25 yan 20:17tehsil

Birinci vitse-prezident Mehriban Əliyevaya uşaqlarımız üçün gözəl şərait yaratdığı üçün sonsuz təşəkkürümüzü bildiririk - 11 saylı xüsusi təhsil məktəbindən reportaj

Birinci vitse-prezident Mehriban Əliyevaya uşaqlarımız üçün gözəl şərait yaratdığı üçün sonsuz təşəkkürümüzü bildiririk - 11 saylı xüsusi təhsil məktəbindən reportaj Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 2018-ci il oktyabrın 23-də Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 11 saylı xüsusi təhsil məktəbinin yeni binasının açılışında iştirak edib.
Qeyd edək ki, 11 saylı xüsusi təhsil məktəbi 1937-ci ildən fəaliyyət göstərir. Bu təhsil ocağının köhnə binası 1897-ci ildə inşa edilmişdi. Heydər Əliyev Fondu tərəfindən aparılan monitorinq nəticəsində məktəb binasının təhsilə tam yararsız olduğu aşkar edilmiş və Nərimanov rayonunda məktəb üçün yeni binanın inşasına qərar verilmişdi.
Təhsil müəssisəsinin yeni üçmərtəbəli binasında 250 şagird yeri, 21 sinif otağı, psixoloq, defektoloq, həkim otaqları, idman və akt zalları, yeməkxana var. Eyni zamanda, burada uşaqların istifadəsi üçün kitabxana yaradılıb. Məktəbdə 289 müəllim çalışır və onlar autizm, Daun sindromlu, ümumtəhsil proqramını mənimsəyə bilməyən və əqli inkişaf geriliyi diaqnozu olan uşaqlara təlim keçirlər. Ümumtəhsil proqramını mənimsəyə bilməyən şagirdlər də il ərzində aşkarlanaraq bu məktəbə yönləndirilir. Onillik məktəbin tədris planına defektoloq saatları, eyni zamanda psixologiya dərsləri daxil edilib. Bir sözlə, bu məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil alması, onların təlim-tərbiyəsi ilə hərtərəfli məşğul olmaq üçün bütün imkanlar mövcuddur.
Birinci vitse-prezident Mehriban Əliyevanın bu təhsil müəssisəsi üçün yeni binanın inşası məsələsini birbaşa öz nəzarətinə götürdüyünü qeyd edən məktəb direktoru Şahzadə İsgəndərova deyib: "Mehriban Əliyeva məktəbin açılış mərasimində şəxsən iştirak etdi. Təhsil müəssisəmizdə yaradılmış bu şəraitə görə çoxsaylı müəllim kollektivimiz, valideynlərimiz adından Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk".
Loqoped Esmira Qafarovanın sözlərinə görə, məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası üçün lazımi şərait yaradılıb. O qeyd edib ki, müəssisənin heyəti uşaqlara lazım olan hər şeyi edir:
“Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün vacib olan əsas məsələ defektoloq-loqoped, psixoloji xidmətlərin göstərilməsidir. Hazırda məktəbimizdə xüsusi otaqlar var və xidmətlərin göstərilməsi üçün lazımi vəsaitlərlə təmin olunmuşuq ki, bu da təbii ki, ilk növbədə uşaqlarımızın uğurlu reabilitasiyasını şərtləndirir”.

Məktəbin daha bir əməkdaşı, müəllim İlhamə Abbasova tədris prosesinin xüsusiyyətlərindən danışıb:

“Həqiqətən burada şərait o qədər gözəl yaradılıb ki! Məktəbdə loqoped, psixoloq otağımız, idman zalımız var. Bizdə müalicəvi bədən tərbiyəsi fənni keçirilir. Onu uşaqlara xüsusi idman otaqlarında tədris edirik. Uşaqların oyun xarakterli dərslərə çox böyük marağı var. Biz uşaqları oyun xarakterli dərslərə daha çox cəlb etməyə və bu dərsləri onların daimi marağına uyğun tərzdə keçirməyə çalışırıq. Valideynlər, məktəbimizin kollektivi və müdiriyyət xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil alması üçün bu cür şərait yaradıldığına görə Birinci vitse-prezident Mehriban Əliyevaya ürəkdən təşəkkür edir”.
Məktəbdə çalışan digər bir müəllim Azadə İbrahimovanın da qeyd etdiyi kimi, Birinci vitse-prezident Mehriban Əliyeva böyüyən nəslin təhsil və tərbiyəsinə xüsusi qayğı ilə yanaşır:
“Birinci vitse-prezident Mehriban Əliyeva bu məktəbi bizə hədiyyə etdi. Uşaqlarımız üçün gözəl şərait yaratdığı üçün ona sonsuz təşəkkürümüzü bildiririk”.
A.İbrahimova bildirib ki, məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqların tədrisinə ayrıca yanaşılır:
“Onların öz proqramlarını tərtib etmişik, bu cür uşaqlarla xüsusi dərs keçirik. Bu uşaqların qavrama qabiliyyəti zəif olduğuna görə onlarla sadələşdirilmiş formada məşğul oluruq”.
Müəllim Xəyalə Cəfərovanın sözlərinə görə, həm valideynlər, həm də müəllimlər tədris prosesində böyük həvəslə iştirak edirlər:
“Məktəbimizdə bu cür şərait yaradıldığına görə Mehriban xanıma çox minnətdarıq. Biz hamımız - həm müəllimlər, həm də valideynlər uşaqların tədris prosesində böyük maraqla iştirak edir, bu dərsləri çox həvəslə onlarla məşğul oluruq”.
Azərbaycanın Birinci vitse-prezidentinin müstəsna insanpərvərliyindən danışan müəllim Dilarə Həziyeva Mehriban Əliyevaya göstərdiyi qayğıya görə səmimi-qəlbdən təşəkkür edib:
“Birinci vitse-prezident Mehriban Əliyeva məktəbimizin hansı şəraitdə olduğunu bilirdi. Heydər Əliyev Fondunun nümayəndələri məktəbimizə qonaq gəlib şəraitimizlə tanış olduqdan sonra bu gözəl bina inşa edildi. Mən valideynlər və şagirdlər adından Mehriban Əliyevaya öz dərin təşəkkürümü bildirirəm”.
Bu məktəbdə təhsil alan şagirdlərdən birinin anası Humay Quliyeva öz növbəsində Trend-in müxbiri ilə onun övladı və başqa uşaqlar üçün məktəbdə yaradılan şəraitə görə Mehriban Əliyevaya səmimi-qəlbdən minnətdarlıq hisslərini bölüşüb:
“Birinci vitse-prezident Mehriban Əliyeva ana və bacı kimi onların qayğısını çəkir. Bütün valideynlər adından onun qarşısında baş əyirik! O, bizim ölkənin birinci xanımı, bizə ana və bacı kimi qayğı göstərən gözəl insan, tanıdığımız ən gözəl xanımdır”.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
"Gördüyümüz işlər imkan verəcək ki, biz bu sınaqdan da şərəflə çıxa bilək” - İlham Əliyev 13:50Vaqif Əsədovdan sürücülərə TÖVSİYƏ 13:44Bakıda pullu dezinfeskiya ilə bağlı BŞİH-dən açıqlama 13:38Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ 13:31Vətəndaşlar qeydiyyatda olduğu yerlərə necə qayıdacaq? - DİN-dən AÇIQLAMA 13:26Çin koronavirusla mübarizədə Azərbaycanla təcrübəsini bölüşməyə hazır olduğunu bəyan edib 14:25Azərbaycan şahmatçıları FİDE prezidentinə açıq məktub yazıblar 14:19Ölkədə olma müddəti bitənlər cərimələnməyəcək - AÇIQLAMA 14:15Azərbaycanda daha 43 nəfər koronavirus infeksiyasına yoluxdu - QƏRARGAH 20:07Deputatlar Milli Məclisdə bu formada oturacaq 20:00Bakıda Yol Polisi sürücülərə və maşın sahiblərinə MÜRACİƏT ETDİ 19:55Səhiyyə naziri də virusa yoluxdu - Britaniyada 19:50Bir çörəyin sirri: Onu necə qablaşdırıb bizə satırlar? 19:45Koronaviruslu vəziyyət, İbrahim müəllimin sarı kartı və özünü qoruma instinkti 19:38Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıla bilər 12:03"Bəzi vətəndaşların səhlənkarlığı davam etsə, qaydalar sərtləşdirilə bilər" - Deputat 11:57"Ayaks"ın futbolçusu 3 ildən sonra komadan ayılıb 11:54Deputat Nəsib Məhəməliyev: “Gələcəyimiz naminə bu mübarizədə dövlətimizə lazımi dəstək verəcək və biz digər ölkələrdən daha tez qalib gələcəyik” 11:49Millət vəkili Əflatun Amaşov: “Gürcüstan hökuməti millətindən asılı olmayaraq, hər bir vətəndaşının sağlığını, sağlamlığını düşünür, onu qorumaq üçün ciddi cəhdlə çalışır” 11:38Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı 11:28Operativ Qərargah: Yaxın günlərdə satışda kifayət qədər spirt olacaq 12:42İtkin düşmüş 3 nəfər tapılaraq ailəsinə təhvil verilib 12:36Hökumət Evində fəaliyyət göstərən qurumlar üçün xüsusi iş rejimi müəyyən olunub 12:29Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb 12:24Dünya bazarında neftin qiyməti 30 dolları keçib 12:17Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb 12:03Paulo Dibala koronavirusdan sağalıb 11:58Misir ehramları dezinfeksiya edilir 11:53Sosial şəbəkələrdə görüntüləri yayılan avtoxuliqan həbs edilib 11:45Tramp G20 sammitində iştirak edəcək 11:40Azərbaycanla İran arasında sərhədin bağlanması haqda qərarın müddəti uzadılıb 13:49Bu tərəvəzlər arıqlamağa mane olur 13:47Kuril adalarında sunami təhlükəsi elan olunub 13:43Sabahın hava proqnozu açıqlanıb 13:40Sahibkarlar qarşısında əlilliyi olan şəxsləri işə götürmək öhdəliyi qoyulur 13:38Azərbaycan Tokio Olimpiadasının 2021-ci ilə keçirilməsi ilə bağlı təşkil olunacaq tədbirlər planını açıqlayıb 13:35Dünya şöhrətli aktrisa koronavirusa yoluxdu 13:31Bakıda bağlı qalan 4 cinayətin üstü açılıb 13:09Prezident: Azərbaycan həkimləri böyük qəhrəmanlıq göstərirlər 12:57Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb 12:50Uşaqların təhsildən yayınmasının qarşısını almaq üçün yeni mexanizm yaradılacaq 12:45"Yalnız sosial izolyasiya yoluxmanın qarşısını almağa imkan verə bilər" 12:40DİN sosial şəbəkələrdə küçədə ölən şəxslə bağlı yayılan görüntülərə aydınlıq gətirib - VİDEO 12:36Dövlət bu kriteriyalara cavab verən sahibkarlara dəstək göstərəcək 12:30Özbəkistanda koronavirusa yoluxanların sayı 55-ə çatıb 12:25"Hər kəs tək özünü yox, yaxınlarının, xalqının gələcəyini düşünməlidir"-Deputat 12:11Mübariz 12:01Prezidentin köməkçisi: “Karantin sanatoriya deyil” 20:44Kimlər mütəmadi olaraq tibbi maskalardan istifadə etməlidir? 20:40Göygöldə qapının açıq qalması qonşular arasında davaya səbəb oldu: Yaralılar var 20:32Azərbaycan Ordusu düşmənin hərbi qulluqçusunu məhv etdi 12:18Böyük Britaniyada karantin elan edildi 12:11Rayon qeydiyyatlı şəxslər Bakıdakı işinə dönə biləcək? - AÇIQLAMA 11:30Küçələrdə adam tapmayan ac göyərçinlər hər kəsi təsirləndirdi - VİDEO 11:23İbrahim Məmmədov: “Səfərbərlik məsələsi hökumətin gündəliyindədir" 11:14Azərbaycan Mətbuat Şurasının kütləvi informasiya vasitələrinin koronavirus dövründəki fəaliyyətinə dair tövsiyələri 11:06Dietoloqdan immunitetin gücləndirilməsi üçün FAYDALI TÖVSİYƏLƏR 10:55Azərbaycanda xüsusi karantin rejimi elan edildi - Bu şəxslərin küçəyə çıxması qadağan olundu 21:26Nazir: “Hökumət ixtisara yol verən sahibkarlara qarşı ciddi tədbirlər görəcək” 21:19Azərbaycanda onlara evdən çıxmaq qadağan edildi 21:16