08 okt 17:30tehsil

Fədakar alim, qayğıkeş müəllim, əsl ziyalı

Fədakar alim, qayğıkeş müəllim, əsl ziyalı Dünyada elə şəxsiyyətlər var ki, onlar öz yaradıcılıqları ilə təkcə bir nəslin deyil, bir neçə nəslin formalaşmasında mühüm rol oynayır. Bu insanlar bütün həyatını müəyyən bir amal üzərində qurur, daim axtarışda olur, öz fəaliyyətləri ilə xalqın yoluna işıq salırlar. Azərbaycan ədəbiyyatı tarixinin görkəmli nümayəndələrindən olan, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli də belə şəxsiyyətlərdəndir. Oktyabrın 16-da böyük alim ömrünün 70-ci ilinə qədəm qoyur.
AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini, gənc tədqiqatçı Nərgiz Qəhrəmanovanın “Fədakar alim, qayğıkeş müəllim, əsl ziyalı” məqaləsində akademik İsa Həbibbəylinin zəngin elmi fəaliyyətindən, Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafında müstəsna xidmətlərindən bəhs olunur.
Akademik İsa Həbibbəyli 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danzik kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının Dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.1980-ci ildə “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” mövzusunda namizədlik, 1996-cı ildə “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. İsa Həbibbəyli XIX-XX əsrlər Azərbaycan ədəbiyyatı nümayəndələrinin, bir çox görkəmli yazıçılarımızın irsinin tədqiqatçısıdır. Alimin tədqiqat obyekti olan yazıçılar arasında ilk yerdə Mirzə Cəlil Məmmədquluzadənin adı gəlir. O, “Cəlil Məmmədquluzadə. Cümhuriyyət”, “Mirzə Cəlil və Məmmədquluzadələr. Məktublaşma”, “Cəlil Məmmədquluzadə: taleyi və sənəti” kimi kitablarda böyük yazıçının keşməkeşli həyatını və zəngin yaradıcılığını dərindən araşdırıb. Təsadüfi deyil ki, Cəlil Məmmədquluzadənin nəsil şəcərəsini də ilk dəfə olaraq akademik İsa Həbibbəyli araşdıraraq ədəbi-elmi ictimaiyyətə təqdim edib.
İsa Həbibbəylinin əsl ziyalı, fədakar alim və vətənpərvər şəxsiyyət kimi formalaşmasında, sözsüz ki, onun böyüyüb boya-başa çatdığı ailəsinin böyük rolu olub. Alimin atası Əkbər bəy doğma kəndində 50 ildən artıq müəllimlik edib, tanınmış ziyalılardan biri olub. Ailəsində gördüyü düzgünlük, ədalət, zəhmətsevərlik kimi nəcib xüsusiyyətlər, elm və təhsilə verilən yüksək qiymət gənc İsa Həbibbəylini elm aləminə qədəm qoymağa və bu sahədə ucalmağa yönəldib.
Ədəbiyyatşünas alim 1996-2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb. Həmin illərdə bu ali məktəbin həyatında köklü müsbət dəyişikliklər baş verib, beynəlxalq əlaqələr genişlənib, humanitar və ictimai elmlərin inkişafı yönündə taleyüklü qərarlar qəbul edilib.
İsa Həbibbəyli 2013-cü il aprel ayının 24-dən etibarən AMEA-nın vitse-prezidenti vəzifəsində çalışır. O, eyni zamanda, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktorudur. Görkəmli alimin ölkənin ali elm ocağında fəaliyyətə başlaması ilə AMEA-da humanitar elmlərin inkişafında yeni mərhələ başlayıb. O, akademiyanın ictimai həyatında yaxından və fəal iştirak edərək bir sıra beynəlxalq elmi konfransların keçirilməsinə, xarici ölkələrin elmi qurumları ilə əlaqələrin yaradılmasına mühüm töhfələr verib. Geniş elmi dünyagörüşü, elm yolunda böyük zəhmətsevərlik və məsuliyyət nümayiş etdirməsi onun nailiyyətlərinin əsas səbəbləridir. Böyük alim Naxçıvandakı elmi-pedaqoji fəaliyyətini dayandırsa da, ürəyi daim doğma diyarı ilə döyünür. Naxçıvanın qədim tarixinə ruhən çox bağlı olan İsa Həbibbəyli bu gün də muxtar respublikada baş verən dəyişiklikləri, inkişaf tendensiyalarını yaxından izləyir. Akademik İsa Həbibbəylinin universal yaradıcılığında Naxçıvan mövzusu xüsusi yer tutur. O, “Naxçıvan tərənnüm olunur”, “Naxçıvan abidələri”, “Arpaçayı daşa bilməz” və digər onlarca publisistik məqalənin müəllifidir.
Uşaqlığı əfsanəvi Arpaçay ətrafında yerləşən kənddə keçdiyindən alim bu dağ çayına mənən çox bağlıdır. O, bir neçə dəfə öz müsahibələrində də Arpaçayın onun ruhunda böyük yer tutduğunu, bu çayın səsi ilə yataraq, onun səsi ilə oyandığını deyib. İsa Həbibbəylinin uşaqlığı ilə yanaşı, şəxsi taleyi və cəmiyyətə baxışının formalaşmasında, ədəbi düşüncəsinin zənginləşməsində də Arpaçayın böyük rolu olub. Alim bu çaya olan sevgisindən “Arpaçayı daşa bilməz” adlı mənsur poemanı yazıb.
Şairlik bir ədəbiyyatçı kimi sanki İsa Həbibbəylinin ruhuna hopub. Gənclik illərində onun şeirləri respublika və rayon qəzetlərində işıq üzü görüb. İsa Həbibbəylinin poetik yaradıcılığında doğma vətənə bağlılıq, azərbaycançılıq ruhuna rast gəlmək mümkündür. “Azərbaycanım” şeirində alim Vətən sevgisini belə dilə gətirir:

Qulaq as, dünyanın ürək səsinə,
Gör ki, bu dünyanın marağıyam mən,
Nəzər sal, qocaman neft ölkəsinə,
O deyir: “Bəşərin çırağıyam mən”.

Səmimi və qayğıkeş insan olmaqla yanaşı, İsa Həbibbəylini Azərbaycan xalqına sevdirən ən gözəl xüsusiyyətlərindən biri də onun nikbin, mərhəmətli, humanist və xeyirxah olmasıdır. Ona müraciət edənlərə hər zaman kömək edir. Fəaliyyətə yeni başlayan tədqiqatçıların və tələbələrin dostu, böyük bir ədəbi-elmi məktəbin yaradıcısı olan alim gənclərin elm sahəsində uğurlar qazanmasına həssaslıqla yanaşır. Yeni nəslin vətənpərvər ruhda formalaşması, elmə maraq göstərməsi, cəmiyyət üçün faydalı insan kimi yetişməsi naminə əlindən gələni əsirgəmir. Belə bir alimlə eyni dövrdə yaşamaq, onunla ünsiyyətdə olmaq imkanı mənim üçün böyük xoşbəxtlikdir. Jurnalist kimi fəaliyyət göstərdiyim müddətdə akademik İsa Həbibbəyli mənə dəstək göstərərək, elmi baxışlarımın formalaşmasında böyük rol oynayıb. Hər zaman İsa Həbbibbəyli yaradıcılığını yaxından izləyərək, onun səlis və məzmunlu nitqini dinləyərək bəhrələnib, mənəvi qida almışam. Bütün bunlar məni ədəbiyyatla, jurnalistika və yazı sənəti ilə daha da bağlayıb.
Azərbaycanın elmi-ictimai həyatında İsa Həbibbəylini hər kəs parlaq zəka sahibi və alicənab şəxsiyyət kimi tanıyır. Dəyərli alimimiz bu gün də yorulmaz fəaliyyəti, maraqlı tədqiqatları, yüksək prinsipiallığı və əsl vətəndaş mövqeyi ilə Azərbaycan elminin inkişafına şərəflə xidmət edir.
Hörmətli İsa müəllim, Sizi 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm. İnanıram ki, hələ uzun illər bütün ədəbiyyatsevərlər, Azərbaycanın dilinə və tarixinə önəm verənlər və bütövlükdə elm ictimaiyyəti üçün enerji ilə yazıb-yaradacaq, tarixin neçə-neçə açılmamış səhifəsini işıqlandıracaqsınız. Doğum gününüz mübarək!
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir 15:03Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər 14:05Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur 13:57Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur 10:57Aleksandr Oxrimenko: Azərbaycan dövlətinin iqtisadi siyasəti vətəndaşların maraqlarına yönəlib 10:55Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib 10:52Başqa kişi ilə şəklini ərinə göndərdi və... - Bakıda 2 qadının öldürüldüyü olayın DƏHŞƏTLİ TƏFƏRRÜATI 10:34Xalq artisti Türkiyəyə aparılır: Vəziyyəti yaxşı deyil 10:28Nokauta düşən boksçu xəstəxanada vəfat etdi - VİDEO 10:24II Avropa Oyunlarının ən yaxşı idmançılarının adları açıqlanıb 10:20İran MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasına daimi üzv seçilib 10:17Dünyanın ən iri həbsxanası bağlanır 10:14Tovuzda 18 yaşlı qız oğurlanıb 10:12Təhsil naziri: “7 fakt üzrə materiallar hüquq-mühafizə orqanlarına göndərilib" 12:49Bakıda 4 yaşlı uşağı it dişlədi, öldü 12:48MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası Minskdə keçirilir 12:15Azərbaycan və Avstriya dəmir yolları arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub 12:13Dəmir yolu işçilərinin peşə bayramı qeyd olunub 12:09Tullantıların çeşidlənməsi zamanı 19-cu əsrə aid nadir kitab tapılıb 11:46Azərbaycanın iki gənc cüdoçusu dünya birinciliyində medal qazanıb 11:41Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlar dünya miqyasında nümunə ola bilər - Deputat 11:35Bakıda tramvay və trolleybusların bərpası ilə bağlı müzakirələrə başlandı 11:31Bakıda yol polisinin vurulması ilə bağlı araşdırmalara başlanıb 11:18Məkkə-Mədinə yolunda qəza: 36 zəvvar həyatını itirdi 11:14Aslan pəncəli İBAD 11:09Nazir: İşsizlikdən Sığorta Fondunun gəlirləri çərçivəsində gələn il üçün 128,2 mln. manatlıq büdcə formalaşdırılıb 10:56Arvadı ilə qayınanasını qətlə yetirib yandırdı, özünü isə avtobus vurdu - Bakıda dəhşət 10:50"Sülh çeşməsi”: indiyə kimi 653 terrorçu zərərsizləşdirilib 10:46NASA-nın alimləri: Yerdə həyatın yaranmasında... 10:34Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilmiş filmin təqdimatında iştirak edib 09:38Azərbaycan və Özbəkistan qarşılıqlı turizm axınını təmin edəcəklər 09:35Mehriban Əliyeva Vasim Məmmədəliyevin hüzr mərasimində 09:33Seda Sayanın sürücülük vəsiqəsi əlindən alındı 09:32Putin Ərdoğanı Moskvaya səfərə dəvət edib 09:30Azərbaycanda pensiya yaşı belə hesablanacaq - YENİLİK 09:23"Barış çeşməsi": 637 terrorçu zərərsizləşdirib 09:18İlham Əliyev: Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz 09:15Ronaldodan 700-cü qol - "Rekordlar özü məni tapır" 09:12Azərbaycanın Türkiyəyə ixracatında azalmalar müşahidə edilə bilər - ŞƏRH 09:09Bakıda böyük şirkətin pul dolu seyfi oğurlandı 09:06Təhsil naziri - Yeni pilot peşə təhsili müəssisələri yaradılacaq 09:03Sumqayıtda avtomobil 52 yaşlı kişini vuraraq öldürüb 09:00Prezident: Son 16 ildə Azərbaycana 270 milyard dollardan çox sərmayə qoyulub 08:57Nobelçi fizikdən ŞOK SÖZLƏR: "İnsanlar heç vaxt buna nail ola bilməyəcək" 08:54DİN rəsmisi: Seçkilərdə kimlərinsə məntəqələrin işinə mane olmasına imkan verilməyəcək 12:46Baş Prokurorluq MSK tərəfindən daxil olan şikayətləri çox ciddi şəkildə araşdırır 12:43Bədii gimnastika Azərbaycanda fəal inkişaf edir - məşqçi 12:39“Lapis Lazuli” tranzit dəhlizinin təşviq olunması üçün işlər aparılır 12:36Gecəyarısı bir məhəllədə 2 MÜƏMMALI HADİSƏ: 22 yaşlı gənc özünü binadan atdı, ardınca... 12:33Paytaxt məktəbliləri gimnastika üzrə beynəlxalq turnirdən medalla qayıdıblar 12:27Bakıda kişi yatmış halda olan arvadını vəhşicəsinə öldürdü - RƏSMİ MƏLUMAT 12:161500 illik sirli lövhədə Azərbaycan izi: 70 illik araşdırma müəmmanı çözdü 11:50İrana DƏHŞƏTLİ HÜCUM: 2 neft tankeri partladıldı 11:35Türkiyə hücuma keçdi, minlərlə İŞİD-çinin ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI 11:17Xoşbəxt olmaq üçün Vanqanın 20 TÖVSİYƏSİ - Bunlara əməl etsəniz... 11:00Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib 15:27“Azərbaycan Dəmir Yolları”nın əməkdaşı dünya çempionu oldu 15:01Putin Ağabəy Əsgərova medal verdi 14:56Azərbaycanda qadının intiharı ilə bağlı DƏHŞƏTLİ FAKTLAR – Şantaj, quldurluq... 14:07Pakistanda Azərbaycanın turizm potensialı təbliğ edilib 14:04