09 okt 11:38tehsil

GÖRKƏMLİ ALİM-SİYASƏTÇİ: AKADEMİK İSA HƏBİBBƏYLİ

GÖRKƏMLİ ALİM-SİYASƏTÇİ: AKADEMİK İSA HƏBİBBƏYLİ Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, əməkdar elm xadimi akademik İsa Həbibbəylinin 70 illik yubileyi qeyd edilir.
Akademik İsa Həbibbəyli Respublikamızın elmi-ədəbi və ictimai-siyasi fikrinin inkişafında böyük xidmətlərə malik görkəmli şəxsiyyətlərimizdən biridir.
Tutduğu vəzifədən asılı olmayaraq daim milli dövlətçilik mövqeyindən çıxış edən akademik İsa Həbibbəyli hər zaman dərin biliyi, peşəkarlığı, yüksək elmi, intellektual səviyyəsi, böyük vətəndaşlıq mövqeyi ilə fərqlənmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin ideyaları akademik İsa Həbibbəylinin elmi-siyasi həyatının daim əsasını təşkil etmişdir.
Cəlil Məmmədquluzadə yaradıcılığının böyük tədqiqatçısı akademik İsa Həbibbəyli çoxsaylı monoqrafiya, kitab, elmi məqalə, publisistik yazıların müəllifidir. Əsərləri Azərbaycan dili ilə yanaşı ingilis, fransız, rus, türk, ərəb, fars, urdu, bolqar və macar, litva və s. dillərdə çap olunmuşdur.
Elmi fəaliyyəti və xidmətləri Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilərək, “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, «Şöhrət» və «Şərəf» ordenləri ilə təltif olunmuşdur.
Görkəmli alim və ictimai-siyasi xadim akademik İsa Həbibbəyli dövlətçiliyimizin möhkəmləndirilməsində, onun inkişafında, azərbaycançılıq ideologiyasının təbliğində, elm və təhsil sahəsi üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində sanballı xidmətlər göstərmişdir.
Yaradıcılıq fəaliyyəti ilə siyasi baxışların, idarəçilik qabiliyyətinin vəhdətini özündə cəmləşdirən akademik İsa Həbibbəyli əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, daha sonra Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V Çağırış deputatı seçilmişdir. 2015-ci ildən isə Milli Məclisin Elm və təhsil komitəsinin sədri seçilmiş və hal-hazırda bu vəzifədə böyük fədakarlıqla çalışmaqdadır.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri kimi akademik İsa Həbibbəylinin rəhbərliyi, böyük əzmi və iradəsi sayəsində qısa zaman kəsiyində uzun illərdən bəri qəbuluna böyük ehtiyac duyulan elm və təhsil sahəsi üzrə bir neçə mükəmməl qanunlar hazırlanmışdır. Məhz bu qanunlar hələ uzun illər boyu ölkəmizin elm və təhsil sahəsinin inkişafına xidmət edəcəkdir.
Akademik İsa Həbibbəylinin Elm və təhsil komitəsinə sədr seçildikdən sonra görəcəyi ilk iş xeyli müddət müzakirə olunan “Elm haqqında” qanun layihəsinin yenidən hazırlanması oldu. Gərgin əməyi, biliyi, bacarığı və qətiyyəti sayəsində akademik İsa Həbibbəyli bu çətin, ancaq məsuliyyətli işin öhdəsindən layiqli şəkildə gələrək, zamanın tələbinə tam cavab verə biləcək, əvvəlki qanun layihəsindən tamamilə fərqli, yeni və təkmil qanun layihəsi ərsəyə gətirdi.
Azərbaycan elminin inkişafına, onun çiçəklənməsinə xidmət edəcək bu Qanun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 avqust 2016-cı il tarixli Fərmanı ilə qüvvəyə mindi.
“Elm haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir. Qanun, həmçinin ölkənin siyasi, iqtisadi, sosial və mədəni inkişafının təmin edilməsi, hər bir Azərbaycan Respublikası vətəndaşının rifahının və elmi səviyyəsinin yüksəldilməsi, yeni biliklərə yiyələnməsi və dünyanı dərk etmək kimi təbii və mənəvi ehtiyaclarının ödənilməsində elmin aparıcı rolunu və vəzifələrini müəyyənləşdirir.
Milli Məclisin V çağırış fəaliyyəti dövründə, Elm və təhsil komitəsinin sədri akademik İsa Həbibbəylinin təşəbbüsü ilə ilk dəfə olaraq daha üç yeni qanun: “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunu və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu hazırlanaraq qəbul edilmişdir. Bu Qanunlar ölkədə həmin istiqamətlər üzrə yeni islahatların həyata keçirilməsinə, müasir inkişafa öz töhfəsini verməkdədir.
Beləliklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 iyun 2017-ci il tarixli Fərmanı ilə “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir.
Qanun Azərbaycan Respublikasında məktəbəqədər təhsilin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunu da ölkə başçısı cənab İlham Əliyevin 18 iyun 2018-ci il tarixli Fərmanı ilə qüvvəyə minmişdir.
Qanun Azərbaycan Respublikasında peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Nəhayət, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 may 2019-cu il tarixli Fərmanı ilə bu il “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir.
Qanun Azərbaycan Respublikasında ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Qanuna əsasən Azərbaycan Respublikasında ümumi təhsil “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində Azərbaycan xalqının dəyərlərinin və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir.
Beləliklə, bu qısa zaman kəsiyində bu qədər yeni və mühüm əhəmiyyət kəsb edən Qanunların hazırlanması, əlbəttə ki, yüksək intellektual düşüncənin məhsulu olmaqla yanaşı, böyük peşəkarlığın, yüksək təşkilatçılığın, yaradıcılığın və əzmin göstəricisi idi.
Onu da qeyd etmək lazımdır ki, təhsilin ayrı-ayrı pillə və səviyyələrinin hüquqi əsaslarını müəyyən edən bu kimi mükəmməl Qanunlar nə müstəqillik illərində, nə də müstəqillikdən əvvəlki dövrdə mövcud olmamışdır.
Hal-hazırda isə Komitə sədri akademik İsa Həbibbəylinin rəhbərliyi ilə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması istiqamətində gərgin işlər görülməkdədir. Bu qanun layihəsi də parlamentdə qəbul olunarsa, müstəqil parlament tarixində çərçivə qanunu kimi “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsaslanan təhsillə bağlı bütün sahəvi qanunlar tamamlanmış olacaqdır.
Akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Belçika, Azərbaycan-Çin, Azərbaycan-Estoniya, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qətər, Azərbaycan-Türkmənistan, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü kimi ölkəmizin tanıdılması və parlamentlərarası əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fəal iştirak edir.
Səriştəli siyasətçi, bacarıqlı təşkilatçı kimi akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının da sədridir. Onun rəhbərliyi ilə Komissiya daxil olmuş müraciətlər əsasında müstəqil dövlətimizin milli maraqlarına və dövlətçilik maraqlarına uyğun olaraq ərazi vahidlərinə ad verilməsi, onların adlarının dəqiqləşdirilməsi məsələlərini müzakirə edir və bu barədə Milli Məclisə rəy hazırlayaraq təqdim edir.
Fəaliyyəti dövründə xalqına və dövlətinə sədaqətlə xidmət edən, yorulmadan, yüksək səylə çalışan, ömrünü elmə və dövlətçiliyə xidmətə həsr edən görkəmli alim, böyük ictimai-siyasi xadim akademik İsa Həbibbəyliyə uzun ömür, möhkəm cansağlığı, müstəqil Azərbaycan Dövlətinin elm və təhsil siyasətinin həyata keçirilməsində bundan sonra da uğurlar arzu edirəm!

GÖRKƏMLİ ALİM-SİYASƏTÇİ: AKADEMİK İSA HƏBİBBƏYLİ
Coşqun Məmmədov,
Azərbaycan Respublikasının Milli Məclisi,
Elm və təhsil komitəsinin eksperti

Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir 15:03Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər 14:05Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur 13:57Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur 10:57Aleksandr Oxrimenko: Azərbaycan dövlətinin iqtisadi siyasəti vətəndaşların maraqlarına yönəlib 10:55Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib 10:52Başqa kişi ilə şəklini ərinə göndərdi və... - Bakıda 2 qadının öldürüldüyü olayın DƏHŞƏTLİ TƏFƏRRÜATI 10:34Xalq artisti Türkiyəyə aparılır: Vəziyyəti yaxşı deyil 10:28Nokauta düşən boksçu xəstəxanada vəfat etdi - VİDEO 10:24II Avropa Oyunlarının ən yaxşı idmançılarının adları açıqlanıb 10:20İran MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasına daimi üzv seçilib 10:17Dünyanın ən iri həbsxanası bağlanır 10:14Tovuzda 18 yaşlı qız oğurlanıb 10:12Təhsil naziri: “7 fakt üzrə materiallar hüquq-mühafizə orqanlarına göndərilib" 12:49Bakıda 4 yaşlı uşağı it dişlədi, öldü 12:48MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası Minskdə keçirilir 12:15Azərbaycan və Avstriya dəmir yolları arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub 12:13Dəmir yolu işçilərinin peşə bayramı qeyd olunub 12:09Tullantıların çeşidlənməsi zamanı 19-cu əsrə aid nadir kitab tapılıb 11:46Azərbaycanın iki gənc cüdoçusu dünya birinciliyində medal qazanıb 11:41Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlar dünya miqyasında nümunə ola bilər - Deputat 11:35Bakıda tramvay və trolleybusların bərpası ilə bağlı müzakirələrə başlandı 11:31Bakıda yol polisinin vurulması ilə bağlı araşdırmalara başlanıb 11:18Məkkə-Mədinə yolunda qəza: 36 zəvvar həyatını itirdi 11:14Aslan pəncəli İBAD 11:09Nazir: İşsizlikdən Sığorta Fondunun gəlirləri çərçivəsində gələn il üçün 128,2 mln. manatlıq büdcə formalaşdırılıb 10:56Arvadı ilə qayınanasını qətlə yetirib yandırdı, özünü isə avtobus vurdu - Bakıda dəhşət 10:50"Sülh çeşməsi”: indiyə kimi 653 terrorçu zərərsizləşdirilib 10:46NASA-nın alimləri: Yerdə həyatın yaranmasında... 10:34Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilmiş filmin təqdimatında iştirak edib 09:38Azərbaycan və Özbəkistan qarşılıqlı turizm axınını təmin edəcəklər 09:35Mehriban Əliyeva Vasim Məmmədəliyevin hüzr mərasimində 09:33Seda Sayanın sürücülük vəsiqəsi əlindən alındı 09:32Putin Ərdoğanı Moskvaya səfərə dəvət edib 09:30Azərbaycanda pensiya yaşı belə hesablanacaq - YENİLİK 09:23"Barış çeşməsi": 637 terrorçu zərərsizləşdirib 09:18İlham Əliyev: Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz 09:15Ronaldodan 700-cü qol - "Rekordlar özü məni tapır" 09:12Azərbaycanın Türkiyəyə ixracatında azalmalar müşahidə edilə bilər - ŞƏRH 09:09Bakıda böyük şirkətin pul dolu seyfi oğurlandı 09:06Təhsil naziri - Yeni pilot peşə təhsili müəssisələri yaradılacaq 09:03Sumqayıtda avtomobil 52 yaşlı kişini vuraraq öldürüb 09:00Prezident: Son 16 ildə Azərbaycana 270 milyard dollardan çox sərmayə qoyulub 08:57Nobelçi fizikdən ŞOK SÖZLƏR: "İnsanlar heç vaxt buna nail ola bilməyəcək" 08:54DİN rəsmisi: Seçkilərdə kimlərinsə məntəqələrin işinə mane olmasına imkan verilməyəcək 12:46Baş Prokurorluq MSK tərəfindən daxil olan şikayətləri çox ciddi şəkildə araşdırır 12:43Bədii gimnastika Azərbaycanda fəal inkişaf edir - məşqçi 12:39“Lapis Lazuli” tranzit dəhlizinin təşviq olunması üçün işlər aparılır 12:36Gecəyarısı bir məhəllədə 2 MÜƏMMALI HADİSƏ: 22 yaşlı gənc özünü binadan atdı, ardınca... 12:33Paytaxt məktəbliləri gimnastika üzrə beynəlxalq turnirdən medalla qayıdıblar 12:27Bakıda kişi yatmış halda olan arvadını vəhşicəsinə öldürdü - RƏSMİ MƏLUMAT 12:161500 illik sirli lövhədə Azərbaycan izi: 70 illik araşdırma müəmmanı çözdü 11:50İrana DƏHŞƏTLİ HÜCUM: 2 neft tankeri partladıldı 11:35Türkiyə hücuma keçdi, minlərlə İŞİD-çinin ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI 11:17Xoşbəxt olmaq üçün Vanqanın 20 TÖVSİYƏSİ - Bunlara əməl etsəniz... 11:00Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib 15:27“Azərbaycan Dəmir Yolları”nın əməkdaşı dünya çempionu oldu 15:01Putin Ağabəy Əsgərova medal verdi 14:56Azərbaycanda qadının intiharı ilə bağlı DƏHŞƏTLİ FAKTLAR – Şantaj, quldurluq... 14:07Pakistanda Azərbaycanın turizm potensialı təbliğ edilib 14:04