Sizin reklam burada
Sizin reklam burada

Xatirələr düzüm-düzüm

Xatirələr düzüm-düzüm
Bağçamızda qəfil bir lalə bitdi
Pəncərəmdə qərib bir bülbül ötdü
Dönə-dönə o yerlərə boylandım
Qarabağım, bu günlər üçün yaşadım.

Bəzən insana möcüzə kimi görünən arzu,xəyallarının gerçəkləşməsi mümkünsüz görünür.Kədər qəm girdabında boğulursan.Yalvarış dolu gözlərlə sonsuz göylərə üz tutursan.
Allaha yalvarır,kömək diləyirsən.Necə ki, möhtərəm prezidentimiz Ağdam məscidində əlində Quran, çox səmimi bir şəkildə belə söylədi : “Mən Kəbədə Həcc ziyarətində olarkən Allaha yalvarırdım ki, bu haqq mübarizəmizdə bizə kömək olsun.Kafir düşmən üzərində qələbə çalaq”. Tanrı ona açılan əlləri geri qaytarmadı. Allahın mərhəməti və cənab Prezidentin qətiyyətli, düzgün siyasəti nəticəsində mümkünsüz xəyallarımız gərçəkləşdi. Bütün xalq onun ətrafında möhkəm birləşdi. İndi hamı Allaha dua edir ki, Prezidentimizi-əziz övladlarını qorusun ki,bu qələbə tamamlansın, azad olunmuş torpaqlarımızı cənnətə döndərsin.İnsanlar öz doğma yuvalarına dönsün.
Bu mənim də ən ağrılı yerimdir. İllərdir arzuladığım yerləri gəzmək, doğmalarımın qəbirlərini ziyarət etmək istəyirəm. İstəyirəm ki, başıma atamın məzar daşını qoyub pıçıldayam :
Rüzgar olub saçlarını oxşasam,
Nəfəsini çiçək kimi qoxlasam,
Çox yorğunam, dizlərində yuxulasam,
Duyarsanmı məni ata, ay ata?
Söylə, rahat uyarsanmı, ay ata? - deyə Vəsilə xanım kövrəlir.
Kimdir Vəsilə xanım? 1958-ci il martın 22-də Cəbrayılın Süleymanlı kəndində dünyaya göz açan- ardını öz yazdığınız mətinlə davam edirsiz.
Prezidentimiz hər zaman inamla deyirdi ki ya sülh, ya da hərb yolu ilə torpaqlarımızı işğaldan azad edəcəyik. Torpaqlarımızın azad olmasında igid övladlarımız canlarından keçdi. O qəhrəmanların müqəddəs arzularından biridə Şuşaya bayraq taxmaq, xarıbülbül gülünü əsirlikdən qurtarmaq idi.
Xarıbülbül!
Deyirlər İbrahim xanın qızı Ağabəyim xanım siyasi məqsədlə İran şahı Fətəli xana ərə verilir. O Tehranda çox darıxar və hüzünlü bir şəkildə bu bayatını söyləyərmiş :
Əzizinəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Xanımını çox sevən Fətəli xan Qarabağdan xarıbülbül gülünü gətirdib bağçasında əkdirir, gül Ağabəyim xanımın təsəllisi olur. Vəsilə xanım göz yaşları ilə deyir : “İndi Azərbaycanın hər yerini, hər evini, ocağını xarıbülbül igidlik,azadlıq, şəhidlik rəmzi kimi bəzəyir”.
Vəsilə xanım bədahətən bu bayatıları söyləyir :
Xarıbülbül-yaşam gülüm,
Əsirlikdən qaçan gülüm,
Şəhidlərin məzarında,
Son arzutək açan gülüm.
Xarıbülbül!Təksən, gülüm,
Arzusan,istəksən gülüm,
Xaiş etsəm, Şəhidlərin,
Məzarında bitsən, gülüm.
Sənə qoşan Şəhidlərin,
Silah tutan o əllərin,
Anaların, gəlinlərin,
Göz yaşı ilə axan gülüm.
Qalib bir ölkənin qürurlu bir vətəndaşı kimi, məndə öz bağçamı xarıbülbül gülləri ilə bəzəyəcəm.Bu güllərə hər baxanda mənə həm fərəhli, sevincli günlərimizi həm də Allah dərgahında ən ali məqama ucalmış şəhidlərimizi xatırladacaq. Deyirəm, bu şirin, gözəl qələbə dadını bizə yaşatdığınız üçün daim var olun əziz Prezidentimiz!

Vəsilə Nəcəfova

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ