Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir

Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib.
Prezident İlham Əliyev şəhid ailələri və müharibə əlillərinə hər zaman xüsusi qayğı göstərib, bu məsələyə dövlət siyasətində prioritet istiqamət kimi yanaşıb. Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidi ilə yenidən ölkə rəhbərliyinə gəlməsi ilə mühüm önəm verilən bu xətt dövlətimizin başçısının prezidentlik fəaliyyətinin ötən dövründə daim diqqət mərkəzində saxlanılıb. Belə ki, dövlət başçımız İlham Əliyevin 17 il prezidentlik fəaliyyəti dövründə xalqımız bunun şahididir. Yüzlərlə şəhid ailəsi mənzillə təmin olunub. Şəhid övladlarının təhsil haqları dövlət tərəfindən ödənilib, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri ayrılıb, onlara müavinət, pensiya ilə yanaşı, Prezident təqaüdü təyin edilib. Bütün bunlarla bərabər, şəhid adının əbədiləşdirilməsi ilə bağlı önəmli addımlar atılıb, torpaqlarımızın azadlığı uğurunda qəhrəmanlıqla həlak olanların xatirəsi daim yad edilib. Xüsusilə, Birinci Qarabağ müharibəsindən ötən il parlaq qələbəmizlə başa çatan Vətən savaşınadək olan uzun bir dövr ərzində ümummilli liderimiz Heydər Əliyev və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən şəhid ailələri və müharibə əlillərinə göstərilən diqqət və qayğı Azərbaycan cəmiyyətində, xüsusilə gənclərdə milli-mənəvi, vətənpərvərlik hisslərinin gücləndirilməsinə böyük təsir göstərib. Vətən müharibəsi günlərində vətəndaşlarımızın cənab İlham Əliyevin ətrafında sıx birləşməsi, əsgər və zabitlərimizin işğalçı Ermənistan ordusuna qarşı əzmlə vuruşmaları və döyüşlərdə qəhrəmanlıq nümunələri göstərmələrinin bir səbəbi də məhz bu amillə bağlı idi.
Fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəPrezidenti İlham Əliyev bildirmişdir ki: “Mən deyirdim, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci qondarma erməni dövləti yaradılsın və imkan vermədik. Bütün gücümüzü səfərbər etdik, bir çox illər ərzində ardıcıl siyasət apardıq, həm beynəlxalq müstəvidə, həm iqtisadi sahədə, həm qonşu ölkələrlə münasibətlərdə, regional layihələrin icrasında və əlbəttə ki, ordu quruculuğunun təkmilləşdirilməsi üçün böyük işlər gördük. Eyni zamanda, gənc, vətənpərvər, Vətəni hər şeydən çox sevən nəsil yetişdi. Bax, bu nəsil torpaqlarımızı azad etdi”.Belə bir parlaq qələbəyə imza atan şəhidlərimizin ailələrinə, qazilərimizə hazırda da həssaslıqla yanaşılır, problemlərinin həll olunması diqqət mərkəzində saxlanılır.Cənab Prezidentin vurğuladığı kimi, müharibədən cəmi üç ay yarım keçməsinə baxmayaraq, şəhid ailələri və müharibə əlilləri üçün yüksək səviyyədə yaşayış kompleksi, şəhərcik inşa olunaraq. Həmçinin, işğaldan azad olunmuş ərazilər bərpa olunur. Yəni Azərbaycan iqtisadiyyatını və ordusunu daha da gücləndirir. Ermənistanda isə siyasi qarşıdurma, hakimiyyət uğrunda mübarizə gedir. Bu ölkənin gələcəyə nikbin baxmağa imkan verən heç bir resursu, potensialı yoxdur. Ermənistanın yeganə çıxış yolu müharibədən sonrakı reallıqla barışaraq, qonşu ölkələrlə münasibətləri normallaşdırmaq, kommunikasiyaların açılmasına nail olmaqla iqtisadi tənəzzüldən çıxmağa cəhd göstərməkdir.
Dövlətimizin başçısı çıxışında şəhid ailələri və müharibə əlillərinin qarşılaşdıqları problemlərin həlli istiqamətində böyük səy göstərdiyini qeyd edərək, bildirib ki, ölkə rəhbərinin bu sahədəki siyasəti birmənalıdır. Elə bunun nəticəsidir ki, son 17 il ərzində müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib, 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilib. Bu il isə 3 minə yaxın mənzilin ayrılması nəzərdə tutulub. Eləcədə, Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksindədoqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə 1200 yerlik məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Dövlət başçısı tərəfindən cari ilin yanvarında imzalanan Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək. Həmçinin, ehtiyacı olan bütün qazilərə dövlət tərəfindən lazımi köməklik göstəriləcəkdir. Belə ki, qazilərə tibbi yardım əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində də göstəriləcəkdir. Orada minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilibdir. 300-dən çox qazimiz bu protezlərlə təmin ediləcək. Ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi bu protezlərlə təmin edilib və onlar normal həyata dönə biliblər.
Beləliklə, göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı və kompleks tədbirlər makroiqtisadi sabitliyin daha da möhkəmlənməsinə, ölkənin dayanıqlı inkişafına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfələr verir. Digər tərəfdən, bu siyasətin əsas mahiyyəti şəhid ailələri, müharibə əlilləri üçün dayanıqlı təminat sistemini yaratmaq, bununla da, onların həyat şəraitinin və sosial müdafiəsinin uzunmüddətli yaxşılaşdırılmasına nail olmaqdır. Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması bunları bir daha təsdiqləyir. Bir sözlə, görünən odur ki, əhalisinin sosial müdafiəsinin təmin edilməsi müstəqil Azərbaycan dövlətinin qarşısında duran strateji vəzifələrdən biridir. Dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.
Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir
Zəfər Bayramov
YAP Səbail rayon təşkilatının Aparat rəhbəri, t.e.n., dosent

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ