28 dek 20:27sosial

Kürdəmirdə 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi istifadəyə verilib

Kürdəmirdə 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi istifadəyə verilib Dekabrın 28-də Kürdəmir rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verilib.
Komitədən erilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə, yeni kompleksdəki mənzillərə köçürüləcək məcburi köçkünlər iştirak ediblər.
Prezident İlham Əliyevin tapşırığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində məcburi köçkünlərin inşası başa çatdırılmış yaşayış komplekslərində və qəsəbələrdə yerləşdirilməsinə başlanıldığını bildirən Dövlət Komitəsinin sədri Rövşən Rzayev bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində məqsədyönlü, ardıcıl iş aparıldığını bildirib. Qeyd olunub ki, məcburi köçkünlərə dövlət qayğısı kompleks xarakter daşıyır, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, məşğulluğunun artırılmasını, sosial müdafiəsinin gücləndirilməsini, sağlamlığının qorunmasını, təhsilini, mədəni inkişafını əhatə edir. Bu il inşası başa çatdırlan yeni yaşayış sahələrinin 5 mindən çox məcburi köçkün ailəsinin mənzil-məişət şəraitini əsaslı şəkildə yaxşılaşdıracağı, hazırda tikintisi davam etdirlən və gələn il salınacaq qəsəbələrdə isə 7 minədək ailəyə mənzil verilməsinin mümkün olacağı diqqətə çatdırılıb.
Qeyd edilib ki, bir gün əvvəl Şirvan şəhərində istifadəyə verilən qəsəbədə olduğu kimi, Kürdəmirdəki qəsəbədə də ətraf rayonlarda müvəqqəti məskunlaşmış, ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələrə mənzillər təklif olunacaqdır.
Rövşən Rzayev məcburi köçkünləri birliyimizin və həmrəyliyimizin rəmzi olan əlamətdar gün və qarşıdan gələn Yeni il münasibətilə təbrik edib, onlara yeni mənzillərdə xoşbəxtlik, səadət arzulayıb. Belə bir inam vurğulanıb ki, dövlətimizin başçısının apardığı qətiyyətli siyasət tezliklə Azərbaycanın ərazi bütövlüyünün bərpası və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması ilə nəticələnəcək.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov çıxış edərək, məcburi köçkünləri təbrik edib, hər bir ailəyə yeni mənzildə xoş günlər arzulayıb, onların müraciətlərinə bundan sonra da yerli orqanların hər zaman diqqət və həssaslıq göstərəcəyini bildirib.
Sonra yeni kompelksdə mənzillə təmin ediləcək məcburi köçkünlərin bir qrupu arasında püşkatma keçirilib. Püşkatmada iştirak edən ailələr bəxtlərinə hansı bina və mənzil düşəcəyini müəyyənləşdiriblər.
Kürdəmir rayonu ərazisində zəruri sosial-texniki infrastrukturu olan kompleksin tikintisi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində aparılıb. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınmış sayca 108-ci qəsəbədir.
Yeni yaşayış məhəlləsi Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) tərəfindən layihələndirilib və tikilib. Ayrılmış 3 hektar torpaq sahəsində tikinti işlərinə 2019-cu ilin may ayında başlanılıb.
Yeni yaşayış kompleksində hər biri 4 mərtəbəli olmaqla 17 yaşayış binası inşa edilib. Kompleksə daxil olan mənzillərdən 44-ü birotaqlı, 236-ı ikiotaqlı, 228-i üçotaqlı, 56-ı dördotaqlıdır. Bundan başqa, yaşayış kompleksində 432 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, ATS binası və həkim məntəqəsi tikilib, o cümlədən müvafiq mühəndis kommunikasiya şəbəkələri yaradılıb, abadlıq və yaşıllaşdırma işləri görülüb.
Bu kompleksə Kürdəmir rayonu ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub.
Kompleksin elektrik təchizatını təmin etmək məqsədi ilə “Kürdəmir” yarımstansiyasında yenidənqurma işləri aparılıb, 1.2 km uzunluğunda iki dövrəli elektrik veriliş xətti çəkilib. Bundan əlavə, kompleksin ərazisində 1 ədəd transformator məntəqəsi tikilib və 2 ədəd transformator quraşdırılıb. Sahədaxili elektrik təchizatı üzrə 18.52 km uzunluğunda kabel xətləri çəkilib və kompleksin ərazisinin işıqlandırılması təmin edilib.
İçməli su təchizatını təmin etmək üçün 0,366 km uzunluğunda boru kəməri çəkilib, 2 ədəd (içməli su) su anbarı, 2 ədəd yanğın su anbarı, nasosxana və nəzarətçi binası tikilib. Ərazidə 3,43 km sahədaxili içməli və yanğın su şəbəkəsi tikilib və 10 ədəd yanğın hidrantları quraşdırılıb. Sahədaxili 1,717 km və xarici 1,026 km kanalizasiya şəbəkəsi qurulub. 1 ədəd çirkab su təmizləyici qurğu və 1 ədəd kanalizasiya naosxanası quraşdırılıb. Ərazidə 2 km uzunluğunda qapalı drenaj şəbəkəsi tikilib.
Yaşılaşdırma sahələrinin suvarılması üçün 1 ədəd su anbarı, nasosxana tikilib, 2,8 km sahədaxili suvarma şəbəkəsi çəkilib və 68 ədəd suvarma kranları quraşdırılıb.
Qaz təchizatını təmin etmək məqsədi ilə 31,529 km uzunluğunda xətt çəkilib, məhəllədə 9 ədəd şkaf tipli qaz tənzimləyici məntəqə quraşdırılıb, yaşayış məhəlləsində dayaqlar üzərində 3,23 km uzunluğunda qaz xəttləri çəkilib.
Sosial təyinatlı obyektlərin istilik təchizatı üçün müxtəlif diametrli polad borulardan 0,816 km uzunluğunda istilik xətləri çəkilib. Mənzillərin qızdırılması və isti su üçün mənzillərdə 564 ədəd kombi tipli su qızdırıcıları quraşdırılıb.
Ərazidə 2,86 km xarici rabitə xətti, 4,76 km məhəllədaxili rabitə və videomüşahidə xəttləri olmaqla cəmi 7,62 km rabitə xətti çəkilib.
Kompleksdə abadlıq işləri görülüb, məhəlləyə 0,053 km uzunluğunda asfalt beton örtüklü giriş yolu, 3,78 km uzunluğunda məhəllədaxili yollar tikilib, 15 ədəd sanitariya-təmizləmə meydançası tikilib və 3,2 hektar ərazidə yaşıllaşdırma işləri aparılıb.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
İqbal Ağazadə Tusi küçəsində sakinlərlə görüş keçirdi 20:52Salome Zurabişvili: Azərbaycan-Gürcüstan münasibətləri regionda sabitlik və inkişaf üçün etibarlı əsasdır 20:38Rusiyada deputat və həyat yoldaşı öldürülüb 20:34Koronavirus məşhur serialda 20:32Elxan Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ 20:27Yol polisinin sürücülərə tələ qurması ilə bağlı yayılmış görüntülərə - RƏSMİ MÜNASİBƏT 20:23Şəmkir və Hacıqabulda ağır yol qəzaları - 5 nəfər ölüb 20:14Kirayə evlərə müraciət nə vaxt başlanır? - AÇIQLAMA 20:08Bakcell növbəti dəfə Milli KSM mükafatının qalibidir 20:04YAP-ın deputatlığa namizədinin Səbail rayonunda sakinlərlə səyyar görüşləri davam edir 22:0844 saylı Sumqayıt-Xızı Seçki Dairəsindən Umid Partiyasından deputatlığa namizəd Taleh Əliyevin seçicilərlə görüşləri davam edir 21:59Parlamentə millətini, dövlətini, xalqını sevən İqbal Ağazadə kimi deputatlar gərəkdir 21:38Daşaltı əməliyyatından 28 il ötür 10:14Bakı-Salyan şosesində 2 avtomobil toqquşub, xəsarət alan var 10:10Daha bir vəzifəli şəxsə cinayət işi açıldı - Yeyintiyə görə 10:04Əfsanəvi basketbolçu qəzada öldü 09:59Ata iki oğlunu hava limanında atıb gedib 09:55Arif Quliyev ilk dəfə xanımını göstərdi - EVİNDƏN VİDEO 09:52257 nəfər deputatlığa namizədliyini geri götürdü 21:28Araz Hüseynov namizədliyini Azay Quliyevin xeyrinə geri götürdü 21:25Bazarda hansı maşınlar bahalaşır? - AÇIQLAMA 21:22Ölümə təslim edilən “Supermario”: “Anamı bağışlaya bilmərəm” - SİRLİ ULDUZLAR 21:20Avtosalondan 5 yeni avtomobil oğurlayan dəstənin - VİDEOsu 21:16Məcburi köçkünlərin məskunlaşdığı poliklinikada yanğın olub 21:12Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb - YENİLƏNİB 21:08Çində koronavirusdan ölənlərin sayı 57 nəfərə çatıb - YENİLƏNİB 21:01Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanı başa çatdı 20:58XI Ramzesin rahibini "danışdırdılar" - İNANILMAZ 20:53"Mənim haqqım o insanların üzərində qalır” - Aysel 20:50DYP ilə bağlı sosial şəbəkədə sorğu keçirilib - Kimlər razıdır, kimlər razı deyil? 20:41Birinci vitse-prezident Mehriban Əliyevaya uşaqlarımız üçün gözəl şərait yaratdığı üçün sonsuz təşəkkürümüzü bildiririk - 11 saylı xüsusi təhsil məktəbindən reportaj 20:17Bakıda marşrut avtobusu ilə minik avtomobili toqquşub, 6 nəfər yaralanıb 20:13Marafon yarışlarında idmançılar niyə məhz 42 min 195 metr qaçırlar? 20:10Abşeronda iki məktəbli qızı vuran sürücü tutulub 20:07Cəriməsi olan sürücü və piyadalar sərhədi keçə bilməyəcəklər - YENİ TƏLƏB - VİDEO 20:04Ziyad Əliabbas oğlu Səmədzadə- ZƏNGİNLİK! 19:57YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayonu Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb 00:24Əfqan Quliyevin seçicilər ilə görüşü uğurla davam edir - FOTOLAR 00:17103 saylı dairənin qalibi Elmar Musayev olacaq 00:17Abşeron rayonu 45 saylı Dairə Seçki Komissiyası tərəfindən namizədliyi qeydə alınan Cəmil Zəbhulla oğlu Dadaşovun seçkiqabağı PLATFORMASI 00:16Azərbaycan gimnastı: Mən bütün gücümü Bakıdakı Dünya kubokuna yönəldəcəyəm 23:57Son 5 ildə 160-dək cinayətkar Azərbaycana ekstradisiya edilib 23:54Türkiyədə zəlzələdə ölənlərin sayı açıqlandı 23:50Heydər Əliyev Mərkəzində "Bakı və Moskvada onları sevirlər" fotosərgisi açılıb 23:46Bakıda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, tibb işçiləri xəsarət alıb 23:35"Bakcell" və INNOLAND gənc developerləri investorlarla tanış edib 23:31Xırdalan qəbiristanlığı sökülür? - RƏSMİ AÇIQLAMA 21:47Çində yeni koronavirusa yoluxanların sayı 644-ə, ölənlərin sayı isə 18-ə çatıb 21:43Qubada körpələr evi yanıb 21:42Azər Paşa Nemətov: 2020-ci il üçün Akademik Milli Dram Teatrının planları böyükdür 21:33Prezident İlham Əliyev “Swiss Re” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti ilə görüşüb 21:24Xalq artistləri Adil Əliyevi dəstəkləyiblər 11:07Yunanlar ölkələrinin miqrant axınına tab gətirə bilməyəcəklərindən qorxurlar 11:03Bu komandalar Türkiyə kubokunun dörddəbir final mərhələsinə yüksəlib 10:59Paytaxtda saxta pulla telefon alan şəxs saxlanıb 10:56Biləsuvarda İran vətəndaşlarından 16 kq narkotik və silah-sursat ələ keçirilib 10:52Bakıda növbəti 7 ildə 11 metrostansiya tikiləcək 10:47Hərbi liseylərə və Hərbi Tibb Məktəbinə tələbə qəbulu iyulun 19-da aparılacaq 10:4329 saylı Səbail seçki dairəsindən YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayon gəncləri ilə görüş keçirib 15:30“XOCALI - ŞƏHİD ŞƏHƏR” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilir 15:21