
Vətən müharibəsinin ilk günlərindən zabit kimi cəbhəyə yollanıb. Şərəfli döyüş yolu keçən Baş leytenantımız Polad Cabbarlı minaatıcı batareya komandiridir.


Polad ziyalı bir ailədə doğulub boya-başa çatıb. Atası Arif həkim hörmətli bir insandır. Bir neçə ay bundan əvvəl anası həkim Qalina xanımı, babası hörmətli agsaqqal Təvəkkül kişini itirdik. Hesab edirəm ki, Poladın, ümumilikdə müzəffər ordumuzun uğurları onların da ruhunu şad edib.
Allah qorusun onu, fəxrimizdir.

İltizam Yusifov,
millət vəkili