24 mar 11:06yazarlar

Azərbaycan Mətbuat Şurasının kütləvi informasiya vasitələrinin koronavirus dövründəki fəaliyyətinə dair tövsiyələri

Azərbaycan Mətbuat Şurasının kütləvi informasiya vasitələrinin koronavirus dövründəki fəaliyyətinə dair tövsiyələri Dünyada koronavirus pandemiyasının yayılması ilə bir çox sahələr özlərinin fəaliyyət istiqamətlərində ciddi dəyişikliklər edirlər. Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrində də bununla bağlı çoxsaylı məsələlər əksini tapır. Ümumən həyata keçirilməkdə olan məhdudlaşdırıcı tədbirlər virusun daha geniş şəkildə yayılmasının qarşısının alınması, itkiləri minimallaşdırmaq məqsədi daşıyır. Belə bir durumda media da özünün iş prinsiplərini koronavirusla mübarizəyə səfərbər etməlidir. Təqdirəlayiq haldır ki, ölkəmizin kütləvi informasiya vasitələri fəaliyyətlərini mövcud reallığı dərk edərək qururlar. Azərbaycan Mətbuat Şurası bunu yüksək qiymətləndirməklə yanaşı, media orqanlarımızın işinin daha səmərəli şəkildə təşkili üçün aşağıdakı tövsiyələri irəli sürür:

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyənləşdirilmiş tövsiyə və tələbləri, gigiyena qaydalarını təbliğ etmək, mövcud istiqamətdəki yenilikləri diqqətdə saxlamaq;

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyənləşdirilmiş tövsiyə və tələbləri təbliğ etmək, dünyada mövcud istiqamətdəki reallıqları nəzərə almaq;

Cəmiyyətə mərhəmət, xeyirxahqlıq kimi nəcib hissləri, xalqımızın adət-ənənələrindən irəli gələn dəyərləri aşılamaq;

Dövlətə, dövlət qurumlarına inam yaratmaq. Mövcud nöqsan və çatışmazlıqların təqdimatını dövlətə inamsızlıq, etibarsızlıq motivləri ilə izah etməmək;

Dövlət qurumlarının, ayrı-ayrı idarə, müəssisə və təşkilatların xəstəlikdən qorunmaq üçün həyata keçirdikləri fəaliyyəti təbliğ etmək, biznes sturkturlarının, müxtəlif hüqiqi və fiziki şəxslərin, vətəndaşların üzləşdikləri maliyyə itkiləri və sair məhrumiyyətlərlə bağlı materialların hazırlanmasına həssas yanaşmaq, hər hansı panikaya yol verməmək, konkret faktlara istinad etmək, real tendensiyaları vurğulamaq;

Materialların təqdimatında faktlara əsaslanmaq. Əldə edilmiş bilgiləri ciddi şəkildə araşdırmaq, onlara tənqidi yanaşmaq, rəsmi təsdiqə nail olmaq;

Cəmiyyətə obyektiv informasiya vermək zərurəti ilə insanlar içərisində qorxu yaradılması ehtimalı arasında balans yaratmaq. İnsanları sarsıdacaq məqamları qabartmamaqla obyektiv reallıqları önə çəkmək, daha çox koronavirusa qarşı mübarizə ruhu aşılamaq;

Xarici mənbələrdən götürülmüş materialların təqdimatı zamanı onların həqiqətə uyğunluğuna ciddi diqqət yetirmək, müqayisəli və tənqidi yanaşmaq;

Jurnalistlər bilməlidirlər ki, ümumən hazırkı durumda dünya üzrə koronavirusa yoluxma faizi ilə bağlı açıqlanmış rəqəmlər mövcud sahədəki vəziyyəti tam şəkildə dərk etmək, dəqiq mülahizə yürütmək üçün yetərli deyil. Buna görə də rəqəmlərə tənqidi və müqayisəli yanaşmaq şərtdir;

Sahə üzrə ixtisaslaşmış ekspertlərə müraciət olunması. Dövlət qurumlarının, səhiyyə təşkilatlarının, tibb təhsili ocaqlarının mütəxəssislərinin rəylərinə istinad. Onların konkret mövzu üzrə mahiyyətə uyğun şəkildə biliklərini bölüşmələrinə şərait yaratmaq. Ekspertlərin fikirlərinə tənqidi və müqayisəli yanaşmaq;

Müsahib ekspertlərin nə demək istədiklərini dəqiq şəkildə anlamaq. Həqiqətləri müəyyənləşdirmək üçün ilk baxışdan hətta sadə görünən sualların verilməsindən çəkinməmək;

Materialların təqdimatında terminlərdən düzgün istifadə etmək, xəbərlərdə şərhlər verməmək, zəruri hallarda şərhi xəbərdən ayırmaq;

Mövzuya dair materialların təqdimatında mövcud qanunlara, qaydalara riayət etmək, insan hüquq və azadlıqlarının qorunmasının vacibliyi prinsipinə əməl etmək;

Materialların təqdimatında ksenofobiya və rasizm elementlərindən uzaq durmaq. Hansısa ərazini koronavirusun yayıldığı bölgə kimi qabartmaqla həmin ərazinin insanının bəşəriyyət üçün təhlükə yaratdığına dair rəy formalaşdırmamaq;

Xəstəliklə bağlı materialların təqdimatında foto görüntülərin seçiminə diqqətlə yanaşmaq. Bu baxımdan Asiya mənşəli şəxslərin, əsasən də çinlilərin görüntülərini koronavirusla assosiaya etməkdən uzaq durmaq;

İllüstrasiyalarla manipulyasiyadan, sensasiyon təqdimatlardan uzaq durmaq, sosial şəbəkələrdə yayılmış fikirlərin informasiya dəyərini ciddi şəkildə yoxlamaq;

Xəstəliyə tutulmuş insanların adlarını çəkməmək, onlar haqqındakı konkret faktları təqdim etməmək. Xəstəliyə yoluxmuş insan vəzifəli, fəaliyyəti ictimai əhəmiyyət daşıyan şəxsdirsə, bununla bağlı materialların təqdimatına həssas yanaşmaq, klişelərdən, interpretasiyalardan uzaq durmaq;

Xəstəliyin profilaktikası, müalicəsi və müayinəsi ilə bağlı məsələlərin təqdimatına həssas yanaşmaq, bu zaman konkret məqamları önə çəkmək, tibbin və səhiyyənin prioritet seçmədiyi məsələləri irəli sürməmək;

Peşə fəaliyyətlərini yerinə yetirən jurnalistlərin koronavirusdan qorunmaq üçün təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət etmələri vacibdir.

Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Prezidentdən sahibkarlara XƏBƏRDARLIQ: Kimsə vəzifədə olan dostlara arxalanırsa... 20:29Müxtəlif dövlət qurumları mənə fərqli rəqəmlər təqdim edib - İlham Əliyev 20:25Azərbaycanda koronavirusla bağlı əhalini təşvişə salan şəxs psixiatriya xəstəxanasına yerləşdirildi - RƏSMİ 20:21Azərbaycanda inanılmaz hadisə - Evdən 1,2 milyon pul apardılar 20:16“Arsenal” sevgilisinə görə Madriddə karantini pozmuş futbolçunu istəyir 20:10Sabahdan hava dəyişir - XƏBƏRDARLIQ 20:00Məşhur professordan ŞOK İDDİA: Koronavirusun mənbəyi Uhan deyil, daha əvvəl... 19:56Azərbaycanda kapital və əmlak amnistiyası elan edilə bilər - Nazirdən AÇIQLAMA 19:50Deputat karantində olan azərbaycanlılara dəstək olan fermerə təşəkkür etdi 19:45Əflatun Amaşov: Dövlətimizi qoruma səngərlərimiz evlərimizdir 19:38İqtisad üzrə fəlsəfə doktoru İbrahimov Şahraz Müzəffər oğlu vəfat etdi 19:52Milli Məclisin iclasları internet vasitəsilə keçiriləcək 14:0065 yaş qadağası deputatlara şamil ediləcək? - QANUN 13:59Azərbaycanda bu obyektlərin FƏALİYYƏTİ DAYANDIRILDI - SİYAHI 13:56İtaliyadan DƏHŞƏTLİ XƏBƏR – 6 mindən çox həkim... 13:54ABŞ səhiyyəsi çökür: Minlərlə insan öləcək 13:52Fermerlərin məhsullarını daşımalarında problem yoxdur - AÇIQLAMA 13:50Uşaqlar üçün dərs və əyləncəni əhatə edən proqram tərtib edilsin - Valideynlər üçün tövsiyə 13:49Səudiyyə Ərəbistanında tibbi maskaları gizlədən şəbəkənin üzvləri həbs edilib 13:49Elçin Quliyev və Kəmaləddin Heydərov karantinə cəlb olun­muş vətəndaşlarla görüşüblər 13:49Dövlət Komitəsi Bərdədə baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb 13:48Millət vəkili Eldar Quliyev Azərbaycan Respublikası Prezidentinin çağırışına dəstək olaraq Bilgəh və Maştağa qəsəbələrində yaşayan tənha yaşlılarla və aztəminatlı ailələrlə görüşmək məqsədiylə 12 ailəyə baş çəkib 00:20"Gördüyümüz işlər imkan verəcək ki, biz bu sınaqdan da şərəflə çıxa bilək” - İlham Əliyev 13:50Vaqif Əsədovdan sürücülərə TÖVSİYƏ 13:44Bakıda pullu dezinfeskiya ilə bağlı BŞİH-dən açıqlama 13:38Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ 13:31Vətəndaşlar qeydiyyatda olduğu yerlərə necə qayıdacaq? - DİN-dən AÇIQLAMA 13:26Çin koronavirusla mübarizədə Azərbaycanla təcrübəsini bölüşməyə hazır olduğunu bəyan edib 14:25Azərbaycan şahmatçıları FİDE prezidentinə açıq məktub yazıblar 14:19Ölkədə olma müddəti bitənlər cərimələnməyəcək - AÇIQLAMA 14:15Azərbaycanda daha 43 nəfər koronavirus infeksiyasına yoluxdu - QƏRARGAH 20:07Deputatlar Milli Məclisdə bu formada oturacaq 20:00Bakıda Yol Polisi sürücülərə və maşın sahiblərinə MÜRACİƏT ETDİ 19:55Səhiyyə naziri də virusa yoluxdu - Britaniyada 19:50Bir çörəyin sirri: Onu necə qablaşdırıb bizə satırlar? 19:45Koronaviruslu vəziyyət, İbrahim müəllimin sarı kartı və özünü qoruma instinkti 19:38Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıla bilər 12:03"Bəzi vətəndaşların səhlənkarlığı davam etsə, qaydalar sərtləşdirilə bilər" - Deputat 11:57"Ayaks"ın futbolçusu 3 ildən sonra komadan ayılıb 11:54Deputat Nəsib Məhəməliyev: “Gələcəyimiz naminə bu mübarizədə dövlətimizə lazımi dəstək verəcək və biz digər ölkələrdən daha tez qalib gələcəyik” 11:49Millət vəkili Əflatun Amaşov: “Gürcüstan hökuməti millətindən asılı olmayaraq, hər bir vətəndaşının sağlığını, sağlamlığını düşünür, onu qorumaq üçün ciddi cəhdlə çalışır” 11:38Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı 11:28Operativ Qərargah: Yaxın günlərdə satışda kifayət qədər spirt olacaq 12:42İtkin düşmüş 3 nəfər tapılaraq ailəsinə təhvil verilib 12:36Hökumət Evində fəaliyyət göstərən qurumlar üçün xüsusi iş rejimi müəyyən olunub 12:29Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb 12:24Dünya bazarında neftin qiyməti 30 dolları keçib 12:17Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb 12:03Paulo Dibala koronavirusdan sağalıb 11:58Misir ehramları dezinfeksiya edilir 11:53Sosial şəbəkələrdə görüntüləri yayılan avtoxuliqan həbs edilib 11:45Tramp G20 sammitində iştirak edəcək 11:40Azərbaycanla İran arasında sərhədin bağlanması haqda qərarın müddəti uzadılıb 13:49Bu tərəvəzlər arıqlamağa mane olur 13:47Kuril adalarında sunami təhlükəsi elan olunub 13:43Sabahın hava proqnozu açıqlanıb 13:40Sahibkarlar qarşısında əlilliyi olan şəxsləri işə götürmək öhdəliyi qoyulur 13:38Azərbaycan Tokio Olimpiadasının 2021-ci ilə keçirilməsi ilə bağlı təşkil olunacaq tədbirlər planını açıqlayıb 13:35Dünya şöhrətli aktrisa koronavirusa yoluxdu 13:31Bakıda bağlı qalan 4 cinayətin üstü açılıb 13:09