23 may 12:51sosial, gundem

“Maaş kart”ları ilə bağlı yoxlamalar başladı – RƏSMİ

“Maaş kart”ları ilə bağlı yoxlamalar başladı – RƏSMİ Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə icra olunan ödənişli ictimai işlər proqramı sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğuna dəstək verilməsində mühüm rola malikdir.
Proqramın icrasında şəffaflığın və güclü nəzarətin təmin olunması barədə dövlət başçısının göstərişinə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq tədbirlər görülür.
Nazirliyin tabeliyindəki "DOST İş Mərkəzi” işsiz və işaxtaran şəxslərin ictimai işlərə qəbulu, əmək haqlarının ödənişi, yerlərdə ictimai işlərin təşkili ilə bağlı vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinqləri davam etdirir.
Rayon (şəhər) icra hakimiyyətləri tərəfindən təqdim edilmiş işsiz şəxslərin siyahıları əsasında həmin şəxslər ictimai işlərə (abadlaşdırma, yaşıllaşdırma, təmizlik, ictimai yerlərə qulluq, hazırkı dövrdə dezinfeksiya və s.) cəlb olunur, onlarla "DOST İş Mərkəzi” arasında əmək müqaviləsi bağlanır. Hər bir işçi üçün əməkhaqqı kartı sifariş olunur və kartı yalnız şəxs şəxsiyyət vəsiqəsini təqdim etməklə bankdan götürür.
İcra hakimiyyətləri, onların tabeliyindəki icraçı qurumlarla (kommunal təsərrüfat idarə və birlikləri) "DOST İş Mərkəzi” arasında bağlanmış Sazişə əsasən, işçilərin nizam-intizamına və gündəlik fəaliyyətinə icraçı qurumlar birbaşa cavabdehlik daşıyır. Hər ayın sonu onların təqdim etdiyi davamiyyət cədvəllərinə əsasən ictimai işçilərin əməkhaqqları onların kartlarına köçürülür.
Ötən il "DOST İş Mərkəzi” tərəfindən 25 faizi Bakıda, qalanları bölgələrdə olmaqla 38 min haqqı ödənilən ictimai iş yeri yaradılıb. Həyata keçirilmiş monitorinq, nəzarət və digər tədbirlər nəticəsində 38 min ictimai iş yerindən əlavə 9 min şəxsin də məşğulluğu təmin olunub, bununla yanaşı 25,7 mln. manat büdcə vəsaitinə qənaət edilib.
2020-ci ildə isə pandemiya ilə əlaqədar məşğulluğa dəstək məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən, bu iş yerlərinin sayının 90 minə çatdırılması işləri aparılır. Artıq 61 mindən çox belə iş yeri yaradılıb.
"DOST İş Mərkəzi” tərəfindən ictimai iş yerlərində keçirilən monitorinqlər zamanı ötən il 5 mindən çox, bu il isə 1100-dən çox ictimai işçinin iş yerində olmadığı aşkar edilib. Onların ümumiyyətlə işə cıxmadıqları barədə şübhələr yarandığı üçün müəyyən olunan faktlar rəsmiləşdirilərək aidiyyəti üzrə təqdim edilib.
Nazirliyin digər fəaliyyət sahələri üzrə olduğu kimi, ödənişli ictimai işlərin təşkili ilə bağlı da ictimai aşkarlığın və bu sahədə ictimai nəzarətin təmin olunması üçün ictimai işçilərin şəhər və rayonlar üzrə adlı siyahıları qurumun rəsmi internet səhifəsində açıqlanıb və mütəmadi yenilənir.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Nazirlik növbəti 190 manat yardım söhbətinə aydınlıq gətirdi 12:27ABŞ-da 200-dən artıq neft şirkəti müflis oldu: 70 min insan işsiz qaldı 12:23Tələbələrə ŞAD XƏBƏR! - İmtahanlarda bu güzəştlər ediləcək 12:21Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs... 12:16Estoniya prezidenti İlham Əliyevi təbrik etdi 12:12Adil Əliyev: Ermənistanın heç bir mənəvi haqqı yoxdur 12:08Çimərliklərdən İSTİFADƏ ŞƏRTLƏRİ açıqlandı: ailənizlə getsəniz... 12:04Siyasi rəqibi Trampı axmaq adlandırdı 11:56Ata dilənmək istəməyən oğlunu bıçaqladı - Rəsmi açıqlama 11:52“Sevilya” türkiyəli ulduza 12 milyon avro ödəməyi planlaşdırır 11:49Milli Məclis deputatların maaşı ilə bağlı məlumatlara münasibət bildirib - MƏBLƏĞLƏR 18:48Bakı-Şamaxı yolunda ağır qəzada ÖLƏNLƏRİN ADLARI - RƏSMİ 14:53Mənşəyi məlum olmayan 70 kilo ət aşkar edildi 14:51ÜST-dən Azərbaycanla bağlı CİDDİ XƏBƏRDARLIQ 14:48"Bu baxımdan Şamaxı birinci şəhərdir" - Prezident 14:44"Söyüş söyənlərin başında Əli Kərimli dayanır" - Adil Əliyev 14:39Türküyə körpüləri Azərbaycan bayrağına bürüyəcək 11:47Restoran və kafelər açılır: Sahibləri narazılıq edir 11:43Bu şəxslərə hər ay 800 manat ödəniləcək - QƏRAR 11:40Azərbaycanda havanın temperaturu iqlim normasından aşağı düşdü 11:37Qadından qonaq getdiyi evdə BİABIRÇI HƏRƏKƏT 11:33Azərbaycanda dəhşətli qəza: Beş nəfər öldü, yaralılar var 11:30"Belə getsə, pandemiya daha da artacaq!" — Professordan XƏBƏRDARLIQ 11:26Ekoloji problemlərin həlli sahəsində keçirilən tədbirlər bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasının parlaq nümunəsidir. 11:22Allahın mübarək günündə dünyaya xoş gəlmisən! 20:22Milli Məclisdə insan alverinə qarşı mübarizəylə bağlı illik hesabat qəbul edildi 17:07Ruhu azad olan bir millət 17:00Azadlıq təşnəsi 16:55Sahibkarlara dövlət qayğısı 16:52Onlar tarixi xidmətlər göstəriblər 16:49Cümhuriyyət qurucularının layiqli varisləri 16:47Abşeronda it dişləyən kişi ölüb 12:58Hollivud ulduzları sosial şəbəkədən 1 günlük imtina edəcəklər 12:55Hulusi Akar: “İraqın və Suriyanın şimalında 1458 terrorçu zərərsizləşdirilib” 12:52Bakıda karantin qaydalarını pozan restoran aşkarlanıb 12:50Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı azalıb 12:47Azərbaycan və Türkiyə Prezidentləri arasında telefon danışığı olub 12:43Şəkidə 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib 12:40Daha bir çempionat təxirə salınıb 12:38"Qapalı yerlərdə maskadan istifadə etməyənlər cərimələnməlidir" 12:34Təlimlərdə Azərbaycan Ordusu döyüş təcrübəsini artırıb 12:31Arzu edirəm ki, Azərbaycanın müstəqil dövlətçiliyi daimi olsun 23:19Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib 12:17Uca Allahdan arzu edirəm ki, növbəti Ramazan ayını işğal olunmuş torpaqlarımızda keçirək 12:17Uca Tanrı hər kəsin ibadətini, istəyini və dualarını qəbul etsin! 12:15Adil Əliyev seçicilərin növbəti qəbulunu keçirib 15:08Koronavirusa yoluxan Kadırovun vəziyyəti ağırlaşdı 12:57Kamran Əliyevdən sürücülərlə bağlı MÜHÜM AÇIQLAMA 12:53“Maaş kart”ları ilə bağlı yoxlamalar başladı – RƏSMİ 12:51BP ən çox neft ehtiyatı olan ölkələri açıqladı – SİYAHI 12:48Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən tutuldu 12:46ABŞ Rusiya və Çinə nüvə sınaqları ilə cavab verə bilər 12:38“Emmi” qazanan Haluk Bilginer İngilis serialında baş rolu canlandıracaq 12:35Bakıda quldurlar taksi sürücüsünə hücum etdi 12:31Tarix də açıqlandı: İyunun 3-də… 12:28Vladimir Putin Azərbaycan Prezidentinə təbrik ünvanlayıb 15:16“Zaqatalanın bu kəndlərində qadınları sünnət edirlər” - İddia 15:13"Ölmək istəmirəm" - Könül Xasıyeva 15:07Azərbaycanda bu şəxslərin maaşları artdı - SİYAHI 14:32“Fermer Kartı”ndan istifadə edənlərin diqqətinə - Xəbərdarlıq edildi 14:24