31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhid ailələri ziyarət olunub. Belə ki, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bagirovun təşəbbüsü ilə Saatlı RİH - nin əməkdaşları bayram günlərində şəhid ailə üzvlərinə baş çəkib, onların qayğıları və problemləri ilə maraqlanıblar.
"Atributinfo.az" xəbər verir ki, Saatlı Rayon İcra Hakimiyyəti başçısı aparatından verilən məlumata görə bayramlarla əlaqədar rayonda olan şəhid, qazi və aztəminatlı ailələrə bayram sovqatı paylanılıb. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Bəradər
"Atributinfo.az"