Sizin reklam burada
Sizin reklam burada

Elin gözü, bu tərəzinin nizamı, ədaləti heç pozulmadı...

Elin gözü, bu tərəzinin nizamı, ədaləti heç pozulmadı... "Milli Cəbhə Partiyası - MCP olaraq uşaq pulu verilməsinin vacibliyini, zəruriliyini hər zaman vurğulamaşıq. Bu, uşaqlarımızın ən doğal haqqıdır...
MCP sədri, deputat Razi Nurullayev MP istər partiya sədri kimi, istər deputat kimi, illərdir bu məsələni gündəmdə saxlayanlardandır. Seçkilərdə söz verdiyi kimi, parlametdə də bu məsələni qaldırıb. Çünkü bu birmənalı olaraq hər bir Azərbaycan vətəndaşının istəyidir, arzusudur, haqqıdır, haqqlı tələbidir. Haqq yerini tapacaq, mütləq. Və bu məsələdə sonuna kimi xalqın haqqını tələb edəcəyik...
Hə, uşaq pulunu hansı formada, hansı pulla, necə vermək, detallar artıq dövlətin, mütəxəssislərin biləcəyi işdir. Amma, kimsə "narahat" olmasın, bu dövlətin uşaqların haqqını vermək üçün kifayət qədər imkanları var...
Uşaq pulunu tələb edənləri təhqir edən məlum statusa gəlincə, onu deyə bilərəm ki, insanın özünün özünə etdiyi pisliyi el yığılsa edə bilməz...
Elin gözü, bu tərəzinin nizamı, ədaləti heç pozulmadı...

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ