Sizin reklam burada
Sizin reklam burada
  • Məhəbbət Vəliyeva: “Təhsil müəssisələrinin özəlləşdirilməsi aktual deyil”

    Məhəbbət Vəliyeva: “Təhsil müəssisələrinin özəlləşdirilməsi aktual deyil” “Hər hansı bir təhsil müəssisənin özəlləşdirilməsi məsələsini aktual saymırıq. Təhsilin imkan daxilində uşaqlara əlçatan olması baxımından dövlət məktəblərinin olması daha məqsədəuyğundur”.
    Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib. O bildirib ki, gələcəkdə bu məsələyə baxıla bilər.
    İdarə müdiri müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələrinə də toxunub. O qeyd edib ki, Bakı şəhərində müəllimlərin qiymətləndirilməsi keçiriləndən sonra təhlillər aparılıb və müəllimlərin fənn bilikləri müəyyənləşdirilib: “Məlum olub ki, aşağı, orta və yüksək səviyyədə müəllimlər var. Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə diaqnostik qiymətləndirməsindən sonra nəticəsi orta səviyyədə olan müəllimlərin xüsusi təlimlərə cəlb edilməsi həyata keçirildi. İki il ərzində 3 minə yaxın müəllim bu müəllimlərə cəlb olunub. Bu istiqamətdə fəaliyyət davam etdiriləcək. Burada məqsəd müəllimlərin peşəyə girişdən sonra biliyinin artırılması deyil. İstərdik ki, müəllimlər məktəbdə işə başlayanda müvafiq fənn biliklərinə malik olsunlar. Kurrikulum əsasında tədris olunan fənlərdən texnologiya, fiziki tərbiyə, musiqi praktik fənlərdir. Diaqnostik qiymətləndirmə isə daha çox nəzəriyyə üzərindən aparılır. Bu səbəbdən həmin fənlər üzrə müəllimlərin biliyinin qiymətləndirilməsi daha aşağı nəticə olduğunu göstərdi. Ümumiyyətlə, bu, müxtəlif fənlərə şamil olunur”.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ