Sizin reklam burada
Sizin reklam burada
  • İaşə obyektlərində qəlyandan istifadə qadağan edilib

    İaşə obyektlərində qəlyandan istifadə qadağan edilib Mütəxəssislərlə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlarımıza müvəqqəti olaraq adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmaq tövsiyə olunub.
    Nazirlər Kabineti yanında operativ qərargahdan daxil olan məlumatda bildirilir ki, koronavirus (COVİD - 19) infeksiyasının tənəffüs damcıları ilə birbaşa təmas yolu ilə ötürüldüyü və yuxarı tənəffüs yollarının infeksiyası kimi təzahür etdiyi nəzərə alınaraq, ölkə ərazisindəki bütün ictimai iaşə obyektlərində çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqlarından istifadə qadağan edilir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ