Sizin reklam burada
Sizin reklam burada

Ən çox istinad edilən gənc azərbaycanlı alim

Ən çox istinad edilən gənc azərbaycanlı alim Dünyanın tibb sahəsində ixtisaslaşmış nüfuzlu elmi nəşrlərində Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayevin elmi tədqiqatlarına istinadların sayı 400-ü ötüb.
N.Abdullayev tədqiqatlarına nüfuzlu jurnallar, o cümlədən beynəlxalq arenada tanınmış elm adamlarının ən çox istinad etdiyi ilk gənc azərbaycanlı alimdir.
Ölkəmizi Avropada, eləcə də dünyada layiqincə təmsil edən gənc alimlərimizdən biri də həmyerlimiz Nuran Abdullayevdir. Almaniyada fəaliyyət göstərən soydaşımız gənc olmasına baxmayaraq, tibb sahəsində bir çox yeniliklərə imza atıb. Azərbaycanlı alim kimi elmi arenada kifayət qədər nüfuz qazanan N.Abdullayev, həmçinin cəmiyyətin maariflənməsi istiqamətində də aktiv fəaliyyət göstərir.
N.Abdullayev neyroradiologiya və insult xəstələrinin müalicəsi sahəsində gətirdiyi yeniliklərlə tibb elminə öz töhfəsini verməkdədir və o, məhz bununla Azərbaycanın tibb tarixində bir ilkə imza atıb.
Onun müxtəlif mövzular əsasında apardığı onlarla elmi tədqiqatı dünyaca məşhur tibbi ekspertlər qəbul edib, dünyanın ixtisaslaşmış nüfuzlu jurnallarında dərc olunub və hələ də dərc olunmaqdadır.
Bu elmi tədqiqatlara olunan yüzlərlə istinadlar isə həmin elmi işlərin yüksək səviyyədə və dəqiqliklə ərsəyə gəlməsindən irəli gəlib. Bu da bir azərbaycanlı gənc alimin təkcə yeni elmi məlumatları dərc etməsi demək deyil, eyni zamanda elmdə istiqamətləndirici yol göstərən bir mövqedə durması deməkdir.
N.Abdullayev yeni növ koronavirus infeksiyası ilə bağlı dünyada elmi tədqiqatı çap edilən ilk azərbaycanlıdır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ