02 may 11:02yazarlar

Yazıçılar Birliyinin pul yumaq siyasəti

Yazıçılar Birliyinin pul yumaq siyasəti Ayxan Ayvaz

AYB yazıçıları mükafatlandırıb. İstər-istəməz bu cür hadisələrdə mütləq ki, obyektivliyin itməsi kimi hallar olacaq. Özü də sözügedən mükafatlandırma AYB-nin adı ilə bağlıdırsa, məsələ məlumdur: burda obyektivlik axtarmaq çöldə iynə tapmaq qədər çətindir.
Deməli, AYB-yə 800 min pul verildi, onlar da bu məbləği hara xərcləyəcəklərini bilmədilər, düşündülər, düşündülər və... nəhayət, dedilər ki, belə bir əlüstü mükafat təsis edək.
İmadəddin Nəsimi, Mirzə Cəlil, Cəfər Cabbarlı və İsmayıl Şıxlının adlarına mükafat verək – hərəsinə 2 min manat.
Xub! Çox gözəl. Nə deyirik? Düzü, o pulu daha gərəkli işlərə xərcləmək olardı. Kitabları xarici dillərə tərcümə etmək, gənc yazarları stimullaşdırmaq üçün onları başqa ölkələrdə təhsil almağa göndərmək, vacib birinin ev, yaxud sağlıq məsələsini həll etmək və s.
AYB yenə ən asana qaçır: dostların cibinə bir az pul basaq məsələ həll olunsun! Onsuz da bu qurumdan əlimizi üzmüşük, bu heç. Bir neçə gəncə mükafat verməklə də gözümüzə kül üfürüblər. Olsun.
Amma bu mükafatları hansı meyarlarla seçiblər? Hanı bu mükafatların əsasnaməsi, nizamnaməsi, münsifləri, əsərləri qiymətləndirmə meyarları? Axı bu vəsait dövlət tərəfindən ödənilir. AYB-nin hansısa gəlirindən verilmir. Çox şübhəsiz ki, metod belə olub: pul verilib, necə edək, iş görmədən özümüzü işləyən kimi göstərək!
Axı böyük ədiblərin adına mükafat təsis etmək maliyyə ilə yanaşı həm də qanuni baza, ən azı kargüzarlıq işi istəyir. Olmayan yerdən mətbuat üçün normal bir açıqlama yazmaq lazımdır.
Heç biri yoxdur!
Sadəcə qəfil Şaxta Baba kimi hədiyyələr paylanır və almayanlar narazılıq edir.
Mirzə Cəlil Məmmədquluzadə adına nəsr mükafatları ilə Xalq yazıçısı Elçin Əfəndiyev, akademik Kamal Abdulla və Xalq şairi Sabir Rüstəmxanlı təltif edilib.
Bəlkə Elçin müəllimin kitab çıxarmağa pulu yoxdur, biz bilmirik?
Eləcə də Kamal Abdullanın bu pula doğrudanmı ehtiyacı var?
Yaxud, Sabir Rüstəmxanlı?
Tamam, deyə bilərsiniz ki, onlar yaxşı yazıçılardır. Buna bir söz demirik. Amma və lakin burda meyarın yazıçılıq olduğu şübhə doğurmaya bilmir.
Olmazdımı ki, mükafat imkanı olmayan və həm də yaxşı yazan yazıçılara verilsin? Heç bu haqda düşünmüsünüzmü?
Musa Yaqubla Vaqif Bayatlını da Nəsimi mükafatına təqdim ediblər. Anar müəllim yaxşı tapıb: onların müalicə pulu da beləcə getdi! Kimsə soruşanda, qayıdıb deyəcək ki, bəs mən onlara Nəsimi mükafatını vermişəm, əl çəkin məndən. Yəni Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Əlinin başına. Çevir tatı, vur tatı. Köhnə hamam, köhnə tas.
Hələ Əjdər Ol, Nizaməddin Şəmsizadə, İntiqam Qasımzadəni demirəm. Onların da bu mükafatı almasının səbəbi gül kimi aydındır.

Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Gürcüstan rəhbərliyi Azərbaycanla sərhədlərin delimitasiyası prosesinin yenilənməsini alqışlayır 18:08İtaliya Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib 18:03Türkiyədə uçurumdan yuvarlanan jurnalistin meyiti tapıldı 17:59PSJ-nin prezidenti rüşvət verməkdə ittiham olunur 17:56Kurikulumun İLK NƏTİCƏLƏRİ... - narazılıqlar çoxdur 17:49Ali məktəbə müsabiqədənkənar QƏBUL: YAXŞIDIR, YOXSA PİS? 17:45"Azərbaycan Dəmir Yolları" Avroliqanın finalı ilə bağlı tədbirlər planı hazırlayıb 17:42Azərbaycan və Çin xarici işlər nazirləri görüşdü 17:37İstirahət mərkəzinin avadanlıqları hərraca çıxarılacaq - SƏBƏB 17:34Afaq Bəşirqızıdan GÖZLƏNİLƏN ADDIM - "Toya bir gün qalmış" 17:30Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib 19:35Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub 19:31Atəşkəs rejimi 20 dəfə pozulub 11:28Şamaxıda 8 il öncə vəfat etmiş şəxsə hərbi çağırış vərəqəsi göndərilib 11:26Paytaxtda əhali ilə fəal görüşlər aylığına yekun vuruldu 11:21Vəzifəli şəxs barəsində daha bir CİNAYƏT İŞİ: külli miqdarda... 11:19Azərbaycanda DƏHŞƏT: 3 aydır itkin düşən şəxsin çürümüş meyiti... 11:17Ərdoğan: TDƏŞ digər beynəlxalq təşkilatlarla münasibətləri inkişaf etdirməlidir 11:11ABŞ-da keçirilən marafon ölümə səbəb olub 11:08Maduro erkən parlament seçkiləri keçirilməsini təklif edib 11:05Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub 10:51Neft məhsullarını nəzarətsiz qoymayın, uşaqda pnevmaniya yarana bilər - XƏBƏRDARLIQ 10:47Dörd ayda 436 ədəd minik avtomobili istehsal olunub 10:44“Barselona”nın müdafiəçisi zədələnib 10:39Formula 1 üzrə üçqat dünya çempionu Niki Lauda vəfat edib 10:37Alimlər başı böyük olan uşaqlar haqqında İNANILMAZ SİRRİ açıqladı 10:33Elina cinayətində QALMAQAL BÖYÜYÜR: anası və vəkilləri YENİDƏN DANIŞDI 18:55"Akkreditasiya rüsumlarının miqdarına yenidən baxılacaq" - İsa Həbibbəyli 18:14Kral Salman Azərbaycan Prezidentini təbrik edib 18:10Fədayə Laçının işi baş tutmadı- Polkovnikə görə 18:0438 nəfər həkimlik oldu, 11-nin nəticəsi ləğv edildi - QƏBUL İMTAHANININ QEYRİ-ADİ STATİSTİKASI 17:50Millət vəkili Nəsib Məhməliyev: - Biz hər hansı Orta Asiya respublikalarından, uzaq Çindən gəlmiş bir köçəri tayfaları deyilik – Qafqaz Albaniyasının varisləriyik 14:33Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb 12:29Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqına xoş arzularını çatdırıb 12:25Ötən il Azərbaycan məhkəmələrində 246 mindən artıq işə baxılıb - Birinci vitse-prezidentin köməkçisi 12:22Ötən ilin dövlət büdcəsinin gəlir və xərcləri məlum olub 11:22İki gündə yol qəzalarında 6 nəfər ölüb 11:19Messi rekordu təkrarlayıb və Mbappedən uzaqlaşıb 11:00Rusiyada yeni rekord qeydə alınıb 10:56Bakı və Abşeronda bir gündə 6 nəfəri it dişləyib 10:41Bu üzüyün nələrdən hazırlandığını bilənlər dəhşətə gəlir 10:31Ərdoğan: “Ən təhlükəli 420 terroristi zərərsizləşdirmişik” 11:38Prezident müsəlman ölkələrinin səfirlərini qəbul edib 11:34"Kişi xəyanət edirsə, bunun günahkarı qadındır" - Əməkdar artist 11:31Tələbələr üçün yeni yataqxana kompleksinin istifadəyə veriləcəyi TARİX BƏLLİ OLDU 11:28Öldürülən avtoritetin həyat yoldaşı danışdı: “Lotu Quli” dedi ki..... - ÖZƏL 11:26Silsilə oğurluq edən dəstə üzvləri HƏBS EDİLDİ 11:21Atəşkəs rejimi 26 dəfə pozulub 11:17Aya ilk dəfə qadın ayağı dəyəcək 11:14Britaniya İranla bağlı məsələdə ABŞ-la razılaşır 11:12Mühafizəkarlar və leyboristlərin "Brexit" danışıqları nəticəsiz qaldı 11:09Vergilər naziri: Bunu ayrıca təhlil qrupu izləyir 10:56SOCAR və BP Aralda geoloji-kəşfiyyat aparacaq 10:54Avroliqanın finalında VAR sistemindən istifadə olunacaq 10:51"Arsenal" erməni futbolçusunu Bakıya gətirməyəcək 10:47Yer güclü maqnit qasırğasının təsiri altındadır 10:44Bakıda "Yaxşı İdarəetmə, İnnovasiya və Şəffaflıq”Forumu keçiriləcək 18:11Prezident İlham Əliyev Çexiya Parlamenti Deputatlar Palatası sədrini qəbul edib 18:09Ələtdə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan dəstə aşkarlanıb 18:05Sumqayıtda metaləritmə sexindən 31 ton metal oğurlanıb 18:01Rüşvət alan baş həkimə HÖKM OXUNDU 17:56Əhaliyə ŞAD xəbər : İşıq limiti artırıla bilər 17:32Mayın 26-da magistraturaya qəbul imtahanının II mərhələsi keçiriləcək 17:30Britni Spirs səhnəylə vidalaşır 17:26Sorğu: Ukraynada növbədənkənar parlament seçkiləri keçirilsə, Vladimir Zelenskinin partiyası qələbə qazanacaq 17:23