03 iy 12:35yazarlar

Baxsın Laçının düzünə... (yenilənir)

Baxsın Laçının düzünə...  (yenilənir)
Gilə Əliqızı

Gilə Əli qızı Rzayeva 1976-cı il martın 3-də Laçın rayonunun Alxaslı kəndində anadan olub. Hələ kiçik yaşlarından şeir yazmağa başlayıb, istedadı ilə yaşıdlarından seçilib. Şeirləri ilk dəfə "Ziya", "Təhsil" və "Şərqin səsi" qəzetlərində işıq üzü görüb. Daha sonra isə bir sıra müxtəlif qəzetlərdə, "Zirvə" poeziya antologiyasında çap olunub.
5 kitab müəllifidir. Şeirləri geniş oxucu kütləsi tərəfindən böyük maraq və xüsusi rəğbətlə qarşılanan Gilə Əliqızı 2005-ci ildə Azərbaycan Respublikası "Təhsil" Mərkəzi və "Şərqin səsi" qəzetinin birgə keçirdiyi sorğu və mesabiqənin nəticələrinə əsasən "Abdulla Şaiq" mukafati ilə təltif olunub. Daha sonra "Qızıl qələm" media mükafatı laureatı adına layiq görülüb.

Açıb Laçın...

Girov ellərinə bahar gəlibdir,
İndi düzlərin də gül açıb Laçın.
Şehli çəmənlərin,buz bulaqların
İndi dağların da dil açıb Laçın.

Bürüyüb hər yanı dumanın,çənin,
Kəsilib bizlərdən gümanın sənin.
Kimlər heyran qalıb hüsnünə sənin,
Əllərin kimlərə əl açıb Laçın.

Açılmır ürəyim,gülə bilmirəm,
İllərin həsrətin silə bilmirəm.
Bağlıdır yolların gələ bimirəm
Xəyalım qoynuna yol açıb Laçın...

Ay Laçın

Talanıb sərvətin,talanıb varın,
Qalmayıb daş üstə daşın, ay Laçın.
Qoynun məsgən olub yağı,düşmənə,
Gör nələr çəkibdir başın,ay Laçın.

Xar olub qəhərdən xarı bülbülün,
Solubdur çiçəyin,solubdur gülün.
Dağılıb dörd yana yurdundan elin,
Küsübdür baharın, qışın, ay Laçın.

Dağların bürünüb dumana,çənə,
Bu ildə yolların bağlıdır yenə.
Kaş gücüm yetəydi,sarılıb sənə,
Siləydim gözünün yaşın , ay Laçın...

Üstünə, başına ulduz tökülə

Bir sabah oyanıb xoşbəxt bir günə,
Görəsən həyatı yerli,yerində.
Ömrün yarpaqları düşsədə bir-bir,
Catasan arzuna günün birində.

Bir gün yaşayasan, ömrə bərabər,
Qaranlıq günləri yaddaşın silə.
Bir sabah oyanıb xoşbəxt olasan,
Sevincdən ağlamaq başına gələ.

Bir sabah oyanıb, günəşli günə,
Ürəyin sevdaya,eşqə bükülə.
Sarılıb göy üzün qucaqlayasan.
Üstünə, başına ulduz tökülə.

Bu gecə

Biraz qayğılıyam,biraz nigaran,
Məni xatirələr yaxsın,bu gecə.
Ruhum səmalada gəzib-dolaşsın,
Ulduz tək göylərdən axsın, bu gecə.

Fikrimin yaddaşı,yadı yol açsın,
Könlüm o günlərə qucaq,qol açsın.
Xəyalım quş olub Laçına uçsun,
Tikanlı sərhəddi yıxsın, bu gecə.

Könlümü yandıran od-alov sönsün,
Həyat əvvəl ki,tək normala dönsün.
Ya qalsın zülmətdə, çənə bürünsün,
Ya aydınlıq günə çıxsın,bu gecə.

Edib gedən

Ay məni həsrətə sürgün eyləyib,
Dünyanı başıma dar, edib gedən.
Bürüyüb ömrümü dumana,çənə
Güllü baharımı qar,edib gedən.

Getdin heç salmadın yadına məni,
Möhtacı eylədin adına məni
Atıb ayrılığın oduna məni
Yandırıb bağrımı qor ,edib gedən.

Dünyanı gözümdə yalan eyləyib,
Əlləri qoynunda qalan eyləyib.
Küsdürüb könlümü talan eyləyib
Mənə sənsizliyi var, edib gedən...

Sev məni

Sev məni,
səhra yağış sevən kimi.
Çək məni ürəyinə,
Bəzək kimi,
Naxış kimi.
Sev məni,
Köçür məni gözlərinə.
Bir alovlu baxış kimi.
Zülmət ayı sevən kimi.
Göz işığı,
Balıq suyu,
Sevən kimi.
Bil Xudanın,
Lütfü kimi.
Payı kimi.
Sev məni,
Eşqim olmasın xəzəl.
Bağla məni ürəyinə,
Əvvəl,əzəl.
Sev məni,
Görünməsin gözlərinə,
Məndən ayrı bir gözəl.
Sev məni.
Sən uca dağ,
Mən də duman ,çən olum.
İnandır məni eşqinə,
Ən sevdiyin mən olum.
Bax o zaman,gül-çiçəkli ,
Yaz olaram.
Sənin qarlı qışına.
Sən dönərsən od,ocağa,
Məndə dönüb pərvanəyə.
Dolanaram başına...

Varıymış

Yolu yol deyilmiş,həsrət yolunun,
Boranı,şaxtası,qişı, varıymış.
Aşılmaz dağları,keçilməz izi,
Ayağı incidən daşı,varıymış.

Üşüdər insanın həsrətin adı,
Dağdar fikiri,yaddaşı,yadı.
Ürəklər yandıran alovu,odu,
Gözlərdə qurumaz yaşı,varıymış.

Bürüyər ömürü dumanı,tozu,
İzləyər insanı kölgəsi,izi.
Həsrət çəkənlərin yollarda gözü,
Dərddən açılmayan başı varıymış.

Əcəlim gəlmədən öldürmə məni...

Bir şirin kəlmənin həsrətindəyəm,
Söyləyə bilmirsən,dindirmə məni.
Mən sənin eşqinlə səmalardayam,
Göylərdən yerlərə endirmə məni.

Gülən gözlərimə yaşı,gətirib,
Çiçəkli yoluma daşı,gətirib.
Mən ki,ilk baharam qışı,gətirib,
Tufana, borana döndürmə məni.

Bürüyüb sənsizlik dörd bir yanımı,
Kəsib nəfəsimi,töküb qanımı.
Zalım,insaf eylə alıb canımı,
Əcəlim gəlmədən öldürmə məni...

***

Boylanar keçmişin xatirələri,
Gün keçib,ay olub,ildi, deyərlər.
Sazı dilləndirən ruhun sancısı,
İnləyən sarı sim,teldi,deyərlər.

Həyat sevənləri yüz yol sınayar,
Gah üzləri gülər,könlü qanayar.
Bütün tərk edənlər bəxti qınayar,
Fələk sevdamızı böldü ,deyərlər.

Sönməz sən adında ocağım,közüm,
Bitməz səni yazan şeirim,sözüm.
Sənin həsrətinlə yumular gözüm,
Yetişdi əcəli öldü, deyərlər.

***

Dönər çarxı bu dünyanın,
Keçər dövran,belə qalmaz.
Gələnlərin bir hesabı,
Gedənlərin yeri dolmaz.

Mövzudur əvvəl,əzələ,
Yazılar sözə,qəzələ.
Düşman çox olar gözələ,
Taxtı olar,bəxti olmaz.

Sevən çəkər yarın nazın,
Qəbul edər çoxun-azın.
Sevda adlı fəsli-yazın,
Çiçəyi saralmaz,solmaz.

***

Nə gözəl olubdur dünya gözümdə,
Qışın ortasında gül açıb könlüm.
Bürünüb sevdanın əlvan rənginə,
Sevincə,fərəhə əl açıb könlüm.

Çatıbdır ünvana səsim,sorağım,
Yanıbdır eşqindən sönən çırağım.
Sevinib qələmim,gülüb varağım
Sənə şeir qoşub,dil açıb könlüm.

Eşqin saf baxışlı,susqun gözüylə,
Yandıran alovu, odu,közüylə.
Bir şirin xəyalın məsum iziylə,
Könlünə sevdadan yol açıb könlüm.

---

Bir sən keçdin ürəyimdən,
Xaraba,boş çölə döndüm.
Göy üzümdə bulud oldun,
Mən yağışa,selə döndüm.

Bu sevdanın sorağında,
Ünü yetməz farağında.
Həsrətinin ocağında
Yanıb-yanıb külə döndüm.

Dağına duman,çəniydim,
Bağına sünbül,dəniydim.
Bir vaxt ən doğman məniydim,
İndi yada,elə döndüm.

---

Bir şirin kəlmənin həsrətindəyəm,
Söyləyə bilmirsən,dindirmə məni.
Mən sənin eşqinlə səmalardayam,
Göylərdən yerlərə endirmə məni.

Gülən gözlərimə yaşı,gətirib,
Çiçəkli yoluma daşı,gətirib.
Mən ki,ilk baharam qışı,gətirib,
Tufana, borana döndürmə məni.

Bürüyüb sənsizlik dörd bir yanımı,
Kəsib nəfəsimi,töküb qanımı.
Zalım,insaf eylə alıb canımı,
Əcəlim gəlmədən öldürmə məni,

***

Çiçək açsın çöldə,düzdə,
Dağlar duman,çənə gəlsin.
Ömrüm ömrünə calansın,
Xoş dövranlar yenə gəlsin.

Düşmə şərə,düşmə aha,
Batma nahaqdan günaha.
Ümid bağla bir Allaha,
Könlün pirə,dinə gəlsin.

Dönüm yazına,qışına,
Su qatılmasın aşına.
Gəlim dolanım başına,
Sənə gələn mənə gəlsin.

***

Sən ey yaşamağa səbəb etdiyim,
Könlümün sönməyən közü,hardasan.
Döyünən ürəksən,şirin xəyalsan,
Sevdamın əzəli, özü, hardasan.

Səni unutmadım, sən də unutma,
Ürəyini məndən ayri ovutma.
Ünvanını özgəsinə tanıtma,
Ay fikrimin yolu,izi ,hardasan.

Həsrətinə gilə-gilə yandığım,
Vədlərinə,sözlərinə qandığım.
Ay adını gecə-gündüz andığım,
Dilimin söhbəti, sözü hardasan.

***

Alıb başımı sonunda,
Gedəcəm göyün üzünə.
Qovuşsun ruhum hüzura,
Çəkilsin haqqın izinə.

Dünya vəba,vərəm olub,
Həsrət bəndim,bərəm olub.
Mən də Əsli, Kərəm olub,
Yanacam eşqin közünə.

Könül keçdi öz-özündən,
Yandı, alışdı közündən.
Barı ruhum göy üzündən,
Baxsın Laçının düzünə...

***

Yuxularda yol gedirəm,
Üzüm, dağlara-dağlara.
Görən birdə düşəcəkmi,
İzim, dağlara-dağlara.

Həsrət keçdi ömrüm-günüm,
Kaş bir də qoynuna dönüm.
Yetəcəkmi səsim,ünüm,
Sözüm, dağlara-dağlara.

Dağı-daşı yara-yara,
Qovuşum yurd adlı yara.
Dərdlərimi sıra-sıra,
Düzüm, dağlara-dağlara

Keçdi o bəxtəvər çağlar,
Gözüm Laçın deyər ağlar.
Oxşamır burda ki,dağlar,
Bizim, dağlara-dağlara.

Sərhədləri yıxa bilsin,
Həkəriylə axa bilsin.
Son nəfəsdə baxa bilsin,
Gözüm,dağlara-dağlara.

***

Talanıb sərvətin,talanıb varın,
Qalmayıb daş üstə daşın, ay Laçın.
Qoynun məsgən olub yağı, düşmənə,
Gör nələr çəkibdir başın, ay Laçın.

Xar olub qəhərdən xarı bülbülün,
Solubdur çiçəyin,solubdur gülün.
Dağılıb dörd yana yurdundan elin,
Küsübdür baharın, qışın, ay Laçın.

Dağların bürünüb dumana,çənə,
Bu ildə yolların bağlıdır yenə.
Kaş gücüm yetəydi,sarılıb sənə,
Siləydim gözünün yaşın, ay Laçın...

***

Səni sevmək üçün, Tanrıdan şəfa,
Bir cüt də işıqlı göz istəyirəm.
Sənə bu sevdamı yetirmək üçün,
Şairlər dilindən söz istəyirəm.

Kədərdən,hüzündən yaş ürəyimə,
Dilləri lal olmuş daş ürəyimə.
Mənim buza dönmüş,qış ürəyimə,
Eşqindən çiçəkli yaz istəyirəm.

Səni lütf eyləyə,yaradan mənə,
Düşməyə yollarım dumana,çənə.
Qarışam kölgənə,qovuşam sənə,
İzinə qarışan iz istəyirəm.

***

Alacağım çoxdur səndən,
Ver borcumu mənə,dünya.
Qırdığın qəlblərin ahı,
Qalmayacaq sənə, dünya.

Çəkilər haqqın şəkili,
Könlümə ümid əkili.
Qoymaz məzlumun vəkili,
Çarxın belə dönə, dünya.

Sənədə qəm,qübar gələr,
Könlümə xoş nübar gələr.
Qışdan sonra bahar gələr,
Dövran dönər yenə, dünya.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Deputat İqbal Məmmədov: “Düşmən əmin olsun ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq” 19:18“Tovuz” Xeyriyyə Cəmiyyətinin Ağsaqqallar Şurası və İdarə Heyətinin üzvlərinin tovuzlulara MÜRACİƏTİ 19:14Baş verən təxribatlar düşmən ölkəyə növbəti “dərs oldu” 19:05İƏT PA Baş katibi Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayan bəyanat verib 18:48Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Məğlubiyyət Ermənistan tərəfinin taleyidir!” 18:41Milli Məclisinin sədri Sahibə Qafarova Altınbek Mamayusupova, Qabriela KuevasBarrona, Valentina Matviyenkoya müraciətlər ünvanlayıb 18:31“AZƏRENERJİ” DAHA BİR ƏHƏMİYYƏTLİ LAYİHƏ REALLAŞDIRIR 12:51Ərdoğan Roma Papasını kədərləndirdi 12:44Ermənilər Tovuzun kəndlərini yenidən atəşə tutub 12:41Futbol oynayan 25 nəfər cərimələndi 12:33Pakistandan Ermənistana SƏRT BƏYANAT 12:30Azərbaycanda növbəti buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur 12:17Bakıda itkin düşən gənc qadın Türkiyədə tapıldı 12:14Namiq şou əhlini qınadı:"Camaata qıcıq verirsiniz" 12:11Ermənilər daha bir kəndimizi artilleriya atəşinə tutub 12:05Azərbaycanda bu mağazalarda qanunsuzluqlar aşkar edildi - SİYAHI 12:01Himayədarlığın, qayğıkeşliyin mükəmməl örnəyi 11:53Tarixi dönüşün böyük uğurları 11:45MN: Düşmənin bir neçə hərbi obyekti və texnikası darmadağın edilib 21:50Ermənistanın bu addımı beynəlxalq hüquq normalarının pozulması və Azərbaycana qarşı təcavüzdür 21:44Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirildi 16:30"Hazırda döyüş bölgəsində ara-sıra qarşılıqlı artilleriya zərbələri endirilir" - RƏSMİ 13:34MN: Azərbaycan Ordusunun baş leytenantı şəhid olub, düşmən itkilərini gizlədir 13:29Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən danışdı 13:18"Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib" - MN sözçüsü 13:14"Azərbaycan Ordusu bu təxribata yaxın günlərdə daha ağır zərbə ilə cavab verməlidir" - DEPUTAT 13:08Xüsusi Sessiyanın qəbul edəcəyi qərarlar pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyəti səfərbər edəcək 19:00Nazirlik bəzi şəxslərin 190 manat almaması ilə bağlı suallara aydınlıq gətirdi 15:29Saatlıda su problemi yaşanır - VİDEO 15:25Türkiyədə ən hündür körpünün açılışı olub 15:21Sevgilisini döyən məşhur aktyordan İLK AÇIQLAMA: “Layiqdir” 15:17Ucar sakininin döyülərək öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb 15:14Şəhriyar Məmmədyarov “Qrossmeysterlərin döyüşü” turnirində qələbə qazanıb 15:10Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib 15:06XİN: Bölgədə artan gərginliyin məsuliyyəti bilavasitə işğalçı Ermənistanın üzərindədir 15:03Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu 14:59Tibb müəssisələrinə koronavirusla bağlı erkən müraciətlər artıb 14:46Son ümid yerinin bir ünvanı var: Heydər Əliyev Fondu - Mehriban xanım Əliyeva - deputat Nəsib Məhəməliyev 00:22Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə dünyada hər üç ölkədən ikisini qabaqlayıb 20:31Kənddə qətl: əmisini baltaladı 16:02Daha bir icra başçısı tutduğu vəzifədən azad edildi 15:57Konsul barədə həbs qətimkan tədbiri seçildi - YENİLƏNİB 15:5330 min manatdan çox olan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanacaq 15:48Bakıda yeniyetmə bankomatdan 5 547 manat pul çıxardaraq oğurladı 15:44İraqın şimalında 8 PKK terrorçusu məhv edilib 15:39Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər cərimələnəcək 15:35Jalə Əliyeva Meksika Birləşmiş Ştatları Senatının Azərbaycanla dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubio ilə onlayn görüş keçirib 13:18Qənirə Paşayeva COVİD-19-la mübarizədə Azərbaycanın yerli və beynəlxalq səviyyədə gördüyü işlərdən danışıb 13:07Saxta spirtli içki hazırlayan şəxslər həbs edildi 08:14Bu rayona istirahətə gələnlər cəzalandırıldı 08:07Prezident Bakıda yarımstansiyasının açılışında iştirak edib 08:01Sonuncu patron, sağkən bayrağa bükülən komandir, qeybə çəkilən əfsanə... – Şəhid əmanəti 07:57Saxta tibbi arayış verən həkimlərlərlə bağlı cinayət işi başlandı 07:50Dopinq qalmaqalı azərbaycanlı atleti London Olimpiadasında bir pillə yüksəltdi 07:41Bu gün 41 şəhər və rayonda qəbul imtahanları keçirilir 07:30Xocalı-Srebrenitsa faciələri daim dərin ehtiramla anılacaqdır 19:06Deputatı İltizam Yusifovun seçiciləri ilə bu dəfəki görüşü onlayn şəkildə baş tutub 19:01Мы всегда будем поминать трагедии в Ходжалы и Сребренице с чувством глубокого почтения 18:56Prezident İlham Əliyev problemləri həll etmək istəyir və açıq bəyan edir ki, heç bir kənar qüvvə Azərbaycana təzyiq edə bilməz 18:52"Yaxşı olar ki, hər birimiz vətəndaş məsuliyyətimizi artıraq" ÖZƏL-MÖVQE 01:01