04 okt 17:13yazarlar

Azərbaycanlı traktorçunun oğlu Dağıstana rəhbər gəlir - Səbuhi Məmmədli yazır...

Azərbaycanlı traktorçunun oğlu Dağıstana rəhbər gəlir - Səbuhi Məmmədli yazır... 69 ildən sonra 68 yaşlı Azərbaycan kökənli şəxsi Dağıstana rəhbər vəzifəyə gətirirlər. Daha doğrusu, Rusiya prezidenti Vladimir Putin bu barədə qərar verdi dünən. Vladimir Vasilyev adlı keçmiş polis generalını Dağıstan Respublikasına başçı vəzifəsinə təyin etdi.
Sonuncu dəfə Dağıstanın azərbaycanlı rəhbəri Əziz Əliyev olmuşdu. 1945-ci ildən 1948-ə qədər. Ötən 69 il ərzində Dağıstana 3 xalqın nümayəndəsi rəhbərlik edib əslində. Ya avarlar, ya darginlər, ya da kumıklar. Budur, Ramazan Abdulatipovun istefasından sonra hamının Dağıstan rəhbərliyinə ləzgi Sergey Məlikovun və ya dargin Maqomedsalam Maqomedovun gətiriləcəyini düşündüyü halda, Putin bütün proqnozları alt-üst etdi: “Dağıstana Vladimir Vasilyev rəhbərlik edəcək”.
Hə, dərbəndli azərbaycanlı Əbdüləli Hüseynovun oğlu Vladimir.
Vladimir və Vasilyev adları sizlərdə çaşqınlıq yaratmasın. Bu məqama qayıdacağıq. Hələliksə 70 il əvvələ dönək...
***
25 yaşlı Əbdüləli müharibədən təzə qayıtmışdı. Elə vətəndaşı olduğu ölkə də müharibənin ağrı-acısını təzə-təzə unudurdu. SSRİ dağılmış ərazilərini bərpa etmək niyyətindəydi, təbii. Amma 30 milyon insan itirən bu dövlətdə müharibənin dağıtdığı əraziləri bərpa etmək üçün işçi qüvvəsi çatışmırdı. Ona görə də müharibənin ziyan vurmadığı bölgələrdən, ziyan görən şəhərlərə kütləvi insanlar köçürməyə başladılar. İşçi və ən əsası, mütəxəssis çatmadığından əyalətlərdən belə fəhlələrə ehtiyac vardı.
Əbdüləli də bu çağırışa səs vermişdi. Ata-anasıyla sağollaşıb, üz tutmuşdu Moskva vilayətinə, daha doğrusu Klinsk şəhərinə. Bu şəhərdə traktorçu işləyirdi.
...Günlərin bir günü elə həmin şəhərdən olan Nadejda İvanovna Vasilyevayla tanış olur. 19 yaşlı bu qız da ilk baxışdan vurulur bizim bu Əbdülə. İlk tanışlıqdan 6 ay sonra gənclər evlənmək qərarına gəlirlər. Bir il sonra isə ailədə ilk övlad dünyaya gəlir. Adını Alik qoyurlar.
Alik 1 yaşına çatanda isə Əbdüləli vətəninə, Dərbəndə qayıtmaq fikrinə düşür. Nadya da etiraz etmir. “Moskva-Bakı” qatarı onları düz Dərbəndədək gətirir. Amma…
...Hə, əsil mərəkə də bundan sonra başlayır. Mühafizəkar Hüseynovlar ailəsi bu “kafir qızını” qəbul etmək istəmir. Hətta evə belə buraxmırlar. Əbdüləli ailəsiylə bir müddət qohumlarıgildə qalır. Amma ata-anası burada da onlara göz verib, işıq vermir. “Bu qızı təcili boşa, başı bağlı müsəlman qız al, yoxsa bizim oğlumuz deyilsən”.
Gənc ailə çar-naçar yenidən Klinskə qayıdır. Amma Əbdüləli Klinskdə çox qalmır. Oğlu Alikin üzündən öpüb, qayıdır Dərbəndə.
Nadya Aliki tək böyüdür. Əvvəlcə adını dəyişir, Vladimir qoyur, sonra isə familiyasını. Öz soyadına keçirir. Hüseynov Alik dönüb olur, Vladimir Vasilyev.
İki ildən sonra isə Nadejda yenidən ərə gedir. Qazax Asanbayev Ali Asanbayeviçə. Elə Əbdüləli də evlənir. Başqa uşaqları dünyaya gəlir. Klinskdə olduğu kimi, Dərbənddə də traktorçu işləməyə davam edir. Əbdüləli Dərbənd şəhərində 5-ci mahalda yaşayırdı. Hamı onu zəhmətkeş fəhlə baba kimi tanıyırdı. Elə oğlu Kamil də sadə peşə adamyıdı, elektrik işləyirdi. O biri oğlu İsmayıl da onun kimi.
Amma Alik, daha doğrusu Vladimiri bütün Rusiya tanıyacaqdı…
...Ən böyük arzusu milis olmaq idi. Əvvəlcə SSRİ DİN yanında milis məktəbini bitirir. Sonra isə SSRİ DİN akademiyasını.
1972-1983 Moskva milisində məsul vəzifələr tutur. 1987-ci ildə isə Moskva milisində rəhbər vəzifəyə gətirilir. 1991-1992-ci illərdə Rusiya DİN-də idarə rəisi təyin edilir. Daha sonra Moskva şəhər milisində qərargah rəisi vəzifəsini tutur.
26 aprel 1997-ci ildə Rusiya daxili işlər nazirin müavini təyin olunur. Bundan sonra onun vəzifə irəliləyişi Putinlə bağlı olur.
31 may 1999-cu ildə Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilir. Bu vəzifədə 2001-ci ilə qədər qalır. Daha sonra yenidən DİN-ə qayıdır. Nazir müavini kimi.
Onun həyatında ən böyük uğurlarından biri də məşhur “Nord-Ost” əməliyyatıyla bağlıdır. Çeçen terrorçular 2002-ci ilin oktyabrında Moskvada yerləşən Dubrovka Teatr Mərkəzini tutub tamaşaçıları girov götürəndə, məhz danışıqlara o getmişdi. Neçə-neçə girovun azad olunmasına çalışmışdı. Bu hadisədən sonra isə peşəkar karyerasına son qoymuşdu. Namizədlik dissertasiyası yazmışdı. Uğurla müdafiə etmişdi.
***
Amma tale onu siyasətə gətirib çıxarmışdı. Hakim “Yedinaya Rossiya”nın sıralarından bir neçə dəfə Dumaya deputat seçildi. Dumada bu partiyanın fraksiya sədri oldu. Duma sədrinin müavini vəzifəsini tutdu. İndi də Dağıstana rəhbər göndərilir.
Anasından və atasından fərqli, bir dəfə ailə qurub. Xanmı Lyudmila Dmitriyevna Odintsova iqtisadçıdır. Qızı Yuliya da onun kimi.
“Atasının onu atmasına baxmayaraq, Vladimir Dərbəndi və onu unutmayıb. Bir neçə dəfə bu şəhərə gəlib, traktorçu atasıyla görüşüb. Ögey qardaşı Kamillə - hansı ki indi təqaüddədir - hələ də əlaqə saxlayır. Başqa bir ögey qardaşını, İsmayılı isə Sankt-Peterburqda işə düzəldib. O, Dərbəndi çox sevir”.
Bunu bizə Dərbənddə yaşayan həmkarımız Telman Tahirli deyir. Telman onu da deyir ki, Əbdüləli kişi bir neçə il əvvəl vəfat edib. Alik atasının dəfninə isə gələ bilməyib. Amma sonradan ögey qardaşlarına baş sağlığı verib.
…İndi isə özü şəxsən gəlir…
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayonu Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb 00:24Əfqan Quliyevin seçicilər ilə görüşü uğurla davam edir - FOTOLAR 00:17103 saylı dairənin qalibi Elmar Musayev olacaq 00:17Abşeron rayonu 45 saylı Dairə Seçki Komissiyası tərəfindən namizədliyi qeydə alınan Cəmil Zəbhulla oğlu Dadaşovun seçkiqabağı PLATFORMASI 00:16Azərbaycan gimnastı: Mən bütün gücümü Bakıdakı Dünya kubokuna yönəldəcəyəm 23:57Son 5 ildə 160-dək cinayətkar Azərbaycana ekstradisiya edilib 23:54Türkiyədə zəlzələdə ölənlərin sayı açıqlandı 23:50Heydər Əliyev Mərkəzində "Bakı və Moskvada onları sevirlər" fotosərgisi açılıb 23:46Bakıda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, tibb işçiləri xəsarət alıb 23:35"Bakcell" və INNOLAND gənc developerləri investorlarla tanış edib 23:31Xırdalan qəbiristanlığı sökülür? - RƏSMİ AÇIQLAMA 21:47Çində yeni koronavirusa yoluxanların sayı 644-ə, ölənlərin sayı isə 18-ə çatıb 21:43Qubada körpələr evi yanıb 21:42Azər Paşa Nemətov: 2020-ci il üçün Akademik Milli Dram Teatrının planları böyükdür 21:33Prezident İlham Əliyev “Swiss Re” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti ilə görüşüb 21:24Xalq artistləri Adil Əliyevi dəstəkləyiblər 11:07Yunanlar ölkələrinin miqrant axınına tab gətirə bilməyəcəklərindən qorxurlar 11:03Bu komandalar Türkiyə kubokunun dörddəbir final mərhələsinə yüksəlib 10:59Paytaxtda saxta pulla telefon alan şəxs saxlanıb 10:56Biləsuvarda İran vətəndaşlarından 16 kq narkotik və silah-sursat ələ keçirilib 10:52Bakıda növbəti 7 ildə 11 metrostansiya tikiləcək 10:47Hərbi liseylərə və Hərbi Tibb Məktəbinə tələbə qəbulu iyulun 19-da aparılacaq 10:4329 saylı Səbail seçki dairəsindən YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayon gəncləri ilə görüş keçirib 15:30“XOCALI - ŞƏHİD ŞƏHƏR” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilir 15:21Ağac kəsən şirkət 26760 manat cərimələnib 12:33İngiltərə Premyer Liqasının 24-cü turuna başlanıb - NƏTİCƏLƏR 12:24Tahir Budaqov: "Əhalinin müəyyən faizinin siyahıyaalmadan kənarda qalması ola bilər" 12:19Badamdarda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reyd keçirilib 12:13Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib 12:09Məzahir Pənahov: Parlament seçkiləri ilə əlaqədar MSK-ya 32 müraciət daxil olub 12:05Ağalar Vəliyev Milli Qəhrəman və şəhid ailələri ilə görüşdü - FOTOLAR 23:27Saatlılar yenə də Əhliman Əmiraslanova səs verəcəklər 23:15Seçicilər Güloğlan Cabbarova söz verdi-SƏSİMİZ SƏNİNDİ 23:10Azərbaycan ictimaiyyəti 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir 21:27Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər 21:23YAP Səbail rayon təşkilatı və 132-134 saylı Təhsil Kompleksinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirildi 21:04Bakıda istirahət mərkəzində yanğın olub 20:40Mübariz İbrahimovun şücaətindən bəhs edən və şəhidlərin xatirəsinə ithaf olunan “Mübariz” operasının premyerası keçirilib 20:33XİN: 20 Yanvar hadisələrinin sifarişçiləri və icraçıları cəzalandırılmalıdır 20:15Yol polisi niyə ləğv edilməlidir? - QƏRƏZLİ YANAŞMA 20:06Yağıntılı havada avtomobili necə idarə etməli? 20:03Vaqif Əsədovdan sürücülərə səs siqnalı ilə bağlı MÜRACİƏT 20:42Vaqif Əsədovdan sürücülərə səs siqnalı ilə bağlı MÜRACİƏT 20:42Azərbaycan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib 20:50Azərbaycanda qədim kəhrizlər bərpa ediləcək 20:45Tailandda yeni tip koronavirusa yoluxanların sayı artıb 20:30Bakıda narkoşəbəkə üzvləri polisə müqavimət göstərdi, qəza törətdi 20:23Xama və pendir qutularında narkotik və psixotrop maddələr tapıldı 20:1720 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq karate turniri keçiriləcək 20:11Multikulturalizmin Azərbaycan modeli UNESKO-da müzakirə edilib 20:05Bakcell yeni “099” prefiksini istifadəyə verib 19:55Bakıda saxta spirtli içkilər hazırlayıb satan dəstə üzvləri saxlanılıblar 14:21Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb 14:18Dmitri Solonnikov: Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycanın ciddi diplomatik qələbəsidir 14:17Azərbaycanda vergi daxilolmalarının həcmi tarixi maksimuma çatıb 14:15Azərbaycana elektriklə işləyən 100 ədəd “London taksisi” gətiriləcək 14:13Bakıda “parklanma ödənişsizdir” lövhələri quraşdırıldı 14:12Türkiyə yenə Rusiyadan analoqu olmayan silah alır: 2 ay sonra... 14:10İranlı qadın aparıcılardan HÖKUMƏTƏ ETİRAZ - İstefa verdilər 14:09Gözlənilməz QƏRAR - Sergen Yalçın komandadan GÖNDƏRİLDİ 14:08