Sizin reklam burada
Sizin reklam burada
  • Binəqədidə Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə bağlı tədbir keçirilib

    Binəqədidə Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə bağlı tədbir keçirilib Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon Təşkilatının inzibati binasında Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
    Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) və YAP Binəqədi rayon Təşkilatının birgə keçirdiyi tədbirdə çıxış edən YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, Heydər Əliyev Azərbaycanın əvəzsiz lideri olaraq, dövlətçilik tariximizdəki misilsiz xidmətlər göstərib.
    RİH-dən bildirilib ki, Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov tarixə nəzər salaraq, xalqımızın böyük fəlakətlərlə üz-üzə qaldığı illəri xatırladıb. O deyib ki, 1991-1992-ci illərdə siyasi hakimiyyətin səriştəsizliyi nəticəsində dövlət və xalqın taleyi ciddi təhlükələrlə üz-üzə qalıb. Belə bir vaxtda xalq Heydər Əliyevə inanaraq ona böyük etimad göstərib.
    Tədbirdə çıxış edən YAP-ın Siyasi Şurasının üzvü, Heydər Əliyev irsinin araşdırıcısı İradə Hüseynova Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.
    Milli Məclisin deputatı Kamaləddin Qafarov da çıxışında uşaqlıq illərində şahidi olduğu və Heydər Əliyevlə bağlı xatirəsini danışıb.
    Tədbirdə yekun nitq söyləyən RİH başçısının müavini Vüsar İsmayılov bildirib ki, Azərbaycanda bütün sahələrdə əldə olunan inkişaf Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasi islahatların nəticəsidir.
    Tədbirin bədii hissəsində Heydər Əliyevin sevdiyi musiqi nömrələri səsləndirilib, kompozisiya nümayiş olunub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ