01 avq 11:44sosial, gundem

Məhərrəm ayı başlayıb

Məhərrəm ayı başlayıb Hicri təqvimi ilə Məhərrəm ayı başlayıb.
Miladi təqvimi ilə sentyabrın 1-i Məhərrəm ayının ilk günüdür.
Bu ayın 10-cü günü - Aşura sentyabrın 10-na təsadüf edəcək. Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək.
Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində əhali toy mərasimləri keçirmir.
Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və və Elmi-Dini Şurasının builki fətvasında deyilir:
"Bismillahir-rəhmanir-rəhim!
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura bəyan edir ki, hicri 1441-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə, Aşura günü isə sentyabrın 10-na təsadüf edəcək.
Tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilən Məhərrəmin onuncu günü olan Aşura əfsus ki, hicri 61-ci ildən şəhadət və hüzn günü kimi yad edilir. Aşura hadisəsində Müaviyə oğlu Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) nəvəsi və səhabəsi İmam Hüseyn (ə), o Həzrətin (s) digər səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilmiş, ailələri əsir alınmışdır. Bununla yanaşı, İmamın (ə) haqq-ədalət naminə şəhadəti bəşəriyyət və insanlıq üçün mənəvi kamillik, dirçəliş nümunəsidir. Odur ki, İmam Hüseyn (ə) əzadarlığı ölkəmizdə də bədbinlik və ümidsizliyə deyil, Vətən və iman sevgisinə, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizəyə çağırış ruhunda olmalıdır.
Təziyə mərasimlərində şəhidlərimizi yad etmək, əzəli torpaqlarımızın işğaldan azad olunmasını dua etmək müqəddəs borcumuzdur. Dindarlarımız müsəlman tarixində kədərli, lakin şərəf və qürur nümunəsi kimi yer alan Kərbəla faciəsinin, eləcə də İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsini ənənəvi olaraq bu gün də davam etdirirlər.
Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir. Din xadimləri İmam Hüseyn (ə) mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini düzgün çatdırmalı, şəhidlik fəlsəfəsinin açıqlanmasına, vətən təəssübü və milli mənafelərimizin təbliğinə ciddi çalışmalıdırlar. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Qurşağadək soyunub zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir, İmamın (ə) və Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Allah rizası üçün İmam Hüseynə (ə) məhəbbətini izhar etmək istəyənlər Fətvada əks olunan tövsiyələrə əməl etməlidirlər. Din xadimləri isə Qazılar Şurasının və Elmi-Dini Şuranın Fətvasını məscidlərdə oxumalı və qeyd olunan tövsiyələrə bütün dini mərasimlərdə əməl olunmalıdır.
QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və təziyə günlərində ehtiyacı olan xəstələr üçün təşkil edilən İmam Hüseyn (ə) xatirinə könüllü qanvermə aksiyaları cəmiyyətin təqdirini qazanıb. Səhiyyə Nazirliyi QMİ-nin başlatdığı bu kampaniyaya dəstək əlaməti olaraq məscidlərlə yanaşı, ibadət məkanlarına yaxın ərazilərdə yerləşən tibb məntəqələrində (xəstəxana və poliklinikalarda) də qanvermə aksiyalarının həyata keçirilməsini təmin edəcək. Kərbəla və Azərbaycan şəhidlərinin xatirəsinə qan verilməsinin təşkili ən münasib əzadarlıq nümunəsidir və din xadimlərimiz bu savab əməli lazımınca təbliğ etməlidirlər. Ümid edirik ki, möminlər Allaha xoş gedən bu gözəl ənənəni yaşadacaqlar və Allah-Təala minlərlə xəstə insana İmam Hüseynə (ə) xatir şəfa bəxş edəcək, inşallah!
Bu gün vətənimiz Azərbaycanda dövlət və xalq birliyi sayəsində ictimai asayiş və əmin-amanlıq mövcuddur. Ölkə müsəlmanları olaraq bu böyük nemətə görə Allah-Təalaya şükürlər edir, din xadimlərimizi və dindarlarımızı respublikadakı mövcud sabitliyin qorunmasına, dindən sui-istifadə edərək məhərrəmlik mərasimlərində qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı ayıq-sayıq olmağa çağırırıq. Din xadimləri və dindarlar isə hər hansı təxribatın qarşısını almaq üçün asayiş keşikçilərinə yardımçı olmalıdırlar.
QMİ, məzhəbindən asılı olmayaraq ölkə müsəlmanlarına İmam Hüseyn (ə) mərasimlərində birgə iştirak etməyi, İmam (ə) və Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ və Xocalı şəhidlərinin də ruhlarına dualar etməyi tövsiyə edir.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şura Azərbaycan dövlətçiliyinin əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevə Allah-Təaladan rəhmət diləyir, dövlətimizin siyasi-iqtisadi və mənəvi inkişafı üçün misilsiz səylər göstərən, tolerantlığın və multikultural dəyərlərin təminatçısı və himayədarı olan, dünya miqyasında İslam həmrəyliyi ideyalarını müdafiə edən dövlət başçımız İlham Əliyev cənablarının fədakar fəaliyyətinə Uca Allahdan inayət arzulayır, xalqımızın əmin-amanlığı və rifahı üçün dualar edir. Allah köməyimiz olsun!
Vəssəlamu-əleykum və rəhmətullahi və bərəkətuhu!”
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Azərbaycana şöhrət gətirən rənglər 13:56Azərbaycan çempionatı bu tarixdə başlayacaq 13:50Qonşu ölkədə dövlət bayraqları endirildi 13:47“Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs yaradıldı 13:44Rayonlara sərnişin daşıyan sürücü saxlanıldı 13:40Təhsil naziri ali məktəb rəhbərləri ilə görüşdü: NƏLƏR DANIŞILIB? 13:32Mikayıl Cabbarov sahibkarlarla görüşdü 13:25Toylarla bağlı qərar veriləcək - Nazir müavini 13:21Azərbaycanda ailə FACİƏSİ: Arvadını dənizdə boğub öldürdü 13:16Prezidentin köməkçisindən XƏBƏRDARLIQ: "Yoluxmalar artsa..." 13:10Tovuz ziyalılarından daha biri: Surxay Həsənəli oğlu Tağıyev 12:56Razi Nurullayev vəd etdiyi adları çəkdi: Rövnəq Abdullayev, Cahangir Əsgərov... 18:54NÖVBƏDƏNKƏNAR SESSİYA ÖZ İŞİNİ BAŞA ÇATDIRDI 14:28Vətəndaşların sağlamlığının qorunması Azərbaycan dövləti üçün prioritetdir 14:22Mütəxəssisdən xəbərdarlıq: Son vaxtlar dərman ticarəti fırıldaqçılarının aktivliyi yenidən artıb 11:31Sahil Babayev: Pandemiya dövründə birdəfəlik ödəmə proqramı üzrə yönəldilmiş vəsaitin həcmi 333 milyon manata çatacaq 11:282020-ci il dövlət büdcəsinə dəyişiklik son oxunuşda qəbul edildi 11:25Müasir enerji səmərəli elektrik stansiyaları Azərbaycan energetikasının inkişafının yeni mərhələsidir 11:22Prezident İlham Əliyev: Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir 11:13Bakıda ağır yol qəzası - XƏSARƏT ALAN VAR 10:59Ələt-Astara yolunun bu hissəsi pullu olacaq 10:56Ağıllı maska istehsal olundu: 8 dildə... VİDEO 10:53Bill Qeytsdən qorxulu proqnoz: "Daha da pis ola bilər..." 10:49Avropa Liqasının 1/4 finalında qarşılaşacaq komandalar 10:45Deputat Razi Nurullayev Arif Məhərrəmovu ziyarət edib 10:28QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI PARLAMENT MƏCLİSİNİNBAŞ ASSAMBLEYASINDA 21:43Avqustun7-də keçiriləcək növbədənkənar iclasının gündəliyi 21:39MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASINDA 15:14BMT-nin baş katibi: Nüvə silahına sahib olmaq təhlükəsizliyi zəiflədir 12:29Dünyada ilk dəfə Sumqayıt stadionunda "Meksika dalğası" şəklində fəvvarə kompleksi ucaldılacaq 12:21Azad Rəhimov: Çox istərdik ki, idman kompleksləri yenidən idman fəaliyyətinə qayıtsın 12:16Şamaxıda Antik dövrə aid nekropol aşkar olunub 12:13Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub 12:09Polis təqibindən qaçan yeniyetmələr silahla Trampın malikanəsinə daxil olub 12:03Ağdaşda tibbi maskadan istifadə etməyənlər cərimələnib 11:59Azərbaycanla Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında saziş avqustun 13-dən qüvvəyə minir 11:56İndiyə kimi fərdi sahibkarlara 170 milyon manatdan çox vəsait ödənilib 11:5315 200 aztəminatlı tələbənin təhsil haqqını dövlət ödəyəcək 11:50İlhamə Məhəmmədqızı (Mənsur şeirlər) 22:49Deputat sərt danışdı: Milləti psixoz etmisiniz (VİDEO) 19:27Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirildi 16:32Balakənin inkişafı daim diqqət mərkəzindədir 14:56AQTA ictimai iaşə müəssisələrinə çağırış edib 14:22Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib 14:10Gəncədə karantin rejimini pozan çayxanalar aşkarlanıb 13:55Bakıda çimərliklər açıldı 13:52DİM-dən qəbul imtahanının ikinci mərhələsinə hazırlaşanlara MÜRACİƏT 13:49Türkiyədə döyülən ukraynalı modelin yalanı üzə çıxdı: Onu sevgilisi əzişdirib – VİDEO 13:46Bakıda evdən 1 milyon manatlıq oğurluq olub 11:57Şok: Dünya iflasa uğrayır - 2021-ci ilin sonu... 11:52Yüzlərlə erməni xəsarət aldı, itkin düşənlər var - Ermənistan fəlakəti açıqladı 11:49Tacikistan portalı Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar yazı dərc edib 11:45Dövlətə, xalqa sədaqətli xidmət nümunəsi 11:3640 minədək işsiz şəxs sığorta ödənişinə cəlb edilə bilər 11:26Rayona getmək istəyənlər bu formada icazə alacaqlar - QAYDA 11:22İŞİD Beyrutdakı partlayışı öz üzərinə GÖTÜRDÜ 11:18Günəş şüaları koronavirusla mübarizəyə kömək edir 11:14Professordan SENSASİON açıqlama: “Vaksinlərin yaradılmasına milyardlarlar xərclənir” 11:06DEPUTATLARIMIZ BELARUSDA PREZİDENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏKLƏR 00:11Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi 00:09