Sizin reklam burada
Sizin reklam burada

Milli Məclisdə gender bərabərliyinə dair dinləmə keçirilib

Milli Məclisdə gender bərabərliyinə dair dinləmə keçirilib Martın4-dəMilli MəclisinAilə, qadın və uşaq məsələləri komitəsində “Gender (kişi və qadın) bərabərliyinin təminatlarıhaqqında” qanunun icra vəziyyəti: imkan və çətinliklər” mövzusunda dinləmə keçirilib. Tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri açan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycan dövlətinin hadisələrə adekvat reaksiya verdiyini, bütün sahələrdə dövrün reallıqlarını nəzərə almaqla yeni çağırışlar, qərar və qanunlar qəbul etdiyini vurğulayıb. Buna misal olaraq hələ 15 il əvvəl –2006-cı ildəqəbul olunmuş “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Qanunu göstərib.Qeyd edib ki, bu qanun cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla kişi və qadınlara siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə bərabər imkanlar təsbit edir, ölkəmizdə gender bərabərliyinin təşviqi sahəsində atılmış mühüm addımdır. Bu qanunu qəbul etməklə Azərbaycan MDB-də və Avropa məkanında bir çox ölkələri qabaqlayıb. Həmçinin gender bərabərliyi haqqında qanun qəbul edildikdənsonra milli qanunvericilik bazası yenidən ekspertizadan keçirilib, bu qanundan irəli gələn zərurətə görə bir çox qanunlara, eləcə də məcəllələrə müvafiq əlavə və dəyişikliklər edilib.
Komitə sədri bildirib ki, lakin zaman keçdikcə yeni tələblər və çağırışlar meydana gəlib, mövcud qanunlara yenidən nəzər salmaq və qanunun tətbiqi təcrübəsində yaranmış boşluqları müəyyənləşdirmək zərurətə çevrilib. Həmçinin 2020-ci ilin dekabrında Milli Məclisdə ilk dəfə olaraq “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” qanuna dair hesabat dinlənilib. Həmin hesabatda qanunun icra mexanizminin təkmilləşdirilməsinə, sənədə bir sıra əlavə və dəyişiklik edilməsinə ehtiyac olduğu üzə çıxıb.
Çıxışının yekununda Hicran Hüseynova qanunla bağlı təkliflərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonratədbirdə geniş məruzə edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova fikirlərini açıqlayıb, “Gender (kişi və qadın) bərabərliyinin təminatlarıhaqqında” Qanunun icrasında mövcud olan imkan və çətinliklər barədə danışıb. Qeyd edib ki, günün tələbləri baxımından bu qanunun yenilənməyə ciddi ehtiyacı var. Ötən 15 ildə beynəlxalq səviyyədə üzərimizə götürdüyümüz öhdəliklər, Azərbaycanın özünün inkişafından doğan məsələlər, bugünkü həyatımızın diktə etdiyi yeni məqamlar ciddi şəkildə nəzərə alınmalıdır. Zamanın və həyatımızda baş verən inkişafın qarşıya qoyduğu yeni tələblərə və çağırışlara cavab verməliyik. Pandemiya və müharibə dövrü bizə gender bərabərliyi sahəsindəki çətinliklərimizin nədən ibarət olduğunu göstərdi.
Bahar Muradova vurğulayıb ki, qanunların icrasına məsul olan bütün qurumlarınfəaliyyətində, tərtib etdikləri bütün hesabatlarda, apardıqları bütün təhlillərdə gender məsələsinə həssas yanaşma nümayiş etdirilməlidir. Bu, dayanıqlı inkişaf məqsədlərində də nəzərdə tutulub.
Sonra dinləmədə təhsil nazirinin müavini Firudin Qurbanovun“Təhsildə gender bərabərliyinin təmin olunması”, daxili işlər nazirinin müavini İsmət Əliyevin “Hüquq-mühafizə müstəvisində gender bərabərliyinin təmini”, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun “Əmək qanunvericiliyi sahəsində gender bərabərliyinin gələcək təminatları” mövzularında məruzələri dinlənilib. Məruzəçilər sözü gedən qanunla bağlı bir sıra təkliflər irəli sürüblər.
Tədbirdə geniş müzakirələr aparılıb. Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, komitə üzvləri Sevil Mikayılova, Tamam Cəfərova və Könül Nurullayeva, “Təmiz Dünya” Qadınlara Yardim İctimai Birliyinin sədri Mehriban Zeynalova,Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsininİnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov rəy vətəkliflərini bildiriblər.
Müzakirələri parlamentin komitə sədri Hicran Hüseynova yekunlaşdırıb.
Dinləmədə Milli Məclisin deputatları Rauf Əliyev, Pərvin Kərimzadə, Ramin Məmmədov və Sədaqət Vəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdirləri Taliyə İbrahimova və Kəmalə Ocaqova,İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı İctimai Birliyinin gender məsələləri üzrə koordinatoru Leyli Bayramova, Sağlam Həyat Naminə İctimai Birliyinin sədri Sədaqət Hüseynova, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri (Sumqayıt şəhəri) Zemfira Mustafayeva, Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova iştirak ediblər.
Milli Məclisdə gender bərabərliyinə dair dinləmə keçirilibMilli Məclisdə gender bərabərliyinə dair dinləmə keçirilibMilli Məclisdə gender bərabərliyinə dair dinləmə keçirilibMilli Məclisdə gender bərabərliyinə dair dinləmə keçirilib

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ