Sizin reklam burada
Sizin reklam burada

Seçicilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi, onları qəbul etmək deputat İltizam Yusifovun əsas fəaliyyət istiqamətlərindən biridir

Seçicilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi, onları qəbul etmək deputat İltizam Yusifovun əsas fəaliyyət istiqamətlərindən biridir Millət vəkil İltizam Yusifov Deputat Qərargahında karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq vətəndaşların qəbulunu keçirmişdir. Deputat fərdi qaydada seçiciləri qəbul etmiş, onların problemlərini dinləmişdir. Seçicilərin müraciətləri qeydə alınmış, qaldırılan məsələlər dinlənilərək araşdırılması və həlli üçün aidiyyatı qurumlara göndərilməsi məqsədi ilə qeydiyyata alınıb. Keçirilən vətəndaş qəbulunda əsasən məşğulluq, kommunal xidmətlər, maliyyə və bank, nəqliyyat, hüquq, torpaq, mənzil, sosial təminat, sağlamlıq və digər məsələlər ətrafında müraciətlər səsləndirilmişdir.
Hacıqəhrəmanlı qəsəbəsinin vətəndaşlar ilə görüş zamanı bildirildi ki, qəsəbənin əsas su təhcizatı Kur çayından xüsusi nasoslar vasitəsilə təmin olunur lakin son vaxtlar Kür çayından suyun vurulması ilə bağlı müəyyən problemlər mövcud idi. Müvafiq qurumlar tərəfindən həmin nasoslar təmir etdirilərək tam işlək vəziyyətinə gətirilmiş və su təhcizatı ilə bağlı problem öz həllini tapmışdir.
Şirvan şəhərinin bələdiyyə nümayəndələri ilə görüş zamanı Şirvan şəhər baş planına əsasən müəyyən olunmuş bəzi ərazilərin planlaşdırılmasına uyğunlaşdırılması məsələləri, eləcə də digər məsələlər barədə geniş fikir mübadiləsi aparıldı.
Milli Məclisin Deputatı İltizam Yusifov tərəfindən torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə ehtiram göstərərək onların ailələri və o cümlədın qazilərimiz mütəmadi olaraq ziyarət edilir. Bu görüşlərdə iş qrafikindən asılı olaraq deputat, deputat köməkçisi və şəhər ictimayətinin nümayəndələrindən bir neçəsi iştirak edirlər.
Seçicilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi, onları qəbul etmək deputat İltizam Yusifovun əsas fəaliyyət istiqamətlərindən biridir.
Seçicilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi, onları qəbul etmək deputat İltizam Yusifovun əsas fəaliyyət istiqamətlərindən biridirSeçicilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi, onları qəbul etmək deputat İltizam Yusifovun əsas fəaliyyət istiqamətlərindən biridirSeçicilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi, onları qəbul etmək deputat İltizam Yusifovun əsas fəaliyyət istiqamətlərindən biridirSeçicilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi, onları qəbul etmək deputat İltizam Yusifovun əsas fəaliyyət istiqamətlərindən biridir

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ