19 yan 20:06sosial, gundem

Yol polisi niyə ləğv edilməlidir? - QƏRƏZLİ YANAŞMA

Yol polisi niyə ləğv edilməlidir? - QƏRƏZLİ YANAŞMA Bir neçə gündür vəkil Aslan İsmayılov sosial şəbəkələrdə yol polisinin fəaliyyəti ilə bağlı sorğu tipli mövzunu müzakirəyə qoyub. Müzakirədə iştirak edənlərin faiz dərəcəsinə baxsaq bəziləri DYP-nin ləğv edilməsinə səs verib. Səs verənlərin təxminən 40 faizi yol polisinin işindən razılığını bildirib və yol polisi olmadan hərəkətin təşkilində ciddi problemlərin olacağı fikrini irəli sürüblər. Lakin başqa bir qrup bunun əksini iddia edir. Bəzi saytlarda da buna bənzər məlumat və informasiyalar yayılır və bu yazılarda Aslan İsmayılovun keçirdiyi sorğuya istinad edilir. Lakin yol polisinin fəaliyyətinə bələd olan bir şəxs kimi əminliklə deyə bilərəm ki, DYP olmadan Azərbaycanda hərəkətin təşkili və təhlükəsizliyi mümkün deyil. Bunun üçün bir neçə vacib məqama diqqət yetirməyimiz kifayətdir. Əvvəla ondan başlayaq ki, bu səsvermədə neqativ fikirlər yazanların əksəriyyəti intizamsız sürücülərdir. Onlar daim yol polisinin əleyhinə olublar. Yol polisinin olmaması onların işinə yarayır. Çünki konkret olaraq yol hərəkəti qaydalarını davamlı şəkildə pozan, cərimə olunan sürücü əlbəttə yol polisindən razılığını ifadə edə bilməz. Amma bu insanlarla üz-üzə oturub söhbət etsək, onlara yol polisinin fəaliyyəti barədə məlumat versək, onların törətdiyi xətaları üzə çıxarsaq, ümid edirəm ki, onların fikri dəyişəcək.
Nəzərə almaq lazımdır ki, yol polisinin fəaliyyəti nəticəsində son illər yol qəza hadisələri və bu qəzalarda ölənlərin sayı azalıb. Əvvəllər 1300 civarında ölüm faktı qeydə alınırdısa, hazırda bu rəqəm 700-800 arasındadır.
Bundan başqa qayda pozuntularının aşkarlanması ilə bağlı da müəyyən irəliləyişlər əldə olunub. Bu gün statistik məlumatlara nəzər saldıqda görürük ki, yol hərəkəti qaydalarının pozulmasına görə yazılan inzibati protokolların yarıdan çoxu xüsusi texniki vasitələrin köməyi ilə tərtib edilir. Yəni, kamera və radarların köməyi ilə tərtib olunmuş protokolların sayı daha çoxdur. Deməli, yollarda xidmət aparan əməkdaşlar daha çox hərəkətin tənzimlənməsinə nəzarət edir.
Ötən il Bakı şəhərində yol nəqliyyat hadisələri təxminən 50 faiz, ölüm isə 20 fakt azalıb. Xəsarət alanların sayında da azalma müşahidə olunur.
Doğrudur, respublika əhəmiyyətli yollarda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələri çoxdur. Bu da təhlillər nəticəsində ortaya bir sıra məqamları çıxarır. Onlardan əsasən iş və istirahət rejiminə əməl etməyən sürücülərin törətdiyi qəzaları qeyd etmək olar. Son vaxtlar aparılan araşdırmalar göstərir ki, sükan arxasında yuxulayan sürücülər tərəfindən hadisələr törədilir.
Mobil telefon və digər texniki vasitələr sürücülərin diqqətini yayındırır. Təhlükəsizlik kəmərindən istifadə edilməməsi qəzaların ağırlıq dərəcəsini artırır. Texniki cəhətdən nasaz vəziyyətdə olan avtomobillərlə uzunmüddətli yola çıxan sürücülər tərəfindən hadisələr törədilir. Sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülər tərəfindən törədilən yol-nəqliyyat hadisələri də var. Bütün bunlar aydın bir mənzərəni göstərir. Aslan İsmayılovun keçirdiyi sorğuda iştirak edənlərin də məhz bu qayda pozuntusu törədən şəxslərin olması şübhəsizdir. Qayda pozur, cərimə olunur, sonra da yol polisindən narazılıq edir.
Son vaxtlar intizamlı sürücülər arasında belə bir fikir formalaşıb ki, qayda pozmayanı cərimə etmirlər.
Son vaxtlar yol polisində aparılan islahatlar artıq öz nəticəsini verməkdədir. Yol polisi müdaxilə etməsə tıxacların qarşısını almaq mümkün deyil. Parklanma ilə bağlı cərimə yazmaq səlahiyyətləri olmasa belə Bakıda yol polisi nəzarəti tam gücləndirəndən sonra daim tıxac nöqtəsi olan küçələrdə hərəkətin intensivliyi artıb.
Yol polisinin apardığı təbliğat işləri nəticəsində orta məktəblərdə yol hərəkəti qaydalarını bilər şagirdlərin sayı artıb. Artıq son illər intizamlı sürücülərin sayı artır ki, onlar da başqalarına nümunə olurlar. Bu insanların sayəsində düşünürəm ki, gələcəkdə yol polisinin fəaliyyətinə obyektiv yanaşma mümkün olacaq.
Ancaq kiminsə dar çərçivədə yanaşaraq “yol polisi ləğv edilsin” kimi fikirlər səsləndirməsi boş bir işdən xəbər vermir. Bir daha təkrar edirəm ki, təhlil aparılsa məlum olacaq ki, yol polisinin əleyhinə olanların 90 faizi dəfələrlə cərimə olunan intizamsız sürücülərdir. Qalan 10 faizi isə küyə düşüb polisin əleyhinə təbliğat aparanlardır. Düşünürəm ki, yol polisi bu insanların fikrini əsas tutaraq ruhdan düşməməlidir və fəaliyyətini davam etdirməlidir.
Nəzərə almaq lazımdır ki, bizim cəmiyyət polissiz yollara hazır deyil. Polissiz yollarda baş verən qayda pozuntuları, qəzalar və digər neqativ hallar bunu deməyə əsas verir. Bu gün bizim sürücülərin əksəriyyəti polis görəndə kəmər taxır, telefonu gizlədir, sürət həddini endirir və "intizamlı" olur. Deməli, biz cəmiyyət olaraq hələ də polis nəzarəti olmadan intizamlı sürücü və piyada ola bilmirik...

Elməddin Muradlı
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Vergidən yayınanlara xəbərdarlıq: Sanksiyalar qaçılmazdır 21:52Azərbaycanda ŞOK OLAY: nənə ərinin dostu ilə QAÇDI 21:45Bakıda 7 evdən oğurluq edən xalaoğlular tutuldu - VİDEO 21:41Koronavirusla bağlı şok yenilik: Risk qrupu açıqlandı – Bu adamlar isə sağalır 21:37Yaya Ture Braziliya klubuna keçə bilər 21:32Summativ qiymətləndirmə ilə bağlı narazılığa SON 21:07Nazirlikdən restoran sahiblərinə XƏBƏRDARLIQ 21:01Dünyanın gözlədiyi görüş BAŞ TUTDU: Türk ordusu hərəkətə keçir? - Müharibə anonsu 20:57Ölkəmizə qeyri-qanuni yollarla qızıl gətirənlər var - Bəzi zərgərlər müştəriləri aldadır 20:53"Sədərək" Ticarət Mərkəzində 28 mağaza yanıb 20:48Binəqədi rayonunda silsilə oğurluqlar edən şəxslər saxlanılıblar 20:41Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində işçilərin sayı müəyyənləşib 20:37Bəzi namizədlər bilərəkdən xoşagəlməz hallara yol verir - Məzahir Pənahov 20:3279 saylı İmişli Seçki Dairəsində olan saxtakarlıqlar 20:29Bakcell beynəlxalq konfransın keçirilməsinə dəstək göstərib 20:24Peşə standartları əsasında metodik vəsaitlər hazırlanacaq 20:37Azərbaycanda marşrut avtobusu ağır qəza törətdi – ÖLƏN VAR 20:34Taksi sürücüsünü sükan arxasında bıçaqladılar – Bakı-Qazax yolunda 20:31Bakıda daha bir marşruta yeni avtobuslar verildi 20:26Tanınmış jurnalist Ümid Partiyasının Mətbuat Xidmətinin rəhbəri təyin olundu 20:22Dövlət Sosial Müdafiə Fondunun yeni idarələri yaradılıb 20:16XƏBƏRDARLIQ: Təzyiq dərmanlarını səhər saatlarında içmək olmaz 20:07Minlərlə vətəndaşa ŞAD XƏBƏR - İlham Əliyev SƏRƏNCAM İMZALADI 19:37Ölkə ŞOKDA: Qadının sosial şəbəkədə yayılan fotosu olay oldu 19:32“Mançester Siti”nin çempionluğu alına bilər 19:28İnşallah 2020-ci il Azərbaycan xalqının Qarabağımızı aldığı, millətimizin öz tarixi ata-baba yurdlarına qovuşduğu, bizim ZƏFƏR İLİMİZ olacaq 23:28Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbəti siyasi uğuru 22:2079 saylı İmişli DSK-nın 20 saylı Murğuzallı kənd məntəqəsində özbaşınalığın pik həddii 22:15Ucar sakini heyvanlarını satdığı adamdan pulunu ala bilmir - VİDEO 20:12İmişlidə turşudan zəhərlənən ailənin daha bir üzvü ölüb 20:03Prezident İlham Əliyevdən Paşinyana sərt sillə - VİDEO 19:59Rafael Ağayev Karate 1 Premyer Liqa turnirinin qızıl medalını qazanıb 19:56Yurd yanğısı 19:43Əliyev-Paşinyan görüşünə söz ardı. 19:37Mətbuat Şurası Nəsir müəllimin həyat və fəaliyyətindən bəhs edən "Mətbuat fədaisi" kitabını təqdim etdi 22:34Hərbi qulluqçumuz şəhid olub 22:2779 saylı İmişli rayon DSK-nın 14 saylı seçki dairəsində pərdəarxası olaylar 00:31"Bu qərar bizim üçün qələbədir" - İqbal Ağazadəni dəstəkləyənlər sevinc içində... 00:23Məktəbdə şagirddən izahat alındıqdan sonra onda qıcolma yaranıb - İDDİA VƏ RƏSMİ CAVAB - VİDEO 21:0243 yaşlı ana, 24 yaşlı qız: Hər kəs onları bacı zənn edir 20:53497 vəzifəli şəxs barəsində 310 cinayət işi məhkəmələrə göndərilib 20:51Prezident İlham Əliyev: Azərbaycan çox sabit neft təchizatçısı olaraq qalır 20:44Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb 20:04Münxendə Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü olub 20:00Rusiya Təhlükəsizlik Şurasının iclasında İdlib və koronavirus müzakirə edilib 19:58Minimum əmək haqqı artırılacaq, ictimai işlərin əhatəsi genişləndiriləcək 19:55Nəriman Nərimanovun 150 illik yubileyi qeyd olunacaq 19:51Azərbaycanın daha bir güləşçisi erməni rəqibinə qalib gəlib 19:48Kirayədə yaşadığı evdən 2 kq-a yaxın heroin aşkarlandı 19:45Bankomatdan pul çıxaran qadına qarşı soyğunçuluq etdi, yaxalandı - VİDEO 19:42Bakıda avtobus sürücüsü dispetçeri bıçaqlayıb 22:13Üç erməni idmançını məğlub edən Bakı məktəblisi 22:09Çindən bir sıra məhsulların idxalı qadağan edilib 21:5135 saylı Xətai üçüncü seçki dairəsində nəticələr ləğv olunub 21:4774 saylı Lənkəran kənd seçki dairəsində nəticələr ləğv olunub 21:4280 saylı İmişli-Beyləqan Seçki dairəsində seçkinin nəticələri ləğv olunub 20:5933 saylı Xətai birinci seçki dairəsində seçkilərin nəticələri ləğv olunub 20:54Bakıda qanunsuz fəaliyyət göstərən quş əti emalı müəssisəsi aşkarlanıb 20:21Azərbaycanda yeni quş növü aşkar edilib 20:17“YURDUMUZA BAHAR GƏLİR” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilir 20:09