Sizin reklam burada
Sizin reklam burada
  • Daha bir innovativ təhsil platforması fəaliyyətə başlayır

     Daha bir innovativ təhsil platforması fəaliyyətə başlayır “ASAN 500 startup” layihəsinin qaliblərindən olmuş “taskool.com” innovativ təhsil platforması fəaliyyətə başlayır. İnteraktiv təhsil metodlarından istifadə edən "taskool.com" məktəblilərə həvəsləndirici tapşırıqlar icra etdirməklə onların onlayn-labaratoriyalarda təcrübələr keçib yüksək nəticələr göstərmələrini hədəfləyib. Yerli və xarici mütəxəsislərin birgə fəaliyyəti nəticəsində yaradılan təhsil platformu gələcəyin tələblərinə uyğun mütəxəsislərin indidən yetişdirilməsində unikal texniki imkanlara malikdir. Platforma AR texnalogiyaları əsasında yaradılan onlayn kimya labaratoriyası, dron mühəndisliyi labaratoriyası, yaşıl enerji istehsalını simulyasiya oyunlarından yararlanmaq niyyətindədir. "taskool.com"un mütəxəssisləri hesab edir ki, bu vasitələr məktəblilərdə fərdi keyfiyyətlərin inkişaf etdirilməsi, ünsiyyət qurma qabiliyyətin formalaşdırılması, habelə istedadların üzə çıxarılması üçün effektivdir.
    Hazırda platformada məktəblilərin yay dövründə vaxtlarını maraqlı və səmərəli keçirmələri üçün yaradılmış “Oyun dizayn və Mühəndisliyi”, “Biznesin əsasları” və “Fərdi İnkişaf” proqramları fəaliyyət göstərir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ