05 avq 14:56sosial

Balakənin inkişafı daim diqqət mərkəzindədir

Balakənin inkişafı daim diqqət mərkəzindədir
Nəsib MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatı


Bütün dünyanı çənginə almış koronavirus Azərbaycanda da problemlərə yol açdı. Lakin Prezident İlham Əliyevin təşəbbüsləri, göstəriş və tapşırıqları, fərman və sərəncamları, ən əsası şəxsi nəzarəti ilə həyata keçirilən tədbirlərin nəticəsi olaraq infeksiyanın daha ciddi fəsadlara yol açmasının qarşısı uğurla alındı. Belə bir həssas dönəmdə dövlətimizin təqdir olunan başqa bir addımı isə, heç bir sosial layihəni təxirə salmaması, o cümlədən regional inkişafa xidmət edən infrastruktur layihələrin icrasının davam etdirilməsidir.
Cənab İlham Əliyevin bir neçə gün əvvəl Qobustan, İsmayıllı, Balakən, Şəki və Qəbələ rayonlarına səfəri, bu səfər zamanı açılışında, təməlinin qoyulmasında iştirak etdiyi bütün layihələr bunu təsdiq edir. Rayonlara növbəti səfəri çərçivəsində dövlət başçısı regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq tikintisi başa çatmış sosial obyektlərin, infrastruktur layihələrinin, istehsal müəssisələrinin açılışını edib, görülən işlərlə tanış olub, eyni zamanda, yerlərdə əhalini narahat edən məsələlərlə maraqlanıb.
Dövlət başçısının sözügedən rayonların hər birinə səfər qrafiki olduqca zənginliyi ilə yadda qaldı. O cümlədən deputatı olduğum Balakən rayonunda görülən işlərin miqyası, həyata keçirilən möhtəşəm layihələr olduqca qürurvericidir. Öncə onu qeyd edim ki, Azərbaycanın əsas turizm məkanlarından olan Balakən rayonunda 2003-cü ilə nisbətdə 2019-cu ildə məhsul buraxılışı 3,1 dəfə, sənaye 18 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, əsas kapitala yönəldilmiş vəsait 10 dəfə artıb. 2003-cü ildən bəri rayonda 20 min 538 yeni iş yeri açılıb, cari ildə qeyri-məşğul əhali üçün ödənişli əsaslarla 350, pandemiya ilə əlaqədar əlavə 200 ictimai iş yeri yaradılıb.
Bu səfər zamanı cənab İlham Əliyevin iştirakı ilə Balakəndə həm rayonun inkişafına töhfə verən, həm də abadlıq və quruculuğun tərənnümü olan bir sıra infrastruktur layihələri istifadəyə verildi. Məlumdur ki, inkişafı şərtləndirən vacib amillərdən biri bütün sahələr üzrə müasir infrastrukturun mövcud olmasıdır. Əgər elektrik enerjisinin verilişi və digər kommunal xidmətlərin göstərilməsi lazımi səviyyədə təmin edilməsə, avtomobil yolları pis vəziyyətdə olsa, bank xidmətlərinin səviyyəsi yüksəlməsə, hotellər, xəstəxana və idman qurğuları olmasa, hansı inkişafdan söhbət gedə bilər. Ona görə də ölkə rəhbərliyinin qarşıya qoyduğu əsas məqsədlərdən biri də infrastrukturun inkişaf etdirilməsidir. Reallıq da göstərir ki, dayanıqlı inkişaf, ilk növbədə, infrastrukturun yeniləşməsindən, bu sahədə beynəlxalq və müasir standartların tətbiqindən, qabaqcıl biliklərin, texnologiyaların mənimsənilməsindən keçir. Ölkə rəhbəri İlham Əliyev davamlı yüksəlişin, tərəqqinin yolunu digər amillərlə yanaşı, infrastrukturun daim yenilənməsində və müasirləşməsində, bu sahədə beynəlxalq standartların tətbiqində, qabaqcıl biliklərin, texnologiyaların mənimsənilməsində görür və bu istiqamətdə əməli tədbirlərin həyata keçirilməsini daim önə çəkir.
Bu baxımdan Balakən şəhərində istifadəyə verilən regional "ASAN xidmət” mərkəzi, 320 şagird yerlik Uşaq İncəsənət məktəbi, "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi, yenidən qurulan Balakən-Qazbinə-İtitala, Balakən-Hənifə-Gülüzanbinə və Qullar-Tülü-Talalar-Şərif-Acılıqbinə-Qaysa avtomobil yolları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyət və məzmununa uyğun olaraq rayonda müxtəlif sahələr üzrə infrastrukturun yenilənməsinin, o cümlədən vətəndaşların ayrı-ayrı dövlət xidmətlərinə əlçatanlığının daha da asanlaşdırılmasının göstəriciləridir. Sözügedən binalar funksionallıq baxımından ən müasir standartlara uyğun olmaqla yanaşı, özünəməxsus memarlığı ilə Balakən şəhərinə xüsusi gözəllik verir. "ASAN xidmət” mərkəzinin açılışı zamanı könüllülərlə görüşdə Prezident İlham Əliyev Balakənin inkişafının diqqət mərkəzində olduğunu bildirərək deyib: "Rayonun inkişafı daim diqqət mərkəzindədir. Mən müntəzəm olaraq Balakən rayonuna gəlirəm, vəziyyətlə tanış oluram, müvafiq göstərişlər verirəm ki, rayonda işlər sürətlə getsin. Son illərdə Balakən rayonunda sosial-iqtisadi sahədə yaxşı inkişaf var. Bir çox sosial obyektlər inşa edilib. Mən bütün əsas sosial obyektlərin açılışlarında şəxsən iştirak etmişəm”.
Prezident İlham Əliyevin Balakəndə tanış olduğu "Bal meyvə” bağçılıq təsərrüfatı isə Azərbaycanda qeyri-neft sektorunun, konkret ifadə etsək, kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilən islahatların effektiv nəticə verməsinin bariz nümunəsidir. Təsərrüfatda daimi olaraq 80 nəfər işçinin çalışması, yığım vaxtı isə 200-dən çox sakinin mövsümi işlərə cəlb olunması rayonda məşğulluğa verilən mühüm töhfələrdən biridir.
Dövlət başçısının könüllülərlə görüşdə toxunduğu məsələlərdən biri Balakənin su problemi barədə idi. İyulun 31-də cənab Prezidentin "Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında” və "Balakən rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” imzaladığı sərəncamlar göstərdi ki, rayonumuzun su ilə bağlı problemləri tezliklə həllini tapacaq. Prezident İlham Əliyevin Balakənlə bağlı digər sərəncamları ilə rayonun Yeni Şərif kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbinin binası tikiləcək, "ASAN xidmət” mərkəzinin infrastruktur imkanları genişləndiriləcək.
Bütövlükdə, həm Balakəndə indiyədək görülmüş işlər, həm də bundan sonra həyata keçirilməsi nəzərdə tutulan layihələr sakinlər tərəfindən təqdir olunur, böyük sevinc hissi ilə qarşılanır. Milli Məclisdə Balakən rayonunu təmsil edən deputat kimi, göstərdiyi bu qayğıya görə, balakənlilər adından cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Qarşıda isə bizi daha böyük uğurlar və nəticələr gözləyir. Həyata keçirilən səmərəli tədbirlərin nəticəsidir ki, artıq koronavirusa yoluxmanın sayı azalmağa doğru gedir. Görünən odur ki, tezliklə bu problemə birdəfəlik son qoyulacaq və cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan postpandemiya dövründə daha möhtəşəm sosial-iqtisadi uğurlara imza atacaq.



Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
İrandakı soydaşlarımız Ermənistana daşınan hərbi texnikanı yandırdılar 11:04Eldar Quliyev Ağsaqqallar Şurasının sədri seçilib 10:57Ermənistanın S-300 zenit-raket qurğusu sıradan çıxarılıb 10:49Ermənistanın son hərbi təxribatı ABŞ mətbuatında 10:43Türkiyə Böyük Millət Məclisinin Parlamentlərarası İttifaqda nümayəndə heyətinin rəhbəri Ravza Kavakçı Milli Məclisin Sədri Sahibə Qafarovaya zəng edib 10:32Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun rəhbəri Azər Kərimli İtaliya parlamentinin üzvlərinə təşəkkür məktubları ünvanlayıb 10:27Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin TRT Haber kanalına Ermənistanın hərbi təxribatları barədə müsahibə verib 10:21Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Zəfər bizimdir!” 10:16Milli Məclisin Sədri Sahibə Qafarova ilə Qazaxıstan Parlamenti Məclisinin Sədri Nurlan Niqmatulin arasında telefon danışığı olub 10:12Milli Məclisin Sədri Sahibə Qafarova ilə Pakistan İslam Respublikası Senatının Sədri Məhəmməd Sadiq Sancrani arasında telefon danışığı olub 10:10Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopa məktub ünvanlayıb 10:0730 illik susqunluqdan sonra Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı təcili toplanır. 10:06Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopa məktub ünvanlayıb 10:02“İlham Əliyevin ətrafında səfərbər olmuşuq” 12:12Erməni özünü ifşa etdi: Suriyadan gətirilən terrorçunun videosunu yaydı 12:01MN: Düşmənin “Uraqan” yaylım atəş sistemi məhv edilib 11:56Qarabağa erməni könüllüləri daşıyan avtobus PUA ilə məhv edildi 11:52Ermənistan ordusunun alayı darmadağın edilib - MN 11:22Düşmənin 2 tankı eyni anda məhv edildi 11:19Ali məktəblərin vakant yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi sabah yekunlaşacaq 10:19Hər bir gəncimiz ön cəbhədə döyüşməyə hazırdır - Nazirlik 10:15Gələn il Azərbaycan ərəb ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracını artırmağı planlaşdırır 10:11Vaqif Dərgahlı: Azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib 10:08Ermənistan bu gün illərlə törətdiyi cinayətlərin cavabını alır - Azər Badamov 10:04Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil - MN 10:00Xalq artistinin qardaşı oğlu yaralandı - "Torpağımıza sahib çıxmalıyıq" 17:06"Beşiktaş" və "Trabzonspor"dan Azərbaycana DƏSTƏK 17:03Qismən səfərbərliyə kimlər cəlb oluna bilər? - AÇIQLAMA 17:01“Ermənistan Dağlıq Qarabağ əhalisinin təxliyəsi planı üzərində iş aparır” - Səfir 16:56Baş Prokurorluq: İndiyədək mülki əhalidən 26 nəfər xəsarət alıb 11:54Azərbaycanın “hücum modeli” diplomatiyası və onun tətbiqi mexanizmləri 11:50Deputat: 27 sentyabr qələbəyə aparan tarix kimi yadda qalacaq 11:46General-mayor Mayis Bərxudarov: Düşməni sona qədər məhv etmək uğrunda vuruşacağıq 11:44Hikmət Hacıyev: Bu, böyük Vətən müharibəsidir 11:41Azərbaycanda qismən səfərbərlik elan edildi - Sərəncam 11:32Bölmələrimiz düşmən texnikasını məhv etməyə davam edir 11:25Tramp Dağlıq Qarabağdan danışdı: Diqqətlə izləyirik 11:07Jan-Fransua Mansel: Ermənistanla Azərbaycan arasındakı toqquşmalar beynəlxalq ictimaiyyətin passivliyinin nəticəsidir 10:57Fransa dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib 10:50Ermənistan itkilərini açıqlayır - siyahı böyüyür 10:44Düşmənin məhv edilən tabor komandiri kimdir? 10:39Talış kəndi ətrafındakı yüksəkliklər düşməndən təmizlənib, düşmən xeyli itki verib 10:31Görkəmli ədəbiyyat tarixçisi və istedadlı ədib - Mir Cəlal Paşayev 10:27Ərdoğan erməni xalqına müraciət etdi 10:23Mehriban Əliyevadan cəbhədəki vəziyyətlə bağlı paylaşım 17:22"Azərbaycanın bir neçə yaşayış məntəqəsi işğaldan azad edilib" - İlham Əliyev 17:18Nəzarəti erməni dairələrinə mənsub olan xarici kanallar dayandırılsın – MTRŞ 17:14Milli Məclisin iclası çağırıldı 17:10Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq barədə təklif edildi - MN 17:06Türkiyə bütün gücü ilə Azərbaycanın yanındadır" - Parlament sədri 13:33Prezidenti İlham Əliyev xalqa müraciəti 13:31Zöhrə canlı yayımda müğənnini BİABIR ETDİ: "Alt paltarında efirə gəlmisən" 13:24Rusiya XİN-dən Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı BƏYANAT 13:18Azərbaycan Ordusu düşmənin hərbi mövqelərinə zərbələr endirir - Prezident 13:14Cəbhədə yaralananların adları açıqlandı - Baş Prokurorluq 13:08Hazırda Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var - Anar Eyvazov 13:03“Bir tikan fotosuna görə mükafat aldım...” – Qocaman fotoqrafın xatirələri 12:59MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur 12:52Azərbaycan torpaqlarının işğalı Ermənistanın planındadır - Prezident 12:48YAP İcra Katibliyində “Sosial şəbəkələr: milli maraqlar, siyasi və mənəvi məsuliyyət” mövzusunda videokonfrans keçirilib 11:31