27 mar 19:38sosial

Koronaviruslu vəziyyət, İbrahim müəllimin sarı kartı və özünü qoruma instinkti

Koronaviruslu vəziyyət, İbrahim müəllimin sarı kartı və özünü qoruma instinkti
Qırmızı kartı çıxarmağın vaxtıdır: Artıq çalışın, ölməyin
Heyvanlarda bir instintk var - özünü qoruma instinkti. Hətta cəngəlliklər kralı aslan belə, ilk təhlükəni sezdiyi halda, əvvəlcə qaçıb gizlənir. Sonra ehtiyatla gizləndiyi yerdən başını qaldırır, ətrafa boylanır, diqqətlə 360 dərəcə ətrafa baxır. Və sonda tam əmin olduqdan sonra ortalığa çıxır. Bütün heyvanlar belədir. İlk olaraq özlərini düşünürlər. Çünki Kipling deyirdi ki, “Cəngəlliyin birinci qanunu - hər kəs özünə!”dir.
Futbolda yazılmış və yazılmamış qanunlar var. Bu qaydaları pozanda, hakim bəy birinci dəfə cərimə təyin edir. Sonra cərimə və sözlü uyarı. Görəndə ki, “sən öz işindəsən və fotulla oynamağa” davam edirsən, bu dəfə sənə sarı kart göstərir. Bundan sonrası hakimin ədalət ölçüsünə, humanistliyinə, evdə arvadı ilə necə ayrıldığına, sağlıq durumuna, şəxsi problemlərinə və nəhayət profesionallığına baxır. Çünki bundan sonrası futbolçunun müqəddaratını həll edir. Onu oyundan atan qırmızı kart tez də gələ bilər, gec də.
Ağıllı hakimlər oyunu savaş meydanına döndərmir. Centlimencə idarə edir və hər kəs razı qalır.
Tərəfimdən yazılıb və deyilib. Hökumətin bizi qoruma işi 23 martda bitib. 23 martdan sonra cəngəllik qanunları və hər kəs özünə prinsipi işə düşüb. Hər kəs özünü qoruyacaq. Çünki özünü qorumasan, birinci ailə üzvlərini, sonra qohumlarını, dostlarını, qonşularını yoluxduracaqsan. Fərqi yoxdur, sənin neçə yaşın var - 15 yoxsa 95. Özünü qoruyacaqsan.
Hökumət hər işdə 1 həftə gecikdi. O, yaxşı həkim kimi əvvəlcə xəstəni tam analizə göndərdi, sonra MRT və USM elədi, indi isə konsilium çağırıb, “xəstəni əmıliyyata alaqmı”, - sualına cavab axtarır. Amma artıq gün deyil, saat hesabı dəyişən situasiya ilə qarşı-qarşıyayıq.
Dünən gecə Nazirlər Kabinetinin (NK) sözçüsü, professionallığını hər zaman çox bəyəndiyim İbrahim müəllim xalqa sarı kart göstərdi. Əminəm ki, NK-nın əsas üzvləri, güc strukturları bu gecəni yatmayıblar. Saatlarla sürən müzakirələrdə, kim nəyi, necə edəcək, nə məhdudiyyətlər olacaq və s. kimi mövzular danışılıb.
Zamanında NK-nı, Səhiyyə Nazirliyini (SN) çox xəbərdar etməyə çalışdıq. Gücümüz və sözümüz yetən yerə qədər. Yenə deyirəm, qərarlar gecikdirildi. Cənablar, siz ölmək üzrə olan xəstəyə terapiya cəhdi edirsiziniz. Olmayacaq! Çünki millət olaraq bu dildən anlamırıq. Siz ya xoşqədəmləri, zaurları çıxardın bunu desinlər, ya da bildiyinizi edin.
13 martdan etməli olduğunuzu niyə 1 aprelə saxlayırsınız? Axı bu işin zarafatı yoxdur. “Azərbaycan İspaniya yolu gedir”, - deyirsiz. Bəs siz nəyi gözləyirsiniz. Səlahiyyət, oyunun fiti, qırmızı kart kimdədir? Sizdədir, yoxsa xalqda? Xalqda yoxdur. Heç vaxt da olmayıb. İşinizi görün, əməliyyata başlayın, yoxsa xəstə öləcək.
Sizi də xəbərdar edirəm, hörmətli cəngəllik üzvləri, odun 1 sm-nə çatmısınız. Özünüzü yandırırsız, xəbəriniz yoxdur. “Ya bu gün, ya heç vaxt” dilemması qarşısındasınız artıq. Bu gün sözə baxmayan çox insan 1 ay sonra süni tənəffüs aparatı olmayan reanimasiyalarda yarımcan vəziyyətdə ağ tavana baxıb “mən harda səhv etdim?”, - deyə düşünəcək.
Virus haqqında milyon konspiroloji fikir söyləndi. Hər nədirsə, dəqiq bilən yoxdur. Amma niyə siz bunu bilməyə-bilməyə belə arxayınsınız və özünüzü öldürmək istəyirsiniz? Özünü qoruma instinkti ilk olaraq qorunmağı, gizlənməyi, ancaq sonra “təhlükə real idimi” məntiqi ilə ətrafa boylanıb, çıxmağı diqtə edir.
Niyə gizlənmirsinizz? Siz cansızsınız, yoxsa şüursuz?
Koronaviruslu vəziyyət, İbrahim müəllimin sarı kartı və özünü qoruma instinkti
- Nazirlər Kabinetinin sözçüsü: “Azərbaycanda virusa ...
İbrahim müəllim dünən qırmızı kartın ucunu göstərdi. Çıxartmalı idi, amma çıxartmadı. Çünki rəhbər humanist adamdır. Amam nahaq. Qərar verilməyən hər 1 gün karantin müddətini 10 gün uzadacaq. Bunu hər kəs belə də bilsin.
Hörmətli hökumət ərkanı, qərar vermə səlahiyyəti olanlar!
Sizi bir daha əmin edirəm.
“Azneft”, dairəsində “Koroğlu” metrosu ətrafında, Sədərək yarmarkasında, Biləcəridə, Daxili Qoşunların ZHM-ləri durmayınca, saat 17-dən sonra küçələrə FHN-in əsgərləri nəzarət etməyincə, hər kvartalda PPX maşınları keşik çəkməyincə, icazə olmadan küçəyə çıxan, qonşu ilə samovar qoyub çay içən, uşağının əlindən tutub küçədə gəzən, yaşlılarla parkda nərd oynayan təqaüdçü həbs edilməyincə, biz İspaniyanın pis variantına doğru sürətlə gedəcəyik.
Hər kəsi ilk olaraq ailəsi qarşısında, sonra isə cəmiyyət və dövlət qarşısında üzərinə düşəni yerinə yetirməyə çağırıram. Sonuncu dəfə:
İbrahim müəllim, çıxardın artıq qırmızı kartı. Sabah gec olacaq. “Sağlam olun” deməyi də dayandırdım. Bundan sonra “çalışın, ölməyin” deyəcəm.

Koronaviruslu vəziyyət, İbrahim müəllimin sarı kartı və özünü qoruma instinkti
Müşfiq Hüseynov,
həkim-farmakoloq
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il mayın 31-də keçiriləcək iclasının gündəliyinə təklif olunan M Ə S Ə L Ə L Ə R 14:47Xalqımızın dəyərli ziyalı oğlu Adil Əliyevi təbrik edirik! 13:26Film qəhrəmanı, Bakının əfsanəvi müdafiəçisi, Bayılda gecəyarısı güllələnmə... - TARİX 11:37Azərbaycandan Gürcüstana gedən yük maşını sürücüləri koronavirus testindən keçəcəklər 11:31Azərbaycan neftinin qiyməti 37 dolları ötüb 11:28Azərbaycan bu il 435 ton ətir idxal edib 11:18İbrahim Məmmədov: İndiki mərhələdə ibadət yerlərinin açılması məsələsi yoxdur 11:13Vətəndaşlar dövlət başçısına yazırlar: Siz bütün cəbhələrdə qalibsiniz 11:07Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb 11:02Rusiya ilə ABŞ arasında təyyarə gərginliyi 10:54Sumqayıtda iki yük maşını toqquşub, ölənlər var 10:51Tomas Müller - 250: Almaniya çempionatında yeni rekorda doğru 10:45Millət vəkili məmurlarımızın tənbəlliyindən gileyləndi... (müsahibə) 21:48Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb 19:22Maskalardan istifadə edilməməsinə görə cərimələrlə bağlı layihə Milli Məclisdədir 19:18Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop Azərbaycan Respublikası Milli Məclisin Sədri Sahibə Qafarovaya telefonla zəng edib 19:15İranda atışma olub, ölənlər var 11:03Daha üç rayonda peşə tədrisi mərkəzi açılacaq 11:01Paytaxt Bakıda nə qədər insan yaşayır 10:57Toy etmək istəyənlərə - MÜHÜM XƏBƏR 10:53Beynəlxalq “İpək yolu kuboku” turnirinin qalibi məlum olub 10:49Azərbaycanda OLAY: İki nəfər birləşib qadının başına oyun açdılar 10:44Otellər və turizm obyektləri fəaliyyətini bərpa edir 10:40Daşınmaz əmlaka sərəncam verilməsində sahibkarlar üçün notariat xidmətlərinin əhəmiyyəti 10:35Şərqdə ilk cumhuriyyətin Azərbaycanda qurulması təsadüfi hadisə deyildi 15:53Uca Tanrı müstəqilliyimizi əbədi, xalqımızı firavan eləsin! 15:47Türkiyəyə meteorit düşdü - ANBAAN VİDEO 14:38Prezident və xanımı “Qobu Park-3” yaşayış kompleksinin açılışında 14:34Azərbaycanda kəskin hava dəyişikliyi ilə bağlı XƏBƏRDARLIQ 14:32Baxsın Laçının düzünə... 14:28“Yaxın vaxtlarda görəcəksiniz” – Ərdoğandan kritik açıqlama 12:52Bu il Məhərrəm ayının başlayacağı tarix açıqlandı 12:49La Liqa ilə bağlı qərar verildi - Matçlar bu tarixdə keçiriləcək 12:44Azərbaycanlı ananın, ərəb atanın qızı... - Məşhur serialın sevilən obrazı 12:41Azərbaycanda ŞOK HADİSƏ: Xəstəxanaya hücum etdilər və... 12:37Karantin vaxtı "ölən" kişi dəfnindən bir ay sonra evə qayıtdı — Ailəsi ŞOK KEÇİRDİ 12:32Azərbaycanlı həkimdən SOS: “Karantin davranışları sərtləşdirilməlidir, əks halda…” 12:23Bakıda 2 günlük çölə çıxmağa qadağa qoyulur? - AÇIQLAMA 12:18Prezident Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət etdi 12:14Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi 12:08Azərbaycan Respublika Gününü qeyd edir 12:05Müsəlman şərqində ilk dünyəvi dövlət 01:01İyunun 1-də Azərbaycanda iri ticarət mərkəzləri açıla bilər - VACİB AÇIQLAMA 16:45Bu taksilərin sərnişin daşımasına icazə verilmir - RƏSMİ 16:39İtləri bir-birlərinə yedirdənlərin kimliyi məlum oldu - RƏSMİ AÇIQLAMA 16:35“Qayınatam məni çox qısqanırdı” - Video 16:30Millət vəkili İltizam Yusifov Şirvan şəhəri vətəndaşları ilə növbəti qəbul keçirib 16:16Nazirlik növbəti 190 manat yardım söhbətinə aydınlıq gətirdi 12:27ABŞ-da 200-dən artıq neft şirkəti müflis oldu: 70 min insan işsiz qaldı 12:23Tələbələrə ŞAD XƏBƏR! - İmtahanlarda bu güzəştlər ediləcək 12:21Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs... 12:16Estoniya prezidenti İlham Əliyevi təbrik etdi 12:12Adil Əliyev: Ermənistanın heç bir mənəvi haqqı yoxdur 12:08Çimərliklərdən İSTİFADƏ ŞƏRTLƏRİ açıqlandı: ailənizlə getsəniz... 12:04Siyasi rəqibi Trampı axmaq adlandırdı 11:56Ata dilənmək istəməyən oğlunu bıçaqladı - Rəsmi açıqlama 11:52“Sevilya” türkiyəli ulduza 12 milyon avro ödəməyi planlaşdırır 11:49Milli Məclis deputatların maaşı ilə bağlı məlumatlara münasibət bildirib - MƏBLƏĞLƏR 18:48Bakı-Şamaxı yolunda ağır qəzada ÖLƏNLƏRİN ADLARI - RƏSMİ 14:53Mənşəyi məlum olmayan 70 kilo ət aşkar edildi 14:51