Sizin reklam burada
Sizin reklam burada

Bəradər Səməndərli: "ÇALIŞ, TİKANSIZ YAŞA"

Bəradər Səməndərli: "ÇALIŞ, TİKANSIZ YAŞA" Bəradər Səməndərli

ÇALIŞ, TİKANSIZ YAŞA

Beş-on günlükdü həyat,
Çalış, tikansız yaşa.
Bir də görəcəksən ki,
Ömür çatıbdı başa,
Çalış, tikansız yaşa.

Demə, ömrün "yay"ıdır,
Bu, bir Tanrı payıdır.
Muğamata qayıdır,
İnsan dolduqca yaşa,
Çalış, tikansız yaşa.

Elə düşünmə ki, sən,
İmtahandan keçmisən.
Hədəfi düz seçməsən,
Oxun dəyəcək daşa,
Çalış, tikansız yaşa.

Nə əksən, çalacaqsan,
Nə versən, alacaqsan.
Sonunda qalacaqsan,
Əməlinlə baş-başa,
Çalış, tikansız yaşa.

Ürək var ki, ehsandı,
Mələk var ki, insandı.
İnsan deyil, Şeytandı,
Bürünüb al-qumaşa,
Çalış, tikansız yaşa.

Qalan əməllərindi,
Yazan öz əllərindi.
Zaman "gözəllər"indi,
Baxan da yoxdur yaşa,
Çalış, tikansız yaşa.

Hər yetəndən dost olar?-
Saxta "sağlıq", "tost" da var.
Dostunun da dostu var,
Sirri vermə sirdaşa,
Çalış, tikansız yaşa.

Yığdığın dünyanındı,
Bəradər, bu qanundu.
Dərk edib, duyanındı
Axirət, başdan-başa,
Çalış, tikansız yaşa.

XATIRLAYIRIQ

Bu günün işini sabaha qoyub,
Dünəni həsrətlə xatırlayırıq.
Sabahkı hesabat bu gündən keçir,
Canı can evinə hazırlayırıq,
Dünəni həsrətlə xatırlayırıq.

Dünən də bu günün xatirəsidi,
Yaşanan bir ömrün fasiləsidi.
Yağan yağış deyil, qar dənəsidi,
Bəyaz saçımızda dəni sayırıq,
Dünəni həsrətlə xatırlayırıq.

O dünya, bu dünya-tərəzi gözü,
Qalıb məngənədə tarazın özü.
Gedib oyunlarda qarası gözün,
Şah bizi qoysa da mat, oynayırıq,
Dünəni həsrətlə xatırlayırıq.

Kiçik "sənətçi"lər böyük ad alır,
Əsl istedadlar kölgədə qalır.
Kimlərin əlilə kimlər ucalır?-
Səpir bədənimiz, qotur yayırıq,
Sabahı həsrətlə xatırlayırıq.

İtmişik dumanda, azmışıq çəndə,
Kənd dönüb şəhərə, şəhərsə kəndə.
Bəradər, yaddaş da qalmayıb səndə,
Çəkimizdən artıq "yük" daşı…

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ