Sizin reklam burada
Sizin reklam burada
  • "Qəlbimizdə yaşayanlar" kitabının Suraxanı rayonu 101 saylı məktəbdə təqdimatı oldu

    Mayın 1-i Əmi Məmmədov adına 101 nömrəli tam orta məktəbdə şəhid Dostəli Məmmədovun adını daşıyan 4 "b"sinif şagirdləri "Qəlbimizdə yaşayanlar!" adlı tədbir təşkil ediblər. "Atributinfo.az" xəbər verir ki, tədbirdə şəhid Dostəli Məmmədovun anadi Əzimə xanım, atası Seymur bəy, məktəbin direktoru Xəyalə Əzizova,
    İbtidai sinif müəllimi Elnarə Abidova
    Təşkilati işlər üzrə direktor müavini Elnarə Məmmədova, məktəbin psixoloqu Mətanət Rəhimova, məktəbin şagird və valideyn kollektivi iştirak edib. Tədbir boyu şairə Esmira Günəşin şəhid Dostəli Məmmədova həsr etdiyi şeirlər səsləndirilib. Daha sonra qonaqlar çıxış edərək şəhid ailəsinə səbr diləyib. Şairə Esmira Günəş isə öz çıxışı zamanı yeni nəşr olunmuş "Qəlbimizdə yaşayanlar" kitabını imzalayaraq həm şəhidin anasına, həm də, məktəbin direktoru Xəyalə Əzizova təqdim edib.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun!

    Esmira Günəş
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ