər göndərmişlər.
Nəzərinizə çatdıraq ki,seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla kənar müdaxiəsiz(müəllim,validein) və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük veriləcək.
Yaxın günlərdə seçimin nəticələri və sərgi vaxtı Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin medya hesabları üzərindən paylaşılacaq.
Seçim 3 yaş kateqoriyası üzrə aparılacaq və hər yaş kateqoriyasına ayrıca sərgi keçiriləcək: 11 yaşa qədər, 11-16 və 16-21 yaş arası.
I turdan keçmiş əsərlər sərgilənmək Xətai Sənət Mərkəzinə dəvət olunacaqdır.
Seçimdən narazı qalanlar (müəllim, valideyn və şagird ) seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində 0513107401 whatsapp ilə əlaqə saxlayıb onun üçün təyin olunmuş bir vaxtda Xətai Sənət Mərkəzinin dərnək müəlliminin nəzarəti ilə rəsm çəkməklə özünü təsdiq edə bilər.
Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.
Hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət olunacaq.
Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq diplom və hədiyyələrlə mükafatlandırılacaq.
Tədbirin dəstəkçisi Hollandiyanın boya markasıolan“Royal&Talens”in Artcreation brendidir.
Hüseynbala Həsən
/atributinfo.az/
