Sizin reklam burada
Sizin reklam burada
  • BŞTİ: Məktəb direktorlarının məsuliyyəti düzgün dəyərləndirilmələri vacibdir

    BŞTİ: Məktəb direktorlarının məsuliyyəti düzgün dəyərləndirilmələri vacibdir Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib.
    Bu barədə BŞTİ-dən məlumat verilib.
    Görüşün məqsədi tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması və müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması olub. 276 nömrəli tam orta məktəbdə təşkil edilən görüşdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva təhsil sahəsində aparılan islahatlardan, BŞTİ-nin qarşısında duran vəzifələrin icrası istiqamətində görülən işlərdən danışıb.
    M.Vəliyeva bildirib ki, cari tədris ilində fəaliyyətini “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan BŞTİ tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə çoxşaxəli tədbirlər həyata keçirilir. Sevindirici haldır ki, bu istiqamətdə atılan addımlar cəmiyyət tərəfindən ciddi dəstək qazanır.
    “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan strateji istiqamət və hədəflərə çatmaq üçün müxtəlif inkişafyönümlü layihələrin icrasının təmin edildiyini bildirən M.Vəliyeva paytaxt təhsilində əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən də danışıb.
    Təhsilin bütün meyarlar üzrə müasir tələblər səviyyəsinə qaldırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən biri olduğunu xatırladan BŞTİ müdiri məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacib olduğunu vurğulayıb.
    Görüşdə məktəbəhazırlıq qruplarının fəaliyyəti, təmayülləşmə, IX siniflərdə keçirilən buraxılış imtahanları, fənn olimpiadaları, məktəblərin idarəetməsi, Təlimə Dəstək Mərkəzinin fəaliyyəti, məktəblərdə psixoloji xidmət, müəllim-şagird və müəllim-valideyn münasibətlərinin tənzimlənməsi, məktəbdənkənar fəaliyyətin təşkili, ictimaiyyətlə əlaqələr və digər məsələlər müzakirə olunub, məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.
    Tədbirdə çıxış edən BŞTİ müdirinin müavinləri Hüseyn Əsgərov və Rəşad Tağıyev kadrlarla iş, müəllimlərin işə qəbulu və yerdəyişməsi, müsabiqələrin təşkili, kargüzarlıq, maddi-texniki təminat və digər məsələlər haqqında fikirlərini bildiriblər. Sonra təhsil müəssisələrinin rəhbərlərini maraqlandıran suallar cavablandırılıb və qaldırlan məsələlərə aydınlıq gətirilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ