Respublika İncəsənət Gimnaziyasında əyani tədris martın 9-dək dayandırılıb. Əyani tədrisin dayandırılma səbəbi məktəbdə COVİD-19-a yoluxma hallarının qeydə alınmasıdır. Dərslər distant formada davam etdiriləcək. Qeyd edək ki, eyni səbəblə əlaqədar olaraq, Bakıda 82 saylı tam orta məktəbdə də əyani tədris dayandırılıb.