Sizin reklam burada
Sizin reklam burada
  • Yevlaxda məktəbdə şagirdlərə dini mahnı oxudan müəllimə şiddətli töhmət verilib -YENİLƏNİB

    Yevlaxda məktəbdə şagirdlərə dini mahnı oxudan müəllimə şiddətli töhmət verilib -YENİLƏNİB Mərkəzi Aran Regional Təhsil İdarəsi müəllimin görüntüləri ilə bağlı açıqlama yayıb.
    Mərkəzi Aran Regional Təhsil İdarəsi onlayn və sosial mediada şagirdlərə dini mahnının oxudulmasına dair yayımlanan məlumatla bağlı bildirir ki, bu məsələ Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə baş verib. Məktəbin riyaziyyat müəllimi dərsdən sonra 4 uşağa dini mahnı oxudaraq onları videolentə alıb.
    Məsələ ilə bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib. Həmçinin tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

    14:38
    Azərbaycan məktəblərindən birində şagirdlərə İranın ali dini lideri Xameneyiyə həsr olunan mahnı oxudulması görüntüləri araşdırılır.
    Mərkəzi Aran Regional Təhsil İdarəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, nəticə barədə əlavə məlumat veriləcək.
    Qeyd edək ki, görüntülərin Yevlax rayonundakı məktəblərin birində çəkildiyi güman olunur. Videoda müəllim şagirdlərlə birlikdə Xameneyiyə həsr olunmuş “Salam fərmandeh” mahnısını ifa edir. Görüntülər sosial şəbəkələrdə etiraza səbəb olub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ