Sizin reklam burada
Sizin reklam burada
  • Ülvi Aydın - Gözlərimi ağlar qoydun, vəfasız!

    Gözlərimi ağlar qoydun, vəfasız!

    Həsrətinlə hər gün durdum yolunda,
    Tutammadım bircə dəfə qolundan,
    Xəbərin olmadi heç bir halımdan,
    Gözlərimi ağlar qoydun, vəfasız!..

    Güllər iiçrə ən sevdiyim gül idin,
    "Ay can" deyən şirin şəkər dil idin.
    Gözlərimə sığal çəkən əl idin,
    Gözlərimi ağlar qoydun, vəfasız..

    Xəyalımda tellərini darardım,
    Səndən ötrü qayaları yarardım,
    Xoşbəxtliyi səndə gəzib arardım,
    Ağlar qoydun gözlərimi, vəfasız!..

    Ülvinin ömrünü verdin yellərə,
    Həsrət qoydun məni sənli illərə,
    Çıxammıram xəcalətdən ellərə,
    Gözlərimi ağlar qoydun, vəfasız!..

    ATA

    Qəlbimdə döyünən, qəlbimdə vuran,
    Dağ kimi vüqarlı arxamda duran.
    Yolumda Fərhad tək dağları yaran,
    Sənə qurban olsun ürəyim, ata!

    Çox çəkmisən məndən ötrü zəhməti,
    Verməmişəm layiqincə qiyməti.
    Dizimin taqəti qolum qüvvəti,
    Həmişə dayağım, gərəyim ata.

    Ayağıma bir daş dəysin qıymadın,
    Bir kimsəyə möhtac olum qoymadın.
    Qayğı çəkdin yorulmadın, doymadın,
    Hər zaman ümidim, gərəyim ata.

    Könlüm

    Yenə qəm icində itib batırsan,
    A mənim sinəsi yaralı könlüm.
    Bizi kim ayırdı, aralı saldı,
    Get məndən uzaq dur, aralı, könlüm!

    Nədən gözü yaşlı boylandın, baxdın,
    Yandırdın bir daha qəlbimi, yaxdın.
    Qəfil şimşək olub ömrümə çıxdın,
    Sənə nə eyləyib zavallı könlüm?

    İnsaf et, Ülvinin sonuna çıxma,
    Hələ qurulmamış evini yıxma.
    Özünü ələ al, düşün, darıxma,
    A başı bəlalı, havalı könlüm!

    Biz niyə yuxuda görüşməliyik?!

    Yaradan yaratdı bizi də əlbət,
    Bəxş etdi bizə də sevgi, məhəbbət.
    Həyatda qovuşmaq olmadı qismət,
    Biz niyə yuxuda görüşməliyik?

    Eşqımı daşlara çırpıb gedibsən,
    Sən könül evimi viran edibsən.
    Sən necə adamsan, sən necə tipsən,
    Biz niyə yuxuda görüşməliyik?

    Deyirdin kasıbsan, sevə bilmirəm,
    Necə sığışaram evə bilmirəm.
    Soyuqmu qurduğun yuva, bilmirəm,
    Biz niyə yuxuda görüşməliyik?

    Hər gecə yuxuda görürəm səni,
    Sevgi sarayıma hörürəm səni.
    Boş yerə özümü yoruram,- yəni,
    Biz niyə yuxuda görüşməliyik?

    Yorub nahaq yerə Ülvi Aydını,
    Yoxladın min kərə Ülvi Aydını.
    Salarsan haa şərə, Ülvi Aydını,
    Biz niyə yuxuda görüşməliyik?

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ