25 sen 00:43Yazarlar

Türkiyənin Azərbaycandakı Səfiri Azərbaycan Mətbuat Şurasında olub

Türkiyənin Azərbaycandakı Səfiri Azərbaycan Mətbuat Şurasında olub Bu gün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral Azərbaycan Mətbuat Şurasında olub.
Qonağı salamlayan MŞ sədri Əflatun Amaşov bildirib ki, Türkiyə və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərində belə demək mümkünsə, daha parlaq çalarlar özünü göstərməkdədir. Bu, hər iki ölkənin bir-birinə beynəlxalq müstəvilərdəki konkret dəstəyinin ifadə olunması fonunda baş verir. Sevindirici haldır ki, ümumi ahəng media sahəsinə də öz təsirini göstərməkdədir. “Azərbaycan Prezidentinin köməkçisi cənab Hikmət Hacıyein İstanbulda keçirdiyi görüşlər, mövcud xüsusda Azərbaycan-Türkiyə Media Platformasının formalaşdırılması ilə bağlı fikirlər bunu deməyə əsas verir. Düşünürəm ki, ideyanın gerçəkləşməsi üçün kifayət qədər münbit zəmin, yüksək siyasi iradə var”, - deyən Ə.Amaşov vurğulayıb ki, rəhbərlik etdiyi qurum Türkiyənin Azərbaycandakı Səfirliyi ilə kifayət qədər oturuşmuş əməkdaşlıq münasibətlərinə malikdir. MŞ sədri bu münasibətlərin perspektiv planların reallaşması baxımından öz sözünü deyəcəyinə əminliyini dilə gətirib.
Ə.Amaşov həmçinin bildirib ki, Şura Türkiyə Mətbuat Şurası ilə də sıx əlaqədədir. Hər iki qurum birlikdə Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının və Avropa Mətbuat Şuraları Alyansının işində yaxından iştirak edir, ortaq mövqə və mənafeləri önə çəkir. “Məlum olduğu kimi, bir müddət öncə Yunanıstanın mətbuat orqanlarından biri Türkiyə Prezidenti barədə bütün etik normaları, jurnalistika prinsiplərini aşan material yayımlamışdı. Biz Türkiyə Mətbuat Şurası ilə birgə məsələni Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının onlayn rejimdə keçirilmiş toplantısında qabartdıq. Təşkilatın yekdil mənfi rəyinin formalaşmasına nail olduq. Bu kimi misallar yetərincədir”, - deyə MŞ sədri vurğulayıb.
Səfir E.Özoral da öz növbəsində Türkiyə-Azərbaycan əlaqələrinin hazırkı durumundan məmnunluğunu ifadə edərək bildirib ki, rəhbərlik etdiyi diplomatik missiya əməkdaşlığın media müstəvisində daha dolğun nəticələr əldə etməsi istiqamətində çalışmaqdadır. Səfir bununla bağlı Mətbuat Şurası ilə birgə fəaliyyətin də önəmini vurğulayıb. O, həmçinin Türkiyə və Azərbaycanın birgə Media Platdorması yaratmaq ideyasına da toxunub. Bildirib ki, bu istiqamətdə ilk addımlar atılmağa başlayıb. Yaxın zamanlarda platformanın həyata keçəcəyinin şahidi olacağıq.
Görüşdə hər iki ölkənin media quruluşları arasındakı münasibətlərin konkret durumuna diqqət yetirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
İzmirdə güclü zəlzələ oldu: 6 hündürmərtəbəli bina dağıldı (Yenilənib) 16:51“Azərbaycan Ordusu Şuşa qala divarlarının yaxınlığındadır” - Erməni general 16:08“Əsir götürülən bəzi azərbaycanlı hərbçilər qətlə yetirilib” - Baş prokuror 15:59Baş prokuror: “Bizdə olan məlumata görə Cəlal Arutunyan məhv edilib" 15:57Daha bir neçə kəndimiz işğaldan azad olundu - Prezident 15:54İkinci Qarabağ müharibəsinin ilk qadın şəhidi 13:22MİLLİ MƏCLİSİN SƏDRİ SAHİBƏ QAFAROVA PAKİSTAN PARLAMENTİNDƏ ERMƏNİ TƏCAVÜZÜNÜ PİSLƏYƏN QƏTNAMƏNİN QƏBULU İLƏ BAĞLI MİLLİ ASSAMBLEYANIN SƏDRİ ƏSƏD QEYSƏRƏ MƏKTUB ÜNVANLAYIB 12:55Distan təhsil üçün olan platformalar VPN-siz işləyəcək 12:49Təmkinli Əliyev, özgüvənsiz Paşinyan... - Kimin əlləri daha etibarlı görünür? 12:43Qisas alınır 11:02Qurban Qurbanov: "Başlarına dəysin, bizə lazım olmayan şeylərdir" - MÜSAHİBƏ 10:55Sahibə Qafarova pakistanlı həmkarına məktub yazdı 10:48"Human Rights Watch" Ermənistanın Bərdəyə istifadəsi qadağan olunmuş kasetli raketlər atdığını təsdiqlədi 10:37Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb 10:34Bakıda reydlər keçirildi: cərimələnənlər var 10:30Sülhə nail olmaq istəyənlər Azərbaycanın şərtlərini tərəddüdsüz nəzərə almalıdırlar 10:06Yaşasın Türkiyə, Azərbaycan qardaşlığı!!! 10:02MİLLİ MƏCLİSİN SƏDRİ SAHİBƏ QAFAROVA TBMM SƏDRİ MUSTAFA ŞENTOPLA TELEFONLA DANIŞIB 09:57Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların fəaliyyətsizliyi təəssüf doğurur 09:53Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib 09:50Deputatlarımız Moldovada prezident seçkilərini müşahidə edəcəklər 09:47İşğaldan azad edilmiş ərazilərdə müvəqqəti komendaturalar yaradılacaq 10:24Ermənistan ordusunda qiyam baş verib 10:22Zəngilandakı məscidin tövlə kimi istifadə edilməsi islam dünyası üçün təhqirdir - Anar Kərimov 10:19“Charlie Hebdo”nun Ərdoğanı hədəfə almasını kəskin şəkildə qınayırıq - Hikmət Hacıyev 10:13Ermənistanın yüksək rütbəli zabitləri məhv edilib - MN 10:10Ermənilərin “müqəddəs ata”sı ordumuz tərəfindən zərərsizləşdirildi 10:04Vergidənyayınmaya qarşı mübarizə tədbirləri gücləndirilir 09:58Bacılar maska taxmağı tövsiyə edən mühafizəçini bıçaqladılar 09:54Paşinyan Ermənistanın sərhədlərini Rusiya sərhədçilərinin qoruduğunu etiraf etdi 09:46Məkrli erməninin hədəfi yenə də mülki əhalidir 09:42İran Prezidentinin xüsusi nümayəndəsi Bakıdadır 17:10Azərbaycanda xüsusi karantin rejimi dekabrın 1-nə qədər uzadıldı 17:06Putin bunu Paşinyana mütləq deməlidir, əks halda... - Ərdoğandan sərt mesaj 16:59Bu kəndlər də işğaldan azad edildi! - Prezident açıqladı 16:52Bərdədə 19 nəfər həlak olub, 60-dan çox adam yaralanıb - PROKURORLUQ - YENİLƏNİB 15:23Düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib 11:48Tarixə baxış: Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında 11:45Ermənilərin "müdafiə naziri" bu silahla məhv edilib - FOTO 11:41Azərbaycan döyüş meydanında Ermənistanı diz çökdürür 11:35Mehriban Əliyeva Bərdədə həlak olanların doğmalarına başsağlığı verdi 11:28Birinci vitse-prezidentin köməkçisi: Paşinyanın sülhpərvərliyi budu? 11:24“Sərhədsiz reportyorlar”dan ermənilərin təhdid etdiyi jurnalistlə bağlı BƏYANAT 11:14Azərbaycan nefti bahalaşıb 11:06Milli Məclisdə "Təhsil haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi 10:59İranın Azərbaycandakı səfiri Azərbaycan Mətbuat Şurasında olub 10:53İrandan Qarabağ münaqişəsinin həll ilə bağlı LAYİHƏ 18:28Bərdəyə raket atılması nəticəsində 7 yaşlı uşaq öldü - RƏSMİ 18:25Erməni mafiozlar Azərbaycanı dəstəkləyən fransalı deputatı öldürmək istəyir 15:37“Tariximizin biabırçı səhifələrindən birini yaşayırıq” - Ermənistanın ilk Baş Naziri 15:34Milli Məclisin növbəti plenar iclası keçirilib 15:17Deputat ölkəmizdəki Türkiyə “F-16”larının rolundan danışdı 14:47Los Ancelesdə erməni lobbisinin hərəkəti yəhudi icmasını ayağa qaldırdı 11:21Separatçı rejimin "müdafiə naziri" ağır yaralanıb 11:18Çin Yerin müşahidəsi üçün orbitə bir neçə peyk çıxarıb 11:16Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib 11:14Düşmənin məhv edilən hərbi təxnikaları - SİYAHI 10:49Son iki yüz ildə ilk dəfədir ki, torpaqlarımız işğaldan azad edilir - Tarixçi alim 10:46Prezident İlham Əliyev: Əgər Ermənistan atəşkəsi pozmağa davam etsə, biz adekvat cavab verməyə məcbur olacağıq 10:41Azərbaycan Ordusu doğma torpaqlarımızın azad olunması uğrunda müqəddəs vəzifəni şərəflə yerinə yetirir 10:33