Sizin reklam burada
Sizin reklam burada
  • Xətai Sənət Mərkəzində “Azadlıq aşiqləri günü - 20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçirildi

    Xətai Sənət Mərkəzində  “Azadlıq aşiqləri günü - 20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi  keçirildi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə azadlıq mübarizəmizin parlaq səhifələrindən olan 1990-cı il 20 yanvar hadisələri zamanı xalqımızın nümayiş etdirdiyi əzmi və fədakarlığı bir daha unutdurmamaq məqsədi ilə “Azadlıq aşiqləri günü - 20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi 17 yanvar 2019-cu il saat 16:00-da Xətai Sənət Mərkəzində keçirildi.
    Nəzərinizə çatdırırıq ki, müsabiqəyə 400-ə yaxın uşaq, 700-ə qədər əsər təqdim etmişdir. Sərgidə münsiflər heyətinin seçimi ilə 110 uşağın 120-yə qədər əsəri həmçinin, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı ilə 20-dən artıq yeniyetmə və gəncin qanlı yanvara aid əsəri, o cümlədən, 20 yanvar hadisələrinin canlı şahidi Əməkdar rəssam Rəfael Muradovun “Qara Yanvar” əsəri sərgiləndi.
    Sərgini giriş sözü ilə açan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov 20 yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq mübarizəsini kuliminasiya nöqtəsi olduğunu və bu gecə Azərbaycan dövlətinin müstəqilliyi və azadlığı üçün əhəmiyyət daşıdğından danışdı.
    Sonra natiqlərdən Azərbaycan Rəssamlar İttifaqının katibi, professor Ağaəli İbrahimov, sənətşünas Ziyadxan Əliyev, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov sərginin əhəmiyyətindən danışdı 20 yanvar şəhidlərinin bir qürur və qəhrəmanlıq nümünəsi olduğu qeyd edildi.
    Tədbirin sonunda sərgilənən işlərin müəllifləri diplomla, fəal tədris mərkəzləri - dərnək, incəsənət məktəbləri təşəkkürnamə ilə təltif olundular.
    Qeyd edək ki, müsabiqədə Bakı və Bakıətrafı qəsəbələrdən, həmçinin, Masallı, Lənkəran, Sumqayıt, Quba, Qax bölgələrinin məktəbliləri, o cümlədən 1 nömrəlı Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyası, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, 5 nömrəli Uşaq İncəsənət Məktəbi, H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzi rəsm kursu, Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbi, Masallı Rayon Onbirillik İncəsənət Məktəbi Rəssamlıq Şöbəsi, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, Zəngin Tədris Mərkəzi və başqa kollektivlər xüsusi fəallıq göstərdilər.

    Xətai Sənət Mərkəzində  “Azadlıq aşiqləri günü - 20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi  keçirildiXətai Sənət Mərkəzində  “Azadlıq aşiqləri günü - 20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi  keçirildiXətai Sənət Mərkəzində  “Azadlıq aşiqləri günü - 20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi  keçirildiXətai Sənət Mərkəzində  “Azadlıq aşiqləri günü - 20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi  keçirildiXətai Sənət Mərkəzində  “Azadlıq aşiqləri günü - 20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi  keçirildi
    Xətai Sənət Mərkəzində  “Azadlıq aşiqləri günü - 20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi  keçirildiXətai Sənət Mərkəzində  “Azadlıq aşiqləri günü - 20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi  keçirildiXətai Sənət Mərkəzində  “Azadlıq aşiqləri günü - 20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi  keçirildiXətai Sənət Mərkəzində  “Azadlıq aşiqləri günü - 20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi  keçirildiXətai Sənət Mərkəzində  “Azadlıq aşiqləri günü - 20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi  keçirildiXətai Sənət Mərkəzində  “Azadlıq aşiqləri günü - 20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi  keçirildiXətai Sənət Mərkəzində  “Azadlıq aşiqləri günü - 20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi  keçirildiXətai Sənət Mərkəzində  “Azadlıq aşiqləri günü - 20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi  keçirildiXətai Sənət Mərkəzində  “Azadlıq aşiqləri günü - 20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi  keçirildiXətai Sənət Mərkəzində  “Azadlıq aşiqləri günü - 20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi  keçirildiXətai Sənət Mərkəzində  “Azadlıq aşiqləri günü - 20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi  keçirildiXətai Sənət Mərkəzində  “Azadlıq aşiqləri günü - 20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi  keçirildi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ