Sizin reklam burada
Sizin reklam burada

Xəzər Tv-nin rəhbərliyinə, ''Ənənə boxçası'' verilişinin kollektivinə təşəkkür və ehtiramlarımı bildirirəm

Xəzər Tv-nin rəhbərliyinə, ''Ənənə boxçası'' verilişinin kollektivinə təşəkkür və ehtiramlarımı bildirirəm İqbal Məmmədov,
Millət vəkili

Xəzər Tv-nin rəhbərliyinə, ''Ənənə boxçası'' verilişinin kollektivinə, böyük izləyici kütləsinin sevimlisi olan Leyla Mustafayevaya, bu çəkilişdə əməyi olan hər bir şəxsə öz adımdan və seçicilərim adından təşəkkür və ehtiramlarımı bildirirəm.
Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələrini verən, qədim mədəniyyət abidələri ilə zəngin olan, əzəmətli dağları, füsunkar təbiəti, saysız hesabsız qalaları, zəngin və həddindən artıq diqqəti cəlb edən zümrüd meşələri, nadir ağacları, çayları, çağlayan şəlalələri, zəngin flora və faunası ilə seçilən Talış dağlarının zirvəsində yerləşən Lerik rayonu ilə bağlı hazırlanan bu çəkiliş izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.
Dünyanın ən zəngin folklor sərvətlərinə malik olan Azərbaycan folklorunun inkişaf mərhələləri arasında orta əsrlərin xüsusi yeri var. Xalqın şifahi yaradıcılığı kimi qəbul olunan folklorun tarixinə müraciət milli ənənələrə, xalqın tarixinə hörmət və məhəbbət hissindən yaranır. Tarixi mədəniyyətimizin öyrənilib gələcək nəsillərə ötürülməsi, folklor nümunələrinin rəngarəngliyi haqda belə çəkilişlərin hazırlanması insanın ruhunu oxşayır.
Azərbaycan mədəniyyəti, folkloru, tarixi, burda yaşayan xalqların mədəni irsi o qədər maraqlı və zəngindir ki, sanki Allah göy qurşağı kimi rəngarəng nemət bəxş edib bizə.
Yaşasın, bütövləşən Azərbaycan!
Xəzər Tv-nin rəhbərliyinə, ''Ənənə boxçası'' verilişinin kollektivinə təşəkkür və ehtiramlarımı bildirirəm

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ