Sizin reklam burada
Sizin reklam burada
  • İşsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu yaradılacaq

    İşsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu yaradılacaq Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında yeni hazırlanan "İşsizlikdən sığorta haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
    Qanunun məqsədi Azərbaycanın əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir.
    4 fəsil, 26 maddədən ibarət olan qanun layihəsində işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondunun yaradılması və bu fondun maliyyələşməsi ilə bağlı detallar əksini tapıb. Qanun layihəsi işsizliyin qarşısının alınması, ixtisarların olmaması üçün nəzərdə tutulub.
    Qanun layihəsinə əsasən, Azərbaycanda işsizlərə sığortadan ödəniləcək vəsaitlərin mənbələri müəyyənləşib. Bu, yeni hazırlanan "İşsizlikdən sığorta haqqında" qanun layihəsinin 21-ci (işsizlikdən sığorta vəsaitlərinin mənbələri) maddəsində əksini tapıb.
    Qanun dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir.
    Layihəyə əsasən, işsizlikdən sığorta üzrə sığortaedənlərin və sığortaolunanların qeydiyyatı Sığortaolunanların və sığorta edənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
    Qanunun 2018-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
    Lahiyə ikinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ