Bunu "Atributinfo.az"-a Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib.
O bildirib ki, araşdırma davam edir:
“Həm Xarici İşlər Nazirliyi, həm də konsulluq bu işlə məşğuldur. Hələ ki, bir yenilik yoxdur”.
Qeyd edək ki, Almaniyada yaşayan Azərbaycan vətəndaşı 1997-ci il təvəllüdlü Fərid Səfərli İranda itkin düşüb. Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verib.
Zahir Məmmədov
"Atributinfo.az"
