Sizin reklam burada
Sizin reklam burada
  • Ceyhun Nurani: "Aşıq Şakir, qalx məzardan çal görüm "

    Ceyhun Nurani: "Aşıq Şakir, qalx məzardan çal görüm "
    Ceyhun Nurani
    (Ceyhun Şərifov)

    Nə edim?

    Ovlayıb qəlbimi yar, çeşmi - xumarın nə edim?
    Quzğunun caynağı tək, müjganı yarın nə edim?

    Necə qürurla gedir, dönüb baxmayır geriyə.
    Dalınca hərlənirəm, pozmur qərarin nə edim?

    Baxdıqca hüsnünə mən, körpə tək artır marağım.
    Xalları cəzb eləyir, san o maralın, nə edim?

    Gözünü qamasdirar, kim baxsa gün tək üzünə.
    Aynada əksi qalır, gül üzlü yarın nə edim?

    Sərərək gərdəninə, zülfü pərişanını o.
    Telləri yer süpürür, sevgili yarın nə edim?

    Göyləri al boyayır, laleyi rüxsarı onun.
    Gün tək parlarkən üfüqdə o camalın nə edim?

    Kölgə tək kaş düşə bilsəydim onun arxasına.
    Can verər kölgəmə də, hüsnü o yarın nə edim?

    Mən onun cənnətinə, ruh olaraq sövq eləyim.
    Olardı hər gecə gün, dildə şüarım, nə edim?

    Sözlərim yetməz onun hüsnünü tərif ələyəm.
    Ceyhunu aşiq edib, hüsnü o yarın, nə edim?

    Aşıq Şakir, qalx məzardan çal görüm

    Aşıq Şakir, qalx məzardan çal görüm.
    Yad əllərdə qalan yurdum qan ağlar.
    Elə çal ki, ruhu məndən al görüm.
    Gözüm yolda, ürək ağlar, can ağlar.

    Köklə sazı, ,, Cəngi " üstə çal lələ.
    Bədənimə döyüş ruhu sal lələ
    Söylə mənə, Qarabağı al lələ.
    Qəlbim yurdu, nə vaxtacan sorağlar?

    Daha bəsdir, ,, Vals, Tivisə " oynadıq.
    Yalanmışdan, coşub daşdıq, qaynadıq.
    Biz bu qədər, alçalmaqdan doymadıq?
    Şərəf itib, şöhrət ağlar, şan ağlar.

    Bəs deyilmi, keçmişlərlə öyündük?
    Bu gün isə, alçaldıldıq, söyündük.
    Qədimlərdə, biz beləcə deyildik.
    Bir millət tək, adım batıb, san ağlar.

    Yağı düşmən, at oynadır yurdunda.
    Yetmədimi, bunca susub durdun da?
    Bəsdir yıxıb, bir - birini vurdun da!
    Yazıq qəlbim, Azərbaycan sorağlar.

    Bir ,, Yallı " çal, yapışaraq ələlə.
    Əlbir olaq, el bir olaq, biz belə.
    Çəkic vuraq, bir zindana, bir yerə.
    Ayrılacaq, nə vaxtacan maraqlar?

    ,,Qoca Qartal ", ,, Baş Sarıtel " çal hələ.
    Cuşa gətir, bəsdir yatdıq bir belə!
    Döyüşkənlik qanımızda var lələ.
    Qəlbi yaxar, nə vaxtacan fəraqlar?

    ,, Döymə Kərəm, Qoçəli, Ruhani "çal.
    ,, Qaytağıyla " böyüyübdür, bu mahal.
    ,, Uca dağlar " etsin bizi halbahal.
    Yalan dinlər, nə vaxdacan qulaqlar?

    Şuşam gedib, ,, Xarı Bülbül " gül hanı?
    Çal a qardaş, səsim tutsun hər yanı.
    Bu dərdlərə, dözmür Ceyhun Nurani.
    Dərd - qəm məni, nə vaxtacan qalaqlar?

    Könül

    Keçən il bu vaxt yazdığım şeirdi. İndi Allaha şükürlər olsu ki ordumuzun, millətimizin döyüşkənlik ruhunu oyatdı. Özünə qaytardı. Qarabağımızı düşməndən azad etdik.

    Heç kimi sevməginən, olma ki divanə könül.
    Yansan eşqin oduna, olarsan pərvanə könül.

    Yada sal Məcnunu sən, eşq üçün səhra dolanıb.
    Leylinin eşqi onu eylədi divanə könül.

    Kərəmdən ayirmaqçın Əslini gəzdirdi ata.
    Kərəmi Əsli odu, eylədi zəbanə könül.

    Baxgınan Ferhada ki esqile yonaraq qayadan.
    Şirinin surətini, gətirdi meydanə könül.

    Aldadıb sonda axır Xosrovu Pərviz də onu.
    Ömrünü verdi bada, uydurub şeytanə könül.

    Bax nəzər etsən əgər, aşiqlərin yollarına.
    Bəladır, faciyədir, həyatlar əfsanə könül.

    Ceyhuna sevməginən, sən də at qəlbindən onu.
    Meyə meyl eyləginən, olgunan peymanə könül.


    Havalansın Xanın səsi, Qarabağın şikəstəsi

    Bütün sərhədləri aşıb, könlüm coşub daşır bu gün.
    Dost tanışı cəm eyləyib, qurmaq istər bir toy, düyün.
    İstəyirsiz dəli deyin, ya qınayıb məni söyün.
    Bulaqların zümzüməsi, bülbüllərin şən nəğməsi.
    Havalansın Xanın səsi, Qarabağın şikəstəsi.

    Xoş müjdəli xəbər aldım, zəfərlərin sorağından.
    Bu gün Şuşam azad oldu, yağı düşmən işğalından.
    Xain düşmən qoy çatlasın, Xankəndimin fərağından.
    Çalsın muğam təranəsi, bu gün bayram təntənəsi.
    Havalansın Xanın səsi, Qarabağın şikəstəsi.

    Azərbaycan!- ayağa dur, tarix yazır şanlı ordun.
    Xainlərin boynunu vur, xəyanətə şahid oldun.
    Toy şənlikli bir mağar qur, azad oldu gözəl yurdun.
    Bütün tonor cəmləməsi, zili, bası, bəmi, pəsi.
    Havalansın Xanın səsi, Qarabağın şikəstəsi.

    Nə müddətdir həsrətindən, çiçək açmır Xarıbülbül.
    İntizardan, cəh - cəh vurub, oxumayır sarı bülbül.
    Qoy Şuşada salamlasın, o nazənin yarı bülbül.
    Qələbənin təntənəsi, sevindirsin qoy hər kəsi.
    Havalansın Xanın səsi, Qarabağın şikəstəsi.

    Əsirlər heç dəyişməyib, sənin xain xislətini.
    İllərdir ki biz çəkirik, Şuşamızın həsrətini.
    Çalışacam unudum mən, bu gün dünya möhnətin.
    Dəmlə çiçək dəmləməsi, çay həyatın fəlsəfəsi.
    Havalansın Xanın səsi, Qarabağın şikəstəsi.

    Sən şərəfsiz bir millətsən, heç vaxt olmub yerin, yurdun.
    Nə vətənin olub sənin, nə dövlətin, nə də ordun.
    Yaltaqlanıb gözə girdin, xəlvətdə arxadan vurdun.
    A şeytanın əllaməsi, Andıranık törəməsi.
    Havalansın Xanın səsi, Qarabağın şikəstəsi.

    Əzəl gündən bilən yoxdur hayın zatın, soyun, kökün.
    Əgər harda bir hay görsəz, yixib sinəsinə çökün.
    Məzlumluğa aldanmayın, qolun qırın, belin bükün.
    Onlar xain törəməsi, tarixlərin satqın kəsi.
    Havalansın Xanın səsi, Qarabağın şikəstəsi.

    Biz şərəflə ömür sürüb, gəlim çıxdıq bu illərə.
    İgidliklə döyüşərək səyfə yazdıq tarixlərə.
    Sənin murdar əməlindən, zərər çəkdi o dağ, dərə.
    Ceyhun Nurani bəstəsi, o dağların silsiləsi.
    Havalansın Xanın səsi, Qarabağın şikəstəsi.

    Çoxmu qalıb?

    Ölüm qaş - göz arası, bircə nəfəs, çoxmu qalıb?
    Sel gəlir kükrəyərək, baxma əbəs, çoxmu qalıb?

    Ayrılıq vaxtı çatıb, tərk eləyir ruh bədəni.
    Bir gün damdan enəcək, tək bu qəfəs, çoxmu qalıb?

    Bir payız yarpağı tək, soldu ömür getdi bada.
    Düşmə başqa həvəsə, çünki əbəs, çoxmu qalıb?

    Ah - ufun, nalələrin, bir xeyiri oldumu de?
    O esqli, odlu nəfəs, bitməyə bəs, çoxmu qalıb?

    Köçdü Xosrov, köçdü Fərhad, köçdü Şirin də axir.
    Hanı o eşqi - məhəbbət, o həvəs, çoxmu qalıb?

    O şəkər ləblərinin, busələri düşdü yada.
    Etdilər qarət onu, ümidi kəs, çoxmu qalıb?

    Vurmuşam vaxtı başa, gəl yetiş ey bəxt günəşim.
    Başımın u üstə dayan, gedər nəfəs çoxmu qalıb?

    Bu fani dünyada de, kim əbədi qalmış axı?
    Ceyhuna varmı qalan, hanı o kəs, çoxmu qalıb?

    Qarabağ bizimdir, bizim olacaq

    Qələbə əzmiylə girib Şuşaya.
    Sözümü söyləyim, burdan dünyaya.
    Bir də düşməsinlər belə sevdaya.
    Burda zəfər dolu, izim qalacaq.
    Qarabağ bizimdir, bizim olacaq.

    Türklər qulağını kəssə də sənin.
    Yaxşı dərs olmayıb bu sənə yəqin.
    Çünki Andıranik sənin pədərin.
    Hər zaman üstündə gözüm olacaq.
    Qarabağ bizimdir, bizim olacaq.

    Yer verib yurdumda qəbul eylədik
    Qalıb yaşamana məqbul söylədik
    Ərköyünlük etdin, sənə dəymədik.
    Qalıb yaşamana üzün olacaq?
    Qarabağ bizimdir vizim olacaq.

    Müzəffər ordum var, döyüşkən, mətin.
    Sənin tək mənfurun, xain xislətin.
    Döyüşdə qələbə çalması çətin.
    Xalqımda dəyanət, dözüm olacaq.
    Qarabağ bizimdir bizim olacaq.

    Dinc bir əhaliylə uşaq görəndə.
    Kişilik damarı çağlayır səndə.
    Döyüşkən bir ordu duranda öndə.
    Təlxəklik, yaltaqlıq, sözün olacaq.
    Qarabağ bizimdir, bizim olacaq.

    İllər sonra dönüb gəldim elimə.
    Seyrə çıxdım, çəmənimə, çölqmə.
    Sahib durdum çiçəyimə, gülümə.
    Yıxmışam, sinəndə dizim olacaq.
    Qatabağ bizimdir bizim olacaq.

    A xain hünərin hardadır sənin?
    Ordumun önündə durasan mətin.
    Mərdliklə döyüşmək sənə çox çətin
    Səndə iradəylə, əzim olacaq?
    Qarabağ bizimdir, bizim olacaq.

    Cəbrayıl, Füzulim, Qubadlım mənim.
    Laçın, Zəngilanım həm Kəlbəcərum.
    Elin hər qarışı vətənim mənim.
    Qəlbini yandıran közüm qalacaq.
    Qarabağ bizimdir, bizim olacaq.

    Sən bir laməkansan, heç zaman sənin
    Nə yurdun olubdur, nə də vətənin.
    Vətən nə olduğun anlarsan çətin.
    Ceyhunam!- ölsəm də, sözüm qalacaq.
    Qarabağ bizimdir, bizim olacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ