25 may 12:41sosial

“Anam deyir, azərbaycanlı qızla evlənməyin” - suriyalı tələbə

“Anam deyir, azərbaycanlı qızla evlənməyin” - suriyalı tələbə “Suriyada hicabsız qadın görməzsən. Yolla gedirsən, hamı qapqara geyinib. Bakıda isə qızlar rəngarəngdir. Biz bura köçəndə anam da bütünlüklə qara niqab geyinirdi. Hamı qəribə baxırdı anama. Sonra niqabını çıxartmalı oldu”.
Lent. az Azərbaycan Texniki Universitetində hazırlıq kursunda oxuyan suriyalı, 18 yaşlı Yasir Tabbaadan müsahibə götürüb.
O, artıq 16 ildir ki, ailəsi ilə Bakıda yaşayır. Ailədə 7 nəfərdirlər – atası, anası, bacısı, 3 qardaşı və özü. Özündən yaşca böyük qardaşı Azərbaycan Tibb Universitetində əczaçılıq fakültəsində təhsil alır. Bacısı isə ərəb dili məktəbində oxuyur.
Yasir deyir ki, atası Suriyada işsiz olduğu üçün bura köçmək qərarına gəliblər.
- Atam Suriyada işləmirdi. Çətin dolanırdıq. Dostlarının köməyi ilə burda iş tapdı. İndi gündüzlər parket satır, axşamlar da taksi sürücüsü işləyir. İraqdan çoxlu turistlər gələndə atam onlara şəhəri gəzdirir. Normal dolanırıq, çətinliklərimiz də olur. Burda taksidən istifadə edənlər də azdır. Yəqin, taksi bahadır deyə minmirlər. Bir dəfə də atama hədə-qorxu gəlib telefonunu oğurlamışdılar. Anam məktəbdə ərəb dili müəlliməsi işləyir. Bakıda yaşamaq rahatdır. Nəqliyyat o qədər baha deyil, metro var, hər yerə gedirsən. İnsanlar adama çox kömək edirlər.

“Birdə gördün yuxarıdan zibil atdılar ya da su damcılayır...”

Yasirgil 16 ildir, kirayədə yaşayırlar. Müsahibimiz bizimlə qonşularından da danışır.
- Qonşularımızla elə də ünsiyyətimiz yoxdur. Anam da dili bilmir deyə heç kimlə danışmır. Əvvəl başqa yerdə birinci mərtəbədə qalırdıq. Bir ay yaşadıq cəmi. Onda qardaşlarım balaca idi. Qonşular şikayət etdi ki, uşaqlar səs salır. Polis çağırdılar, çıxartdılar bizi evdən. Arada olurdu, yuxarıdan başımıza zibil tökürdülər. Birdə görürdün su damcılayır. Qonşular arasında belə problemlər olur. (gülür)

“Dedim, niyə gülürsən, hələ təzə öyrənirəm də...”

Yasir Azərbaycan dilini səlis bilir. Amma bura təzə gəldiyi vaxtlarda o da danışığı ilə gülüş obyekti olubmuş.
- İki yaşımdan burdayam. Azərbaycan dilini dostlarımla ünsiyyət zamanı öyrənmişəm. 5-6 yaşım olardı, dili hələ bilmirdim. Həyətdə qardaşımla top oynayırdıq. Bir oğlan da gəlib bizimlə oynadı. Qapısına qol vurduq, xoşuna gəlmədi. Dalaşdıq. Sonra getdi. Birdə gördük ki, oğlanları yığıb gətirib üstümüzə. Bildik ki, davaya gəlib, tez qaçdıq evə. İndi həmin oğlanla dostuq. Suriyalı olduğum üçün məni itələyən, münasibət qurmaq istəməyənlər olurdu. Bir dəfə Azərbaycan dilində pis danışırdım deyə, uşaqlar məni lağa qoydular. Xətrimə dəydi. Pis oldum. Soruşdum, niyə gülürsən ki, hələ öyrənirəm də. Deyir, gülməlidir, neyləyim?
Evdə ancaq atamla mən Azərbaycan dilini bilirik. Atam rus dilində də danışır. Qardaşım ingilis dilində təhsil alır, bacımla anam ərəb dilində danışırlar. Mən də ingilis və Azərbaycan dillərini bildiyim üçün rus dilini də öyrənmək qərarına gəldim. Dil bilmək mənə lazım olacaq.

“Elə qızla evlən ki, nə danışdığını başa düşüm...”

- Anam Azərbaycan dilini başa düşmür deyə, bizə də tapşırıb ki, azərbaycanlı qızla evlənməyin. Soruşuram, niyə? Deyir, istəyirəm elə gəlin olsun ki, nə danışdığını başa düşəm. Yoxsa hər kəs öz istədiyini danışacaq, aləm qarışacaq bir-birinə (gülür). Yəni anam razı deyil azərbaycanlı qızı sevib almağımıza. Deyir ki, gedəcəyik Suriyadan evlənəcəksən. Atam isə kimi sevsəm, onunla evlənməyimə razıdır. Amma hələ bu haqda düşünməmişik. Qərar verməmişəm, gedib orda evlənəcəyəm, ya burada.

“....bilmirik, dağıdıblar, ya hələ də durur”

Yasirin ana tərəfdən bütün qohumları hələ də Suriyada yaşayır. Bura gəlmək istəsələr də, evlərini qoyub gələ bilmirlər. Hələ də ümidləri var ki, Suriyada vəziyyət yaxşılaşacaq.
- İndi Suriyada xalalarım, dayılarım, nənəmgil qalır. Hər gün təhlükə altında yaşayırlar. Çox qorxurlar. Anam onlar üçün çox narahatdır. Neçə dəfə deyib ki, köçün gəlin bura. Amma “evimizi buraxıb gələ bilmərik. Birdən gələrik, bu ev də əlimizdən çıxar” deyirlər. Hələ də ümidləri var ki, vəziyyət yaxşılaşacaq. Həm də pulları yoxdur bura gəlməyə. Orda təhsil də yaxşı deyil. Dayım uşaqları məktəbə gedir, müharibəyə görə bir gün dərs olur, iki gün olmur. Anam gündə neçə dəfə telefonla onlarla əlaqə saxlayır. Çox darıxmışam onlar üçün. Bizim də orda evimiz var, amma bilmirik, indi dağıdıblar, ya hələ də qalır. Axırıncı dəfə 7 yaşımda getmişdim ora. Suriyada vəziyyət yaxşı olsa, təhsilimi bitirib gedərəm.

“Axşam 10-dan sonra çölə çıxmaq olmaz”

- Atamgil axşam saat 10-dan sonra bayıra çıxmağa icazə vermir. Deyirlər ki, biz burda qonağıq, davranışlarınıza da diqqət edin.
Bacımın bir rəfiqəsi var, bir-birinin evinə gedib gəlirlər. Amma tək harasa gedib gəzməyinə icazə vermirik. Suriyada qızın tək harasa getməsi qəbul edilmir. Burda fərqlidir. İlk dəfə şəhərdə tək gəzən qız görəndə bizə qəribə gəlirdi. Qardaş olsam da, bacımın işinə qarışmıram. Atam var, nə lazımdırsa, o deyir. Bacımın azərbaycanlı oğlanla evlənməyinə gəlincə isə əsas adamdır. Yaxşı adam olsa, niyə də olmasın?!

“Azərbaycan yeməklərini yeyə bilmirəm”

Yasir bizim mətbəxin yeməklərini elə də xoşlamadığını etiraf edir.
- Burda bir-iki dəfə dostlarımın evinə qonaq getmişəm. Azərbaycan yeməklərini xoşlayıram, amma biz bu cür yeməkləri yemirik, çox xoşumuza gəlmir. Bilmirəm, niyə?! Bir dənə dolmanı bəyənmişəm, bir də vermişel. Sizin yeməkləri elə də bəyənmirəm.
Artıq neçə ildir burda olsaq da, anam hələ də Azərbaycan mətbəxini öyrənə bilməyib.
Evdə ərəb yeməkləri bişirir.

“Suriyada yanında qızla yol getdinsə, döyürlər”

- Suriyada bir qızla gəzdinsə, ya hansısa qıza söz atdınsa, tutub döyürlər. Burda hələ ki elə şey görməmişəm. Bakıda oğlan qızla sərbəst gəzə bilir, danışa bilir.
Təhsilini başa vurduqdan sonra kompüter mühəndisi olmaq istəyən Yasir burda sülh şəraitində və azad yaşadıqları üçün çox rahatdır.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayonu Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb 00:24Əfqan Quliyevin seçicilər ilə görüşü uğurla davam edir - FOTOLAR 00:17103 saylı dairənin qalibi Elmar Musayev olacaq 00:17Abşeron rayonu 45 saylı Dairə Seçki Komissiyası tərəfindən namizədliyi qeydə alınan Cəmil Zəbhulla oğlu Dadaşovun seçkiqabağı PLATFORMASI 00:16Azərbaycan gimnastı: Mən bütün gücümü Bakıdakı Dünya kubokuna yönəldəcəyəm 23:57Son 5 ildə 160-dək cinayətkar Azərbaycana ekstradisiya edilib 23:54Türkiyədə zəlzələdə ölənlərin sayı açıqlandı 23:50Heydər Əliyev Mərkəzində "Bakı və Moskvada onları sevirlər" fotosərgisi açılıb 23:46Bakıda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, tibb işçiləri xəsarət alıb 23:35"Bakcell" və INNOLAND gənc developerləri investorlarla tanış edib 23:31Xırdalan qəbiristanlığı sökülür? - RƏSMİ AÇIQLAMA 21:47Çində yeni koronavirusa yoluxanların sayı 644-ə, ölənlərin sayı isə 18-ə çatıb 21:43Qubada körpələr evi yanıb 21:42Azər Paşa Nemətov: 2020-ci il üçün Akademik Milli Dram Teatrının planları böyükdür 21:33Prezident İlham Əliyev “Swiss Re” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti ilə görüşüb 21:24Xalq artistləri Adil Əliyevi dəstəkləyiblər 11:07Yunanlar ölkələrinin miqrant axınına tab gətirə bilməyəcəklərindən qorxurlar 11:03Bu komandalar Türkiyə kubokunun dörddəbir final mərhələsinə yüksəlib 10:59Paytaxtda saxta pulla telefon alan şəxs saxlanıb 10:56Biləsuvarda İran vətəndaşlarından 16 kq narkotik və silah-sursat ələ keçirilib 10:52Bakıda növbəti 7 ildə 11 metrostansiya tikiləcək 10:47Hərbi liseylərə və Hərbi Tibb Məktəbinə tələbə qəbulu iyulun 19-da aparılacaq 10:4329 saylı Səbail seçki dairəsindən YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayon gəncləri ilə görüş keçirib 15:30“XOCALI - ŞƏHİD ŞƏHƏR” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilir 15:21Ağac kəsən şirkət 26760 manat cərimələnib 12:33İngiltərə Premyer Liqasının 24-cü turuna başlanıb - NƏTİCƏLƏR 12:24Tahir Budaqov: "Əhalinin müəyyən faizinin siyahıyaalmadan kənarda qalması ola bilər" 12:19Badamdarda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reyd keçirilib 12:13Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib 12:09Məzahir Pənahov: Parlament seçkiləri ilə əlaqədar MSK-ya 32 müraciət daxil olub 12:05Ağalar Vəliyev Milli Qəhrəman və şəhid ailələri ilə görüşdü - FOTOLAR 23:27Saatlılar yenə də Əhliman Əmiraslanova səs verəcəklər 23:15Seçicilər Güloğlan Cabbarova söz verdi-SƏSİMİZ SƏNİNDİ 23:10Azərbaycan ictimaiyyəti 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir 21:27Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər 21:23YAP Səbail rayon təşkilatı və 132-134 saylı Təhsil Kompleksinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirildi 21:04Bakıda istirahət mərkəzində yanğın olub 20:40Mübariz İbrahimovun şücaətindən bəhs edən və şəhidlərin xatirəsinə ithaf olunan “Mübariz” operasının premyerası keçirilib 20:33XİN: 20 Yanvar hadisələrinin sifarişçiləri və icraçıları cəzalandırılmalıdır 20:15Yol polisi niyə ləğv edilməlidir? - QƏRƏZLİ YANAŞMA 20:06Yağıntılı havada avtomobili necə idarə etməli? 20:03Vaqif Əsədovdan sürücülərə səs siqnalı ilə bağlı MÜRACİƏT 20:42Vaqif Əsədovdan sürücülərə səs siqnalı ilə bağlı MÜRACİƏT 20:42Azərbaycan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib 20:50Azərbaycanda qədim kəhrizlər bərpa ediləcək 20:45Tailandda yeni tip koronavirusa yoluxanların sayı artıb 20:30Bakıda narkoşəbəkə üzvləri polisə müqavimət göstərdi, qəza törətdi 20:23Xama və pendir qutularında narkotik və psixotrop maddələr tapıldı 20:1720 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq karate turniri keçiriləcək 20:11Multikulturalizmin Azərbaycan modeli UNESKO-da müzakirə edilib 20:05Bakcell yeni “099” prefiksini istifadəyə verib 19:55Bakıda saxta spirtli içkilər hazırlayıb satan dəstə üzvləri saxlanılıblar 14:21Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb 14:18Dmitri Solonnikov: Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycanın ciddi diplomatik qələbəsidir 14:17Azərbaycanda vergi daxilolmalarının həcmi tarixi maksimuma çatıb 14:15Azərbaycana elektriklə işləyən 100 ədəd “London taksisi” gətiriləcək 14:13Bakıda “parklanma ödənişsizdir” lövhələri quraşdırıldı 14:12Türkiyə yenə Rusiyadan analoqu olmayan silah alır: 2 ay sonra... 14:10İranlı qadın aparıcılardan HÖKUMƏTƏ ETİRAZ - İstefa verdilər 14:09Gözlənilməz QƏRAR - Sergen Yalçın komandadan GÖNDƏRİLDİ 14:08