20 may 18:55tehsil

Elina cinayətində QALMAQAL BÖYÜYÜR: anası və vəkilləri YENİDƏN DANIŞDI

Elina cinayətində QALMAQAL BÖYÜYÜR: anası və vəkilləri YENİDƏN DANIŞDI Bakıda 162 saylı məktəbdə intihar edən Elina Hacıyevanın anası Sevil Hüseynovanın, həmçinin vəkilləri Sevinc Əliyeva, Azər Nağıyev və Emin İsayevin hal-hazırda gedən məhkəmə-tibbi ekspertizada iştirakı üçün ekspert olan Vüqar Məmmədovla bağlı qaldırdıqları vəsatətin rədd edilməsi barədə məlumat vermişdik.
Bu barədə Lent.az-a yenidən danışan Sevil Hüseynova bildirib ki, ona verilən sənəddə nə imza, nə də ki, möhür olmayıb:
“Rəsmi sənəd kimə, hara göndərilib, bilmirik. Vəkillərimə hələ də bu məlumat çatmayıb. Nə üçün bu məsələyə bu qədər etinasız yanaşıldığını anlamıram. Prezidentə müraciətimdə bildirdiyim kimi, ekspert Vüqar Məmmədovun məhkəmə-tibbi ekspertizada iştirakını istəyirəm. Bu mənim haqqımdır, ancaq bundan sonra əmin ola bilərəm ki, qızımın ölümünə nə səbəb olub”.
S.Hüseynova əlavə edib ki, müstəntiqin cavabında dünya şöhrətli ekspertin (Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidentidir) nə üçün prosesə cəlb olunmaması ilə bağlı əsaslandırılma yoxdur:
“Axı buna əsaslı cavab verilməli idi ki, V.Məmmədovun iştirakı nəyə və kimə mane olacaqdı? Onun nüfuzu, obyektivliyi açıq-aşkar görünür, axı nə səbəbdən olmaz?
Qərarın möhürsüz, imzasız olmasından daha çox bu mənə təsir edir. Sadəcə bir cümlə yazılıb ki, ona ehtiyac yoxdur. Nəyə görə yoxdur?”
Cinayət işində Elinanın anasının hüquqlarını müdafiə edən vəkillərdən biri olan Sevinc Əliyeva isə Lent.az-a mövzu ilə bağlı açıqlama verərək bildirib ki, müstəntiqin sözügedən vəsatətlə bağlı qəbul etdiyi rəsmi qərar hələ də onlara çatmayıb:
“Müstəntiq bizə məlumat verdi ki, qərar vəkil bürolarına poçtla göndərilib. Lakin bir neçə gün ərzində qərar gəlmədiyinə görə biz müstəntiqdən xahiş etdik ki, qərarın bir nüsxəsi bizə verilsin. Müstəntiq də müsbət qərar verdi və qərarın alınması üçün prokurorluğa vəkillərimizdən biri getdi. Alınan qərarı elə həmin gün Sevil Hüseynovaya təqdim etdik.
Bəli, doğrudur, qərarda nə imza, nə də ki, möhür yox idi”.
Qeyd edək ki, Sevil Hüseynova sözügedən qərarın fotolarını saytımıza göndərib. Fotolardan da məlum olur ki, həqiqətən də sənəddə nə imza, nə də ki, möhür yoxdur.
Xatırladaq ki, Elinanın ölümü ilə əlaqədar aparılmış xidməti araşdırma nəticəsində Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru (Abbasova Sevinc Kamil qızı), tərbiyə işləri üzrə direktorun müavini (Məhərrəmova Lalə Arif qızı) və məktəbin psixoloqunun (Ağayeva Könül İsmayıl qızı) əmək müqaviləsinə xitam verilib.
Həmçinin bildirək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci (r) sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Hal-hazırda həmin iş üzrə istintaq gedir.
S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham verilib. Səbail rayon Məhkəməsi tərəfindən S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Dövlət başçısının bu addımı artıq illərdir ki, ənənə olaraq təkrarlanır 19:06Əflatun Amaşov Saatlıda seçicilərlə görüşüb 18:56Tahir Mirkişili: Prezident “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” tezisini bir daha təsdiq etdi 14:42Azərbaycan Kooperasiya Universitetində mediatur təşkil olunub 13:44Zaqatala sakini külli miqdarda narkotiklə saxlanılıb 12:08Göldə çimənlər zəhərləndi - 27 nəfər xəstəxanaya düşdü 12:04ABŞ Səfirliyi amerikalı idman elçilərinin Azərbaycana səfərini maliyyələşdirir 12:02Bu ölkənin paytaxtı dəyişdirilir - 2021-ci ildən 12:02Axtarışda olan 34 nəfər saxlanılıb 12:00Filadelfiya limanında gəmidə 16,5 ton kokain aşkar edilib 11:58İsa Həbibbəyli: Maaş artımı AMEA-nın 300-dən çox əməkdaşına şamil edilir 11:52160 minə yaxın müəllimin maaşları artırılacaq 11:27Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib 11:24Səfir: Azərbaycandan Türkiyəyə gedəcək turistlərin sayında artım gözlənilir 11:20Deputat: Prezident İlham Əliyev tərəfindən imzalanan növbəti sosial paket inqilabi addımdır 11:18“Lada”lar yenə bahalaşacaq 11:16Hər il aeroportlarda niyə 25 milyon çemodan itir? - Faktlar 11:12Azərbaycanda 21 yaşlı qız 11 gündür yoxa çıxıb 11:05Yol polisləri “Son zəng” günü məktəblərdə maarifləndirmə işləri apardı 15:47DİQQƏT! Bu yolda təmir və rənglənmə var 11:58Komitə sədri: Bu gün Azərbaycanda qadınların cəmiyyətdə aktiv iştirakı üçün hər cür şərait yaradılıb 11:56Totti 30 ildən sonra “Roma”nı tərk etdi 11:54Azərbaycan və Pakistan xüsusi təyinatlılarının birgə təlimləri keçiriləcək 11:52Uşaq otağını dekor edərkən belə səhvlər buraxmayın 11:50Nesta "Frozinone" klubunun baş məşqçisi oldu 10:45Şamaxının Sabir qəsəbəsində ev yanıb 10:43Türkiyədə sel gəldi, ölənlər var 10:42Türkiyədə sərnişin avtobusu aşıb, çox sayda yaralı var 10:37Bakıda çimərlikdə FACİƏ, 15 yaşlı uşaq dənizdə batdı 10:35Azərbaycan Ordusu bütün əsas istiqamətlərdə inkişaf edir - Müdafiə naziri 10:32Müdafiə naziri yeni təlim mərkəzinin açılışında iştirak edib 10:29Dabo və Mustivar "Neftçi"ninin düşərgəsini tərk etdi - SƏBƏB 16:17“Dəli Kür”ün Mələyi 80 yaşını əməkdar artist kimi qeyd etmək istəmir 16:14Hansı halda şirkətin və şəxsin BOKT-un kapitalındakı payı geri alınacaq? 16:10Ağstafada 4 nəfərin qatili könüllü təslim oldu - RƏSMİ 16:05Birinci vitse-prezident Mehriban Əliyeva: Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir 12:55Mədət Quliyev: Heydər Əliyevin Azərbaycanda rəhbərliyi öz üzərinə götürməsi dövləti siyasi iflasdan, vətəndaş müharibəsindən və yenidən əsarət altına düşməkdən xilas etdi 12:52Deputat: Heydər Əliyev xilaskar missiyasını şərəflə yerinə yetirdi 12:50Çin Rusiyadan kənd təsərrüfatı məhsullarının idxalını artırır 12:47Peşəyönümlü siniflərin yaradılması üçün hazırlıq işləri görülür - Nazir 12:36Vergilər naziri: Nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflaşmasına xidmət edir 14:04Bakıda iş adamını öz maşınında güllələdilər 12:19Azərbaycanda "SON ZƏNG" çalındı 12:06Maştağa sakininin həyətindəki istixanalarda yetişdirdikləri polisi ŞOKA SALDI 12:02"Qarabağ" "Real"ın sabiq üzvünü transfer edir 11:56Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bütün dünyada gender bərabərliyi hərəkatının ön sıralarında durur - TÜRK PA Baş katibi 11:39Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı açıqlanıb 11:35Ağ Evin mətbuat katibi işdən çıxır 11:32Ərdoğan səlahiyyətlərini təhvil verdi - KİMƏ və NİYƏ? 11:29Bakıda polis əməliyyat keçirdi, külli miqdarda narkotik daşıyan maşın saxlanıldı 11:25Ceyhun Bayramov: Bütün 5 yaşlı uşaqları məktəbəqədər təhsillə əhatə etmək əsas hədəflərdəndir 11:22Türkiyənin 28 şəhərində əməliyyat keçirilir 12:21"Yanardağ" qoruğuna əcnəbi turistlər üçün giriş haqqı dəyişdiriləcək 12:20Azərbaycan-Rusiya sərhədində əməliyyat zamanı 5 tona yaxın çətənə kolu məhv edilib 12:19Ali məktəblərə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlayır 11:49Azərbaycanda pəhriz və uşaq qidalarının istehsalına nəzarət gücləndiriləcək 11:43Qılıncoynadanlarımız Antalyada Avropa çempionatına hazırlıqlarını davam etdirir 11:41Bərdədə Təcili Tibbi Yardım maşınına hücum edən şəxs saxlanılıb 11:39Xəzərdə 4 bal gücündə zəlzələ olub 11:37Gədəbəy sakinini gözündən bıçaqlayan şəxs tutulub 11:36Ərdoğan S-400 məsələsində nöqtəni qoydu 11:34Si Cinpin Qırğızıstana dövlət səfərinə gedib 11:33XİN: Serbiya Rusiya və ABŞ sammitinə ev sahibliyi etməyə hazırdı 11:32Şamaxıda taxıl sahələrində baş verən yanğınla bağlı RƏSMİ 11:30Deputatlar bu gün növbədənkənar iclasa toplaşır – Gündəlikdə 36 məsələ var 11:27