12 sen 11:53yazarlar

12 il manyaklar arasında, Rövşənin qan düşməni, “Qara çay”da dəhşətli ölüm – SƏBUHİ MƏMMƏDLİ YAZIR

12 il manyaklar arasında, Rövşənin qan düşməni, “Qara çay”da dəhşətli ölüm – SƏBUHİ MƏMMƏDLİ YAZIR 2013-cü il, mayın 28-i. Rusiyanın Tümen şəhərində kriminal avtoritetlər növbəti “sxodka”ya yığışıb. Onların arasında Vova Blondin, Vasya Voskres, Yura Piçuqa, Andrey Mirıç, Albert Piterski (Əli Heydərov), Miron, Yeqor Ufimski, Oleq Sirkaç, Timur Sverdlovski, Jora Taşkentski, Qevorik Neftekamski, Roma Krasnodarski, Vadik Çeburaşka, Vova Vaqon, Vova Tyurik, Vaqif Diplomat (Vaqif Süleymanov) kimi oğrular var. “Sxodka”nı Tyurik aparsa da, bura yığışanların hamısı ürəyinin dərinliyində bilirdi ki, son söz yenə də Vova Zyatekin, yəni Vladimir Zyatkovundu.
Zyatek hamını sona kimi dinləyir. Elə hamının da gözləmədiyi halda qərarını verir:
Qərbi Sibirin ən varlı şəhərlərindən olan Nyaqan 33 yaşlı Andrey Tkaçenkoya (Tkaç), regionun ən böyük şəhərlərindən olan Nijnevartovsk isə Radjikə, Rac Mehrəliyevə tapşırılır.
***
2020-ci il, 9 sentyabr. Rusiyanın Xantı-Mansiysk şəhərini yarı bölən Çyornaya çayında bir kater sahilə qayıdarkən qayıqla toqquşur. Nəticədə 4 nəfər ölür, 4 nəfər isə yaralanır. Hadisədən 30 dəqiqə keçməmiş şəhərin meri özünü ora çatdırır. Və bu, səbəbsiz deyildi. Çünki qəzada həlak olanlardan biri Vladimir Zyatkov idi. Kriminal aləmdə hamının “Sibirin sahibi” adlandırdığı Vova Zyatek.
Bəs kim idi bu Vladimr Zyatkov? Haralardan keçib gəlmişdi?
Rusiyada kriminal aləmdə belə bir deyim var. Əgər sən “Vladimirski sentral”, “Qara delfin”, “Ağ qu quşu”, Tobolsk, Zlatousta, Balaşov, Novoçerkassk türmələrində olmusansa və sınmamısansa, daha sənə zaval yoxdu. Amma bunlar nədi ki... Zyatkov Rusiyanın gedər-gəlməz həbsxanalarından olan “Qütb bayquşu”nda cəza çəkmişdi! Şimal qütbündə yerləşən Xarp adlı qəsəbədə. Bir qədər aydın olsun deyə bir məqamı diqqətinizə çatdıraq. Xarp qəsəbəsi Sibirin dərinliyində yerləşən Xantı-Mansiyksdən də şimalda, bu şəhərdən 988 km aralıda yerləşir.
Həbsxananın özü isə bir başqa yazının mövzusudur. Bu həbsxana ilə bağlı bir neçə maraqlı faktı nəzərinizə çatdırıb, keçək qəhrəmanımıza.
Həbsxananın yerləşdiyi Xarpda ilin 10 ayı qar olur. Burdan qaçıb sağ qalmaq mümkün deyil. Çünki ən yaxın yaşayış məntəqəsi yüzlərlə kilometr aralıda yerləşir. Ətraf isə ucu-bucağı görünməyən meşələrdir. Qaçsan belə, ya aclıqdan, ya soyuqdan öləcəksən, ya da vəhşi ayıların qurbanı olacaqsan.
Bu həbsxanada kameralar tək və ya iki nəfərlikdi. Gündə bir saat gəzintiyə icazə verilir. Həmin vaxt pıçıltıyla danışmaq belə karsla nəticələnə bilər.
Oyanış səhər 6-da, “yat” komandası isə saat onda verilir. Televizora isə həftədə bir dəfə, o da vur-tut bircə saat müharibə filmlərinə baxmağa icazə var.
“Qütb bayquşu”nda manyaklar, silsilə qətllər törədənlər cəza çəkir. “Bitsev manyakı”, 49 nəfərin qatili Aleksandr Piçuşkin, Beslan faciəsində məktəbli uşaqları şəxsən güllələyən Nurpaşa Kulayev, “Şeytan” ləqəbli İvan Pançenko, 14 nəfərin qatili Abdufattoh Zamanov kimi qatil və manyaklar bu həbsxanadadırlar.
Zyatkov isə bura 1977-ci ildə gəlmişdi. O, bir nəfəri xüsusi qəddarlıqla qətlə yetirməkdə ittiham olunurdu. Bundan əvvəl isə Vladimir artıq bir dəfə həbsxana həyatı yaşamışdı. Xuliqanlığa görə iki il cəza almışdı.
Xarpın soyuq iqlimində həbsxana həyatı çətinlik yaratmamışdı Zyatkova. Həm fiziki cəhətdən cüssəliydi, həm də özü sibirli balasıydı; İşim şəhərindən.
“Qütb bayquşu”ndan bir də 12 ildən sonra 1989-cu ildə çıxır Zyatek. Doğma İşim şəhərinə qayıdır. Və məlum olur ki, onun qoyub getdiyi sakit fəhlə şəhərindən əsər-əlamət yoxdur.
Dostlarıyla, qohumlarıyla görüşlərdə ilk eşitdiyi söz reket, bac-xərac olur. 12 il keçmişdi, zaman dəyişmişdi. Bu sözlərin mahiyyətini belə anlamırdı. Hə, onun sakit fəhlə şəhəri İşimdə indi banditlər at oynadırdı. Eləcə də Surqutda, Tobolskda, Tümendə, Nijnivartovskda, Xantı-Mansiykskdə. Taleyin işinə bax ki, bir neçə il keçəcək, bu şəhərlərdən olan sahibkarlar onun özünə bac verəcəkdilər. O, qərbi Sibirin şəriksiz sahibinə çevriləcəkdi. 5 il sonra, 1992-ci ildə isə, bir vaxtlar Rusiya kriminalının nüfuz sahibləri Vladimir Çernışev (Vova Çyornı) və Yevgeni Vasin (Cem) onu taclandıracaqdılar. Az sonra isə o özü, bir-birinin ardınca avtoritetlərə qanuni oğru adını verəcəkdi.
***
Qərbi Sibir uğrunda onun ilk mübarizəsi Dato, Tamaz, Paata, Fyodor, Boqdan, Suxaç, Sapoqla oldu. Rəqiblərinin bəzilərini aradan götürdü, bəziləri müəmmalı şəkildə qəzaya düşdülər. 2001-ci ildə Boqdan (Ziyavutdin Kadiyev) isə xəstəxanada sirli şəkildə öldü. Regionun ən böyük şəhərlərindən olan Surqtun nəzarətçisi Suxaç (Aleksey Suxoçev) öldürüləndən sonra isə, artıq onun rəqibi qalmamışdı.
Deyilənə görə, əsasən Sibirə nəzarət etsə də, Uraldan Uzaq şərqə qədər onun sözü eşidilərmiş.
***
Zyatkov bir də 2009-cu il mayın 27-də Moskvada həbs edilir. O, “Skif” ləqəbli qanuni oğru Andrey Qolubevin dəfnində saxlanılır. Amma həbsi çox çəkmir, tezliklə azad olunur. Məhz həmin dəfndə o, Ded Xasanla (Aslan Usoyan) tanış olmuş, sonrada onun klanının sədaqətli üzvlərindən birinə çevrilmişdi. Ded Xasanla o qədər yaxın idi ki, kürd klanının Moskvanın mərkəzindəki “Karetnıy dvor” restoranında onun iştirakıyla keçirilən taclandırmalara dəvət alardı. Bu restoranda onun iştirkıyla Gilani Sedoy (Aliev), Kuşner Qomelski (Kuşnerov), Sirkaç (Piroqov), Şamil Smolyanski (Maqomedov), Armen Xoxol (Xaçatryan) taclandırılmışdı. Bir məqamı da qeyd edək ki, Usoyan qətlə yetiriləndən sonra bütün kürd klanı kim Rövşən Lənkəranskini özünün qan düşməni elan etmişdi.
***
“Su səhəngi su da sınar” deyirlər. Düzdür, Zyatkov kriminal müharibələrin qurbanı olmadı. Amma ömrü məhz suda, özü Çyornıy adlı çayda başa çatdı. Bu yazı hazırlananda məlum oldu ki, Rusiyanın xəbər saytları yazdı ki, həlak olduğu və qayığa çırpdığı kateri də o özü idarə edirmiş...
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Millət vəkili ilə icra başçısı imtiyazlı ailələrə baş çəkib 16:22Məhərrəm Əliyev: Ermənistanın dövlət kimi mövcudluğu da sual altına düşəcək (MÜSAHİBƏ) 16:10“Bir aydır şikayət etmişəm, DYP-nin vecinə deyil” - Əməkdar artist 16:02Əsrlik sirr çözülmür – Bu adada hər kəs 100 ildən çox yaşayır 15:57Qolunu pəncərədən çıxaran sürücünün biləyi qopdu 15:54İstirahət mərkəzi ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb 15:51Universitetlər üzrə ən yuxarı və ən aşağı keçid balları olan ixtisaslar - SİYAHI 15:49Qapalı şəraitdə toy etmək olar - İşçi qrupunun rəhbəri ŞƏRTLƏRİ AÇIQLADI 15:45Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır 15:42Bakıda 27 136 uşaq məktəbəhazırlıq qruplarına gedəcək 14:48Qədim şəhərlərin qalıqlarının araşdırılmasındakı problemlər açıqlandı 14:44Evində qətlə yetirilən Tahir Tağıyev polis polkovniki imiş 14:41Fransanın dövlət borcu rekord həddə çatıb 14:35"Bavariya" tarixində ikinci dəfə UEFA Superkubokunu qazanıb 14:31Prezident İlham Əliyev: Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir 14:28İpoteka girovlarının qiymətləndirilməsi və onların satışını tənzimləyən bəzi məcəllələr və qanunların bir sıra maddələrindətənzimlənmə və təkmilləşmə ilə bağlı işçi qrupun növbəti iclası olub 14:25Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il sentyabrın 30-da keçiriləcək iclasınıngündəliyinə təklif olunan M Ə S Ə L Ə L Ə R 14:08BMT-NİN GÜCLƏNDİRİLMƏSİ QLOBAL ÇAĞIRIŞDIR 00:53Türkiyənin Azərbaycandakı Səfiri Azərbaycan Mətbuat Şurasında olub 00:43Bakıda yol polisləri şəxsi maşınlarla gizli cərimə yazır? - DYP-dən CAVAB 18:14Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın Rusiya Federasiyasına rəsmi səfərinin yekunlarına dair məlumat 16:16Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Milli Məclisin payız sessiyasında ilk iclasını keçirdi 15:41Kamaləddin Qafarov: Azərbaycan BMT-nin nüfuzlu üzvlərindən biridir 10:50Deputat: Azərbaycan torpaqlarını hərbi yolla azad etmək qərarına gəlsə, nəticə Ermənistan üçün ağır ola bilər 10:48“AzGold” MMC-nin rəhbəri həbs edilib 10:43Luis Suares "Atletiko"da 10:35Bakıda kütləvi dava - Yaralılar var 10:32COVID -19-a görə yaxın beş il üçün bir neçə ssenari proqnozlaşdırıldı 10:29Diqqət: Sentyabrın 25-dən... 10:24Günün qoroskopu: yaranmış situasiyanı təhlil edin 10:20Rusiya münaqişəyə nəzarəti əlində saxlamaq istəyir 10:07Deputat Nəsib Məhəməliyev Qabaqçöl Qəsəbəsində sakinlərlə görüş və qəbul keçirmişdir 09:59Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır 09:50“MƏN AZƏRBAYCAN ADINDAN ÇIXIŞ EDİRƏM!” 20:52Milli Məclisin sədri: Ümid edirik ki, Rusiya münaqişənin həlli üçün əlindən gələni əsirgəməyəcək 20:50Qoy dünya Azərbaycan və Ermənistan qadınlarını müqayisə etsin. Birinci xanımlar səviyyəsində. Həqiqətlər o zaman üzə çıxacaq! 20:46Milli Məclisin Sədr müavini Adil Əliyev: “Ermənistan torpaqlarımızı qeyd-şərtsiz qaytarmalıdır!” 20:42VYAÇESLAV VOLODİN: “N.Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri sülh prossesinə kömək etmir” 20:40DİLOROM FAYZİYEVA: “BEYNƏLXALQ TƏŞKİLATLARDA AZƏRBAYCANIN GÜCLÜ və MÜSTƏQİL YERİ VAR.” 20:35Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Ermənistan tərəfi öz təcavüzkar, avantürist siyasətindən əl çəkməlidir” 20:29MİLLİ MƏCLİSİN SƏDRİ SAHİBƏ QAFAROVA RUSİYADA RƏSMİ SƏFƏRDƏDİR (yenilənib) 22:10Təəssüf ki, erməni təxribatı nəticəsində Şəhidin var, Vətən! 17:08Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirildi 16:19Camaata yazığım gəlir, həqiqətən də çox üzülürəm 16:15GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİ ÖTƏN SESSİYALARDA SƏMƏRƏLİ FƏALİYYƏT GÖSTƏRİB 14:58ELM VƏ TƏHSİL KOMİTƏSİNİN NÖVBƏTİ ONLAYN İCLASI KEÇİRİLƏCƏK 12:44GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİ YAZ VƏ NÖVBƏDƏNKƏNAR SESSİYALARIN GENİŞ HESABATINI TƏQDİM EDƏCƏK 12:43“Əsrin müqaviləsi” Azərbaycana həm də zəngin neft-qaz infrastrukturu bəxş edib 10:24Braziliya telekanalında Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun acı nəticələri barədə bəhs edilib 10:11Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı artıb 10:08BMT milyarderlərdən kömək istədi 10:06Sabahdan Azərbaycanda payız başlayır 10:03Rus senatordan ŞOK ÇIXIŞ: Bayden qalib gəlsə, hədəf Rusiya olacaq 10:00Alimlər ŞOKDA: Ayın səthi pasla örtülür 09:55Ronaldo “dünyanın ən yaxşı bombardiri“ seçildi 09:53Yağış yağacaq, dolu düşəcək - BU GÜNÜN HAVASI 09:50Tədris və təcrübə prosesində iştirak edən gənclər gələcəkdə Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində iş yeri əldə etmək imkanı qazanırlar. 09:47Prezident: “Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik” 10:58"Əsrin müqaviləsi" 10:46Çay haqqında bilmədiklərimiz: NƏ ZAMAN ZƏRƏRLİDİR? 10:42