29 in 00:45yazarlar

Novruz Aslan: İstedadlı bəstəkar, fəal ictimai-siyasi xadim

Novruz Aslan: İstedadlı bəstəkar, fəal ictimai-siyasi xadim Millət vəkili ilə söhbət

Yaşanan hər ömür bir tarixdir. Bir var ömrün tarixi, bir də var tarixi ömür. Ömrün tarixi hər kəsdə olur, tarixi ömür yaşayanlar isə cəmiyyətin seçilən üzvlərinə, hünərli şəxslərə məxsus olur. Belələri tarix səhifələrinə öz adlarını göstərdikləri şücaətləri, layiqli əməlləri hesabına yazırlar və bu yazı nəsillərdən- nəsillərə keçərək əbədiləşir.
Millət vəkili Azərbaycan Qızıl Aypala Cəmiyyətinin sədri, tanınmış bəstəkar Novruz Aslan da bu qəbil insanlardandır. Yüksək və nəcib mədəniyyətə sahib, öz intellekti ilə daim ətrafdakılardan fərqlənən, gözəl musiqi duyumu olan, yaşadığı ölkənin ictimai-siyasi həyatına yaxından qatılan yaradıcı bir insan.
“Yaradıcı bir insan” ifadəsini təsadüfən işlətmədik. Çünki belə fərdİər hansı sahə olursa-olsun, ona mütləq öz prizmasından baxacaqlar. Yada salaq ki, sovet dövrundə şablonçuluq, ideoloj çərçivədən kənara çıxmamaq, yuxarıdan aşağı əmrlərin sozsüz yerinə yetirilməsi və digər inzibati amillər ilk növbədə yaradıcı insanların əl-qolunu bağlayırdı. Məsələn, Sovet İttifaqının dağılması ərəfəsində pribaltikalılar dərhal hərəkətə keçdilər və yaradıcı insanlara daha geniş meydan verməyə başladılar. Estoniyada məşhur bəstəkar Raymond Pauls mədəniyyət naziri təyin olundu və uzun illər həmin postda işlədi (bir qədər sonra analoji addımlar digər postsovet məkanlarının bəzilərində də atıldı).
Təbii ki, hərənin öz yolu, öz qisməti var. Hər halda Novruz Aslan da yaşadığı məmləkətdə öz potensialını ortaya qoya bildi. Özünü həm istedadlı bəstəkar, həm də fəal ictimai-siyasi xadim kimi təsdiqlədə bildi. Yaxşısı budur, onunla bu günlərdə olan söhbəti ixtisarla diqqətinizə çatdıraq.
- Novruz müəllim, növbədənkənar iclası nəzərə almasaq, Milli Məclis yay tətilinə çıxdı. Parlamentin son bir illik fəaliyyətini necə dəyərləndirərdiniz?
- Bilirsiz, bu suala ya gərək qısaca, ya da çox ətraflı cavab verəsən. Əlbəttə, mən də çalışacağam fikrimi yığcam ifadə edəm. Yaxşı bilirsiniz ki, Azərbaycan çox sürətlə inkişaf edən az-az ölkələrdən biridir. Cənab Prezident İlham Əliyevin artıq uzun illərdən bəri yürütdüyü xarici və daxili siyasət öz bəhrəsini verir. İnkişafın Azərbaycan modelini indi dünyada qəbul etməyə bilməzlər. Həqiqətən ölkəmiz sosial-iqtisadi sahədə inqilabi addımlar atır. Əlbəttə, bütün bunlar məni də sevindirir. O ki qaldı Milli Məclisin fəaliyyətinə, qısaca desəm, parlamentin son bir illik fəaliyyətini müsbət qiymətləndirirəm. Həmin müddətdə kifayət qədər yeni və lazımlı qanunlar qəbul olunub və xeyli sayda qanunlara düzəlişlər edilib. Kənardan bəlkə də bu, bəzilərinə asan görünə bilər. Nəzərə alın ki, bütün bunlar böyük və gərgin əməyin bəhrəsidir.
- Siz İsmayıllıdan deputat seçilmisiniz və bilirik ki, vaxtaşırı seçicilərinizlə görüşləriniz olur. Mümkünsə, deyin: onların təklif və problemləri necə həll olunur?
- Mən İsmayillıdan seçilən bir deputat kimi regionların sosial-iqtisadi inkişafı istiqamətində atılan addımları nümunə kimi göstərmək istəyirəm.
Bu il İsmayıllı ilə əlaqədar, görün, nə qədər böyük hadisələr baş verdi. 27 il ərzində analoqu olmayan bir hadisədir ki, bir kənd üçün, bir bölgə üçün ardıcıl olaraq üç sərəncam imzalandı. Prezident İlham Əliyevin Lahıca yeni yolun salınması, qazın çəkilməsi, məktəbin tikilməsi ilə bağlı sərəncamlarını nəzərdə tuturam.
Bu yaxınlarda Lahıcla Dəmirçi kəndi arasında salınmış yolla getdim. Mənim çox xoşuma gəldi. Fəxarət hissi keçirdim ki, belə bir ölkənin vətəndaşıyam. İnanın, biz 100 il də, 200 il də sovet hakimiyyətinin tərkibində olsaydıq, Lahıca qaz və yol çəkilməyəcəkdi. Çünki siz özünüz də bilirsiniz ki, hansısa böyük bir dövlətin təsiri altında olmaq nə deməkdir. Səndən istifadə edilir, lakin əvəzi verilmir.
Bütün imperiyalarda tarix boyu belə olub. Bu imperiyaların əsas məqsədi tabeliyində olan ölkələri, dövlətləri, xalqları özlərinin mənafeyinə xidmətə yönəltmək olmuşdur. Kimsə fikirləşir ki, əgər biz sovet dövlətinin tərkibində qalsaydıq, biz bundan da yaxşı inkişaf edəcəkdik, biz bundan da qüdrətli, güclü olacaqdıq, yanılır, çox böyük səhvə yol verir. Bir daha təkrar edirəm, müstəqilliyimiz olmadan bu uğurları heç vaxt əldə edə bilməzdik.
Fəxarət hissi ilə həmişə demişəm, indi yeri gəlmişkən təkrar edirəm. Ulu öndər Heydər Əliyev fəaliyyət göstərdiyi bütün dövrlərdə Azərbaycan xalqının yeganə, əvəzolunmaz LİDERİ olub. Bu həm Sovet İttifaqı dövründə belə olub, həm də Azərbaycan müstəqilliyini qazandıqdan sonra. Ulu öndərin uzaqgörən siyasətinin bəhrəsini biz bu gün əyani olaraq görürük, bunu yaşayırıq.
İndi baxın, ulu öndər müstəqil Azərbaycanı xalqımıza bəxş etdi, müstəqilliyimizin qorunub-saxlanılması üçün mühüm addımlar atdı. Möhtərəm prezidentimiz cənab İlham Əliyev bu məqsədyönlü siyasətin davamı olaraq bu gün Azərbaycanı bütün dünyaya tanıtdı. Bütün sahələrdə dinamik inkişafa nail oldu. Bölgələrimizdə sosial-iqtisadi sahədə gedən inkişaf göz önündədir. Dünyaya nümunə olan yeni dövlət idarəçiliyi modelini məhz İlham Əhyev yaratdı.
Tolerantlıq, multikultural dəyərlərin qorunub-saxlanmasına xüsusi diqqət ayırdı. Azərbaycanda digər xalqların, etnik qrupların nümayəndələri daim qarşılıqlı hörmət və sülh şəraitində yaşamışlar, bu gün də yaşayırlar.
Bax, elə buna görə də Azərbaycan mədəniyyəti daha da zəngin və rəngarəngdir. Müxtəlif mədəniyyətlərin qovuşduğu nadir məkandır.
- Dünyanın hazırkı siyasi mənzərəsini yığcam şəkildə necə təsəvvür edərdiniz?
- Heç ürəkaçan deyil. Ən pisi isə odur ki, planetimizin mizan-tərəzisi pozulub. Müxtəlif konflikt ocaqları, ayrı-ayrı ölkələrin bir-birinə qarşı əsaslı və əsassız iddiaları, müsəlman ölkələrinə qarşı Qərbin ikili standartlarla yanaşması və sadalamadığım onlarla arqumentlər dediyiniz siyasi mənzərəyə daxildir. Elə təkcə Dağlıq Qarabağ məsələsində dünyanın aparıcı dövlətlərinin seyrçi mövqe tutması çox mətləblərdən xəbər verir...
- Gələn il Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 100 illik yubileyi keçiriləcək. Bu barədə nə demək istərdiniz?
- Bəli, 2020-ci il mart ayının 10-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 100 yaşı tamam olacaq. Bilirsiniz ki, bu cəmiyyət Xalq Cümhuriyyətinin varislərindən sayılır və onun bir əsrlik fəaliyyətinin qeyd etmək bizim üçün təbii ki, şərəflidir. Məlumat üçün deyim ki, qarşıdakı yubileylə əlaqədar komissiya yaradılıb.
- Novruz müəllim, Siz həm də gözəl mahnılar müəllifisiniz. Bəlkə bir qədər də incəsənət sahəsinə toxunaq. Maraqlıdır, bu sahədə baş verənlərə münasibətiniz necədir?
- Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, bir ziyalı olaraq məsuliyyətlə qeyd etmək istərdim ki, biz artıq yeni dövrü yaşayırıq, həyatımızın bütün mədəniyyət, incəsənət, ədəbiyyat sahəsində bir çox yeniliklər var və bu tendensiya artmaqdadır. Xüsusi olaraq ölkəmizin birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın fəaliyyətini önə çəkmək istərdim. İnkaredilməz faktdır ki, məhz Mehriban xanımın rəhbərliyi ilə mədəniyyət, incəsənət sahəsində kifayət qədər uğurlu layihələr həyata keçirilib.
Bu gün televiziya məkanı respublikada baş verən hadisələrə, yeniliklərə geniş yer ayırır, maraqlı verilişlər hazırlayaraq təqdim edir. Əfsuslar olsun ki, bu sahədə hələ də müəyyən çatışmazlıqlar var. Bu gün bizim ictimaiyyətə yaxın olan insanlardan, xüsusilə musiqiçilərdən, incəsənətlə məşğul olan insanlardan sənət nümunələri görə bilirik.
Düzdür, əvvəlki illərlə müqayisədə, son zamanlar efir məkanında yaxşı musiqilər səsləndirilir, bunu inkar etmirəm. Bununla əlaqədar çoxlu nümunə göstərə bilərəm. Misal üçün, bu yaxınlarda radio dalğalarında xalq artisti Zülfiyyə Xanbabayevanın ifasında “Etiraf” adlı gözəl bir musiqi əsəri dinlədim.
Öyrəndim ki, bu əsərin müəllifı Xalq artisti, bəstəkar Faiq Sücəddinovdur. Dərhal ona telefon açdım və bu əsərə görə təşəkkür etdim. Amma nədənsə belə əsərləri az eşidə bilirik. Səslənən bayağı mahnılar, zövqləri korlayan “musiqilər”, demək olar ki, ciddi əsərləri kölgədə qoyur. Burada zövqlərin korlanmasının şahidi oluruq. Nədəncə, bu məsələlər insanları az maraqlandırır. Bilmirəm, hansı təsir qüvvələri burada yer alır? Bəlkə, kosmosdan və yaxud qəbul etdiyimiz qidaların hansısa bir təsiri var? Bəlkə, genetikamızda hansısa bir dəyişikliklər baş verir?!
Hələ də bunun cavabını tapa bilmirəm. Bir bayağı musiqi var, adını çəkmək istəmirəm. Bu yaxınlarda internetdə, sosial şəbəkələrdə geniş yayılmışdı. Bu sənətdə 30 ilə yaxın çalışan bir insan kimi fikirləşirəm, axı burada maraqlı nə var? Mahnının nə musiqisi, nə də sözləri bir məna kəsb edir! Bəs elə isə yz baş verir!
Burada xoşagəlimli nə var ki, insanlarımız onları dinləyir, onlara diqqət ayırırlar? Şəxsən mən orada sənət, musiqi adına heç nə tapa bilmədim. Təəssüf ki, belə musiqilər nədənsə bəzi insanlar tərəfindən coşqu ilə qarşılanır, onlara maraq göstərilir.
Toylarda, məclislərdə məhz o bayağı, dayaz, cılız musiqilərin müşayiəti ilə həmin adamlar həvəslə rəqs edir, xüsusi canfəşanlıq göstərirlər. Məni də narahat edən budur. Biz insan, fərd olaraq keçmiş çətinlikləri arxada qoyaraq, pillə-pillə inkişaf edərək, XXI əsrə qədəm qoymuşuq. Lakin indi də bəzi ünsürlərə görə mənəviyyatımızın korlanması hallarına rast gəlirik. Bu, məni narahat etməyə bilməz. Hamıya bəllidir ki, insan cəmiyyətdə formalaşır, ictimai münasibətlərə girərək fəaliyyət göstərir.
Amma bu münasibətlər heç də bizim istədiyimiz, fikirləşdiyimiz kimi baş vermir. Biz gənclərimizdə görmək istədiklərimizi görə bilmirik. Əlbəttə, bunun həm obyektiv, həm də subyektiv səbəbləri ola bilər. Gənc nəslin formalaşmasında biz daha diqqətli olmalı, onların həyat tərzi, fəaliyyəti ilə hərtərəfli maraqlanmalıyıq. Vacib olan məsələlərdən birincisi təhsildir. Hərçənd, son zamanlar təhsildə böyük işlər görülür və mühüm islahatlar aparılır. İnanıram ki, bu işlər gələcəkdə öz bəhrəsini verəcək və biz gözlədiyimizə nail olacağıq.

Bəradər Səməndərli.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Vikipediyada “Cümhuriyyətin 9 şəkli” filmi haqqında məqalə yaradılıb 15:11Sevinc Qədirova “Azərbaycan Dəmir Yolları” QSC-dən ayrıldı 00:04Nəsib Məhəməliyev : Mədəni irsimizin belə bir nüfuzlu təşkilatın reyestrinə salınmasının arxasında çox böyük zəhmət durur 18:27Çindən Azərbaycana daha bir blok qatarı çatır 22:03ABŞ-la ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub 21:58Azərbaycan karbamidinin konteynerlərdə ilk partiyası BTQ üzrə Türkiyəyə uğurla göndərilib 21:41Səmimi və qayğıkeş insanlar... 21:22Millət vəkili Cavid Osmanov: “Azərbaycana ləkə gətirmək istəyən Orduxan, Sevinc Osmanqızı və Qənimət Zahid kimi satqınları xalqımız pisləyir" 20:31İxtisara düşdü, iş yerini partlatmaq istədi - Qumbara ilə 14:48Bakıda gölü çirkləndirən Biləsuvar sakininə protokol yazıldı 14:43Müəllimlərin işə qəbulu üzrə imtahanların TARİXLƏRİ açıqlandı 14:36Gəncədə mənzildən oğurluq edən şəxslər saxlanılıb 14:28Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahıda məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksinin açılışında iştirak ediblər 14:23Baş nazirin müavini: Azərbaycanda həyata keçirilən siyasətin mühüm bir hissəsi ekoloji tarazlığın təmin edilməsidir 14:18“Nəsimi ili” nin izi ilə 15:07Kabildə diplomatik məhəllədə PARTLAYIŞ - 34 ölü, 68 yaralı 11:58Hindistanda yol qəzasında 24 nəfər həlak olub 11:21Suriyada hava hücumu nəticəsində dörd nəfər həlak olub 11:13Bu gündən Bakı Metropoliteni yay qrafikinə keçir 11:07İyulda 42 dərəcə isti olacaq - AYLIQ PROQNOZ 11:02Bu gündən qabiliyyət imtahanları başlayır 10:34Azərbaycan NATO-nun tanıtım proqramında təmsil olunur 10:26Novruz Aslan: İstedadlı bəstəkar, fəal ictimai-siyasi xadim 00:45Sumqayıtda marketdə işləyən 18 yaşlı oğlan itkin düşdü 12:11Salyanda yanacaqdoldurma məntəqəsində ölüm 12:06Tuncəlidə 8 PKK terrorçusu zərərsizləşdirilib 12:02Azərbaycan Turizm Bürosu: İran və Rusiya tərəfdən böyük təşəbbüslər var və mütləq şəkildə onlardan istifadə etməliyik 11:57Magistraturaya qəbul olunan bakalavrların nəzərinə! 11:55Deputatlar bu gün toplaşır - Növbədənkənar iclas 10:27Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb 11:16Binəqədidə 6 otaqlı ev yanıb 11:13Meksikada silahlılar özünümüdafiə qüvvələrinə hücum edib, ölənlər var 11:11Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminin görüntüləri yayılıb 10:59DİN: Yol qəzalarında 11 nəfər ölüb, 4 nəfər xəsarət alıb 13:13Qonşu ölkədən meyvə ixracı azalır 11:59Təhsil Nazirliyindən dərsliklərlə bağlı ÇAĞIRIŞ 11:50Sumqayıtda üçmərtəbəli ticarət mərkəzi yanıb 10:48İmamoğlu: İstanbulda qanun və ədalət hökmranlıq edəcək 10:47Banqladeşdə qatar relslərdən çıxıb: ölü və yaralılar var 10:44İndoneziya adaları yaxınlığında güclü zəlzələ olub 10:43Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır 10:38Millət vəkili: Dövlət başçısının imzaladığı sərəncamlarda sosial ədalət və inkluzivlik təmin edilir 10:35DİQQƏT: Sabah bu ərazilərdə 40 dərəcə isti olacaq 13:58Prezidentdən dövlət qulluqçularına mühüm mesaj 13:51Deputat: Azərbayan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması dünya üçün də bir ismarışdır 19:05Bakıda toya hazırlaşan sürücü qəza törətdi - Ölən var 18:53Xəzərdə motorlu qayıq dənizdə üzən kişini vurub öldürdü 18:48PA: Müdafiə Sənayesi Nazirliyi ləğv olunmuş hesab edilmir və öz fəaliyyətini davam etdirir 18:37Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İkinci Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançıları ilə görüşüb 18:25Elnur Əbülfəzoğlu 17:17“Dərzi Mehman” yolunuzu gözləyir! 17:11Milli Məclis daha bir növbədənkənar iclasını keçirdi 16:23Bakıda çökə ağacından ibarət analoqu olmayan park salındı 16:11Eldar Quliyev təltif olundu 13:18Nazirlik Suraxanıda bələdiyyə sədrini 2500 manat cərimələdi - SƏBƏB 10:51"Əmi" ləqəbli narkotacir Hacıqabulda saxlanıldı 10:48Birinci vitse-prezident Mehriban Əliyeva 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub 10:46Deputat: Azərbaycan uğurlu sosial dövlət örnəyi kimi dünyanın diqqət mərkəzindədir 10:43Bir mənzili bir neçə nəfərə satan şirkət rəhbəri: Məni şəriklərim aldadıb 10:41Pay torpaqlarının idarə olunması üçün yeni TƏKLİF 10:38Bu günədək 460 min hektar sahədə taxıl biçilib - Məhsuldarlıq nə qədərdir? 10:35Boris Conson və Ceremi Hant baş nazir postu uğrunda mübarizə aparacaq 10:33Minskdə II Avropa Oyunları çərçivəsində Azərbaycan Günü keçirildi 10:27Bu meşəyə girən heç kəs SAĞ ÇIXMIR: İnsanı dəhşətə gətirən FAKTLAR 10:25Seyyad Əlizadə və Ayşən Mehdiyeva - Şığıdın düşmən üstünə 16:27