16 sen 17:24tehsil

Gəncədə Heydər Əliyev Fondu tərəfindən inşa və təmir olunan yeni məktəblər və uşaq bağçası istifadəyə verilib

Gəncədə Heydər Əliyev Fondu tərəfindən inşa və təmir olunan yeni məktəblər və uşaq bağçası istifadəyə verilib “Bilik günü” Gəncə şəhərində fəaliyyət göstərən Nizami Aydın adına 18 nömrəli tam orta məktəbin şagirdləri üçün ikiqat bayrama çevrilib.
Çünki yeni tədris ilindən onlar təhsillərini müasir məktəb binasında davam etdirəcəklər.
Xatırladaq ki, ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevral ayında Gəncə şəhərinə səfəri zamanı məktəbdə mövcud şəraitlə tanış olmuş, binada yenidənqurma işlərinin aparılmasına dair müvafiq tapşırıq vermişdi.
1965-ci ildən istismarda olan məktəbin binasında sonuncu təmir işləri 1988-ci ildə aparılmışdı və burada əsaslı yenidənqurma işlərinə ehtiyac yaranmışdı. 640 şagird yerlik məktəbdə buna qədər 795 şagird təhsil alırdı.
Görülən işlər çərçivəsində isə məktəbin köhnə binasında əsaslı təmir işləri və mövcud ehtiyac nəzərə alınaraq 280 yerlik yeni korpusun tikintisi həyata keçirilib. Hazırda Azərbaycan və rus bölmələri üzrə fəaliyyət göstərən məktəbdə 1000 şagirdin təhsili üçün şərait yaradılıb.
Yeni məktəb binasında 51 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, əmək otağı, hərbi hazırlıq otağı, idman, akt zalları, kitabxana, müəllimlər otağı, eləcə də tibb otağı, mətbəx və yeməkxana var. Məktəb zəruri inventar və avadanlıqlarla təchiz edilib. Həmçinin ərazidə süni ot örtüklü idman meydançası inşa edilib. Məktəb daimi istilik və su sistemi ilə təchiz olunub, əraziyə asfalt örtüyü salınıb, yaşıllıq zolağı yaradılıb.
Yeni tədris ilində məktəbin kollektivi ilk təbriki də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevadan alıb. Birinci vitse-prezidentin təbrikləri və salamları məktəbin kollektivinə çatdırılıb.
Məktəbin müəllimi Ceyran Məmmədova sevincini bu sözlərlə bölüşüb: “Bilik günü”ndə həm müəllim, həm də bir valideyn kimi çox sevincliyəm. Çünki illərdir dərs dediyim məktəbimiz əsaslı təmirdən sonra müəllimlərin və şagirdlərin ixtiyarına verilir. Bu il həm də mənim dörd nəvəm ilk dəfə bu məktəbə qədəm qoyur. Əminəm ki, bu cür müasir tədris şəraitinin yaradıldığı məktəbdə həm nəvələrim, həm də bütün şagirdlər yüksək nəticə göstərəcəklər. Çünki məktəbimizdə bunun üçün hər cür şərait yaradılıb. Burada müasir fənn kabinetləri, sinif otaqları, laboratoriyalar, idman zalı var. Yaradılmış bu gözəl şəraitə görə Mehriban xanım Əliyevaya bütün kollektivimiz adından minnətdarlığımızı bildirirəm”.
x x x
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə daha bir məktəb əsaslı təmir olunaraq yeni tədris ilində şagird və müəllimlərin ixtiyarına verilib. Bu, Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdir.
1984-cü ildə inşa olunan məktəb binasında bu ilin may ayından əsaslı təmir işləri həyata keçirilib. 640 şagird yerlik məktəbdə zəruri avadanlıqla təchiz edilmiş 36 sinif otağı, laboratoriya, əmək, linqafon otaqları, informatika kabineti, hərbi hazırlıq kabineti, eləcə də məktəbəqədər sinif otağı fəaliyyət göstərir.
Məktəbin şagirdi İlhamə Ələsgərova yeni tədris ilində təhsilini bu cür müasir məktəbdə davam etdirməkdən çox şad olduğunu bildirərək deyib: “Məktəbimizin əvvəlki binası təmirsiz olduğuna görə keyfiyyətli təhsil ala bilmirdik. Xüsusən də ayrı-ayrı fənlər üzrə kabinetlərimiz olmadığına görə dərslərimizi təcrübi deyil, yalnız nəzəri öyrənirdik. Şəhərimizdəki digər məktəblərdə olduğu kimi, bizim də məktəbimizdə müasir şərait yaradılmasını arzulayırdım. Builki tədris ili məktəbimizin müəllim-şagird kollektivi üçün ikiqat sevincli oldu. Artıq bizim də tam müasir məktəbimiz var. İndi biz daha həvəslə oxuyacaq, gələcəkdə ali məktəblərə yüksək balla daxil olmağa çalışacağıq”.
Şagird Elvin Səfərov: “Bu gün həm “Bilik günü”, həm də məktəbimizin əsaslı təmirdən sonra istifadəyə verildiyi gündür. Hər iki əlamətdar gün münasibətilə məktəbimizin kollektivi çox sevinclidir. Hazırda biologiya kabinetində builki tədris ilində ilk dərsimizi keçirik. İndi bizim biologiya kabineti, eləcə də digər fənn kabinetləri, laboratoriyalar lazım olan bütün avadanlıqlarla, tədris vasitələri ilə təmin olunub. Məktəbimizin müasir idman meydançası və idman zalı bizim həm sağlamlığımıza, həm də idman növləri ilə daha düzgün məşğul olmağımıza şərait yaradacaq.
Bizə bu sevinci yaşatdığına, göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya bütün şagirdlər adından təşəkkür edirik.
x x x
Birinci vitse-prezident Mehriban Əliyevanın fevral ayında Gəncəyə səfəri 32 saylı körpələr evi-uşaq bağçasının da həyatında bir dönüş oldu. Məhz həmin vaxt bu uşaq bağçasının yenidən qurulmasına qərar verildi.
Həmin vaxt Mehriban Əliyevanın diqqətinə çatdırılmışdı ki, 1985-ci ildə inşa edilən binanın əsaslı təmirinə ehtiyac var. Birinci vitse-prezident qısa zamanda bu bağçanın da yenidən qurulmasının, onun maddi-texniki bazasının gücləndirilməsinin vacibliyini vurğulamışdı.
1985-ci ildən fəaliyyət göstərən körpələr evi-uşaq bağçası üçün hazırda Heydər Əliyev Fondu tərəfindən 280 yerlik yeni bina tikilib, bağça inventar və avadanlıqla təchiz olunub və burada 14 qrup yaradılıb. Bağçada yataq otaqları, eləcə də uşaqların təhsili və istirahəti üçün nəzərdə tutulan digər zəruri otaqlar, musiqi, idman zalları inşa olunub. Daimi istilik və su sistemi ilə təchiz olunan bağçanın yerləşdiyi ərazi abadlaşdırılıb, yaşıllıq zonası salınıb. Bu da Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının uğurla icra olunduğunu göstərir.
Valideyn Zenfira Quliyeva bağçada yaradılmış şəraitdən razılığını bildirərək deyib: “Bu ilin fevral ayında nəvəmi bu bağçaya gətirmişdim. Yaxşı xatırlayıram ki, o zaman bağça bərbad vəziyyətdə idi. Təbii ki, elə bir şəraitdə nəvəmin normal təhsil ala bilməyəcəyi məndə və ailəmizin bütün üzvlərində təəssüf hissi doğururdu. Lakin bu gün çox sevincliyəm. Çünki bağça tamamilə yenidən qurulub. Burada balacaların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Otaqlar hər bir avadanlıqla təmin edilib. Bu cür yüksək şərait fidanları çox sevindirir. Biz valideynlər gələcəyimiz olan uşaqlara yaradılan bu şəraitə görə Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk”.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir 15:03Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər 14:05Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur 13:57Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur 10:57Aleksandr Oxrimenko: Azərbaycan dövlətinin iqtisadi siyasəti vətəndaşların maraqlarına yönəlib 10:55Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib 10:52Başqa kişi ilə şəklini ərinə göndərdi və... - Bakıda 2 qadının öldürüldüyü olayın DƏHŞƏTLİ TƏFƏRRÜATI 10:34Xalq artisti Türkiyəyə aparılır: Vəziyyəti yaxşı deyil 10:28Nokauta düşən boksçu xəstəxanada vəfat etdi - VİDEO 10:24II Avropa Oyunlarının ən yaxşı idmançılarının adları açıqlanıb 10:20İran MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasına daimi üzv seçilib 10:17Dünyanın ən iri həbsxanası bağlanır 10:14Tovuzda 18 yaşlı qız oğurlanıb 10:12Təhsil naziri: “7 fakt üzrə materiallar hüquq-mühafizə orqanlarına göndərilib" 12:49Bakıda 4 yaşlı uşağı it dişlədi, öldü 12:48MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası Minskdə keçirilir 12:15Azərbaycan və Avstriya dəmir yolları arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub 12:13Dəmir yolu işçilərinin peşə bayramı qeyd olunub 12:09Tullantıların çeşidlənməsi zamanı 19-cu əsrə aid nadir kitab tapılıb 11:46Azərbaycanın iki gənc cüdoçusu dünya birinciliyində medal qazanıb 11:41Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlar dünya miqyasında nümunə ola bilər - Deputat 11:35Bakıda tramvay və trolleybusların bərpası ilə bağlı müzakirələrə başlandı 11:31Bakıda yol polisinin vurulması ilə bağlı araşdırmalara başlanıb 11:18Məkkə-Mədinə yolunda qəza: 36 zəvvar həyatını itirdi 11:14Aslan pəncəli İBAD 11:09Nazir: İşsizlikdən Sığorta Fondunun gəlirləri çərçivəsində gələn il üçün 128,2 mln. manatlıq büdcə formalaşdırılıb 10:56Arvadı ilə qayınanasını qətlə yetirib yandırdı, özünü isə avtobus vurdu - Bakıda dəhşət 10:50"Sülh çeşməsi”: indiyə kimi 653 terrorçu zərərsizləşdirilib 10:46NASA-nın alimləri: Yerdə həyatın yaranmasında... 10:34Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilmiş filmin təqdimatında iştirak edib 09:38Azərbaycan və Özbəkistan qarşılıqlı turizm axınını təmin edəcəklər 09:35Mehriban Əliyeva Vasim Məmmədəliyevin hüzr mərasimində 09:33Seda Sayanın sürücülük vəsiqəsi əlindən alındı 09:32Putin Ərdoğanı Moskvaya səfərə dəvət edib 09:30Azərbaycanda pensiya yaşı belə hesablanacaq - YENİLİK 09:23"Barış çeşməsi": 637 terrorçu zərərsizləşdirib 09:18İlham Əliyev: Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz 09:15Ronaldodan 700-cü qol - "Rekordlar özü məni tapır" 09:12Azərbaycanın Türkiyəyə ixracatında azalmalar müşahidə edilə bilər - ŞƏRH 09:09Bakıda böyük şirkətin pul dolu seyfi oğurlandı 09:06Təhsil naziri - Yeni pilot peşə təhsili müəssisələri yaradılacaq 09:03Sumqayıtda avtomobil 52 yaşlı kişini vuraraq öldürüb 09:00Prezident: Son 16 ildə Azərbaycana 270 milyard dollardan çox sərmayə qoyulub 08:57Nobelçi fizikdən ŞOK SÖZLƏR: "İnsanlar heç vaxt buna nail ola bilməyəcək" 08:54DİN rəsmisi: Seçkilərdə kimlərinsə məntəqələrin işinə mane olmasına imkan verilməyəcək 12:46Baş Prokurorluq MSK tərəfindən daxil olan şikayətləri çox ciddi şəkildə araşdırır 12:43Bədii gimnastika Azərbaycanda fəal inkişaf edir - məşqçi 12:39“Lapis Lazuli” tranzit dəhlizinin təşviq olunması üçün işlər aparılır 12:36Gecəyarısı bir məhəllədə 2 MÜƏMMALI HADİSƏ: 22 yaşlı gənc özünü binadan atdı, ardınca... 12:33Paytaxt məktəbliləri gimnastika üzrə beynəlxalq turnirdən medalla qayıdıblar 12:27Bakıda kişi yatmış halda olan arvadını vəhşicəsinə öldürdü - RƏSMİ MƏLUMAT 12:161500 illik sirli lövhədə Azərbaycan izi: 70 illik araşdırma müəmmanı çözdü 11:50İrana DƏHŞƏTLİ HÜCUM: 2 neft tankeri partladıldı 11:35Türkiyə hücuma keçdi, minlərlə İŞİD-çinin ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI 11:17Xoşbəxt olmaq üçün Vanqanın 20 TÖVSİYƏSİ - Bunlara əməl etsəniz... 11:00Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib 15:27“Azərbaycan Dəmir Yolları”nın əməkdaşı dünya çempionu oldu 15:01Putin Ağabəy Əsgərova medal verdi 14:56Azərbaycanda qadının intiharı ilə bağlı DƏHŞƏTLİ FAKTLAR – Şantaj, quldurluq... 14:07Pakistanda Azərbaycanın turizm potensialı təbliğ edilib 14:04