Bu sözləri "Atributinfo.az"-a açıqlamasında
Saarlı Rayon İcra Hakimiyyətində İctimai siyasi və Humanitar məsələlər şöbəsində baş məsləhətçi
Aqsin Məmmədov demişdir.
O, vurğulamışdır ki,
həyatda belə böyük sevgi qazanmaq, özündən sonra belə əziz duyğular, nurlu xatirələr qoyub getmək – belə xoşbəxtlik çox az adamın taleyinə yazılır.Akademik Zərifə Əliyevanın ömür kitabında Azərbaycan naminə misilsiz xidmətləri olan görkəmli dövlət xadimlərinin taleyi yaşayır.Sözsüz ki, Zərifə xanımın zəngin daxili aləminin formalaşmasında ailəsinin, valideynlərinin çox böyük rolu olmuşdu. Tanınmış alim və həkim, keçmiş SSRİ-də böyük nüfuz qazanmış bir dövlət xadimi Əziz Əliyevin qızı məhz Zərifə xanım kimi olmalı idi. Akademik Mustafabəy Topçubaşovun adi həkim deyil, bütün cəmiyyətin loğmanı adlandırdığı Əziz Əliyev böyük ürək sahibi, geniş biliklərə, yüksək mənəviyyata malik şəxsiyyət idi. Övladlarının ona sevgisi onların sənət seçiminə də təsir etmişdir. Bu ailənin üç övladı – Tamerlan, Zərifə və Cəmil həkimlik sənətini seçmişlər.
,"Atributinfo.az"
