06 dek 18:03sosial, gundem

Azərbaycanın ekologiya tarixində özəl gün - 650 min ağacın əkilməsi reallaşdı

Azərbaycanın ekologiya tarixində özəl gün - 650 min ağacın əkilməsi reallaşdı Azərbaycanın tarixində ilk dəfə olaraq, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən qaldırılan bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü nəhayət ki, bu gün gercəkləşdi. Dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsünə uyğun olaraq, ümumilikdə 83 şəhər və rayonda ağacəkmə aksiyası keçirilib. Bu aksiyada 37 növdə 650 min ağac əkilib ki, onların da hamısı Meşə Təsərrüfatı Mərkəzlərinin və Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin 17 tinglik sahəsində yetişdirilib.
Respublikanın bütün regionlarını əhatə edən bu nəcib təşəbbüsə ilk olaraq, şairin doğulduğu Şamaxı şəhərində start verilib.
Media nümayəndələri isə Abşeron rayonunun Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyasında iştirak ediblər. İctimai xadimlər, diplomatik korpus və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə keçirilən bu aksiyaya 1000-ə yaxın insan cəlb olunub. Havanın soyuq olmasına baxmayaraq, insanlar bu aksiyada çox fəal iştirak ediblər.
"Bu xeyirxah təşəbbüsə hamılıqla səfərbər olunmağımız çox qürurvericidir"
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov bildirib ki, bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində Müşfiqabad qəsəbəsində 5 hektar ərazidə, əsasən meyvə ağacları olmaqla, 5 mindən çox ağac əkilir.
V.Kərimovun sözlərinə görə, bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə bu gün Azərbaycanın bütün regionları həvəslə, yüksək əhval-ruhiyyə ilə qoşulub: “Bu xeyirxah təşəbbüsə hamılıqla səfərbər olunmağımız çox qürurvericidir. İctimai xadimlər, diplomatik korpus və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə bu gün Müşfiqabad qəsəbəsinin ərazisində minlərlə ağac əkdik. Bütün respublikanı əhatə edən ağacəkmə kampaniyası həm böyük şairin irsinin dünyada tanıdılması, həm də Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına, yaşıllıqların daha da artırılmasına, insanları nəcib təşəbbüslər ətrafında birləşdirməyə xidmət edir. Əminik ki, bu tədbirlə Azərbaycanda çox xeyirxah bir ənənənin əsası qoyulacaq və daha yaşıl Azərbaycan naminə belə kütləvi aksiyalar bundan sonra da davam etdiriləcək”.
Azərbaycanın ekologiya tarixində özəl gün
Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib ki, bir gün ərzində 650 min ağacın əkildiyi bu günü Azərbaycanın ekologiya tarixində özəl gün adlandırmaq olar.
Onun sözlərinə görə, vətəndaşlar Birinci vitse-prezident Mehriban Əliyevanın bu təşəbbüsünü yüksək əhval-ruhiyyə ilə qarşılayırlar:
"Azərbaycanın bir çox kənd və qəsəbələrində insanlar böyük coşquyla yaşıllıq zolağının salınmasına, ağacların əkilməsinə dəstək verərək kampaniyaya qoşulublar. Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq. Bir neçə ildən sonra bu ağaclar böyüyəcək və yaşıllıq zolaqları daha da artacaq. Beləliklə, Azərbaycan təbiətinin yaxşılaşmasına böyük kömək göstərmiş olacaq: “Vacib komponentlərdən biri insanları yaxşı ekoloji mühitdə, təmiz hava şəraitində yaşamasının təmin edilməsidir. Bu ağacların əkilməsi həmin məqsədə xidmət göstərir. YAP kampaniyanı ürəkdən dəstəkləyən qurumlardan biridir”.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi kampaniyasına insanlar öz təşəbbüsləri ilə dəstək verirlər.
Bu təşəbbüsü Azərbaycan ekologiyasının qorunması üçün gözəl layihələrdən biri sayan S.Novruzov kampaniyaya böyük məmnuniyyətlə qoşulduqlarını söyləyib:
"Bu gün burada müxalifətin qanuni və qanunsuz keçirdiyi aksiyadan qat-qat çox adam iştirak edir. Bu kampaniyada 70-dən artıq rayonda sayı 300 nəfərdən az olmayan YAP üzvü iştirak edir. Müxalifəti də dəvət edirik ki, insanlar üçün səmərəli işlə məşğul olsunlar, ağac əksinlər, sosial layihələrin həyata keçirilməsində aktiv iştirak etsinlər. Onlar ölkə əleyhinə qalxmaqla deyil, əməlləri ilə xalqa xidmət etsinlər".
"Arzu edirəm ki, Azərbaycan yamyaşıl ölkə olsun"
BMT-nin Ərzaq və Kənd Təsərrüfati təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan ağacəkmə kampaniyası münasibətilə Azərbaycan xalqını təbrik edib. O bildirib ki, bu kampaniya BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı üçün önəmlidir:
"Meşələrin artırılması yolu ilə biz karbon qazının atmosferə buraxılmasının qarşısını ala bilirik. Karbon qazının azaldılması, torpaqda saxlanılması həm də biomüxtəlifliyin qorunması və kənd təsərrüfatı baxımından önəmlidir. Fauna və flora müxtəlifliyi, arıların çoxalması, bal verməsi məqsədilə meşələri kənd təsərrüfatı baxımından vacib sektor kimi görürük. "Bütün xalqın bu kampaniyaya qoşulması çox faydalıdır. Arzu edirəm ki, milyonlarla ağac əkilsin və Azərbaycan yamyaşıl ölkə olsun".
İncəsənət adamlarından gələn dəstək
Bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə dəstək verənlər arasında incəsənət sahəsində fəaliyyət göstərən şəxslər də var.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü alqışlayan Xalq artisti Tünzalə Ağayeva bu təşəbbüs çərçivəsində insanların ağacəkmə aksiyasına cəlb olunmasını çox savab bir iş adlandırıb:
“Həyatımda ilk dəfədir ki, ağac əkirəm. Bu təşəbbüslə çıxış edən Mehriban Əliyevaya və bunun gercəkləşməsinə yardım edən bütün insanlara minnətdaram. Böyük Nəsiminin 650 illik yubileyinə həsr olunan bu ağacəkmə aksiyası gələcəyə bir xatirədir. Böyüklər bizə çox böyük miras qoyub gediblər. Bizim də gələcək nəslə bir ağac qədər töhfəmiz ola bilirsə, Azərbaycan torpağına fayda verə biliriksə, bundan ancaq qürur duya bilərik".
ə Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü qiymətsiz bir aksiya hesab edir: “Mən özüm də ağac əkməyi çox xoşlayıram. Nəsiminin yubileyi ilə əlaqədar ağac əkmək isə ikiqat şərəfli bir işdir. Əminəm ki, bu ağaclar böyüyəcək və burada böyük bir bağ olacaq. Bundan yaxşı nə ola bilər ki?! Mən bu gün həqiqətən özümü çox xoşbəxt hiss edirəm”.
Əkiləcək ağaclara necə qulluq göstəriləcək?
Ağacların əkilməsi gözəl təşəbbüs olsa da, onlara qulluğun göstərilməsi də olduqca vacibdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, əkiləcək ağacların becərilməsində damcılı suvarma sistemi və suvarma kanallarından istifadə olunacaq.
Onun sözlərinə görə, ağacəkmədə iştirak edən qurumlar tinglərə aqrotexniki qulluğu özləri həyata keçirəcəklər. Artıq Sabirabad və Şamaxıda damcılı suvarma şəbəkəsi çəkilib:
“Həmin şəbəkənin çəkilməsi o ərazidə əkilən ağaclarda bitiş faizinin yüksək olması deməkdir. Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının fəalları ilə birgə ağac əkiləcək ərazilərin monitorinqinə başlanılıb və nəzarət ağaclar əkildikdən sonra da davam edəcək”.
İ.İbrahimova qeyd edib ki, ictimai nəzarət nə qədər güclü olsa, ağacların bitiş faizi bir o qədər yüksək olar.
Deputat Siyavuş Novruzov da bildirib ki, onlar tərəfindən yaradılan qruplar ilboyu ağacların əkildiyi ərazilərdə monitorinqlər aparacaqlar: “Bu monitorinqlər quruyan ağacların dəyişdirilməsi, onlara qulluğun göstərilməsi, yaşıllığın artırılması üçün aparılacaq".
Azərbaycanın ekologiya tarixində özəl gün - 650 min ağacın əkilməsi reallaşdı Azərbaycanın ekologiya tarixində özəl gün - 650 min ağacın əkilməsi reallaşdı
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayonu Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb 00:24Əfqan Quliyevin seçicilər ilə görüşü uğurla davam edir - FOTOLAR 00:17103 saylı dairənin qalibi Elmar Musayev olacaq 00:17Abşeron rayonu 45 saylı Dairə Seçki Komissiyası tərəfindən namizədliyi qeydə alınan Cəmil Zəbhulla oğlu Dadaşovun seçkiqabağı PLATFORMASI 00:16Azərbaycan gimnastı: Mən bütün gücümü Bakıdakı Dünya kubokuna yönəldəcəyəm 23:57Son 5 ildə 160-dək cinayətkar Azərbaycana ekstradisiya edilib 23:54Türkiyədə zəlzələdə ölənlərin sayı açıqlandı 23:50Heydər Əliyev Mərkəzində "Bakı və Moskvada onları sevirlər" fotosərgisi açılıb 23:46Bakıda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, tibb işçiləri xəsarət alıb 23:35"Bakcell" və INNOLAND gənc developerləri investorlarla tanış edib 23:31Xırdalan qəbiristanlığı sökülür? - RƏSMİ AÇIQLAMA 21:47Çində yeni koronavirusa yoluxanların sayı 644-ə, ölənlərin sayı isə 18-ə çatıb 21:43Qubada körpələr evi yanıb 21:42Azər Paşa Nemətov: 2020-ci il üçün Akademik Milli Dram Teatrının planları böyükdür 21:33Prezident İlham Əliyev “Swiss Re” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti ilə görüşüb 21:24Xalq artistləri Adil Əliyevi dəstəkləyiblər 11:07Yunanlar ölkələrinin miqrant axınına tab gətirə bilməyəcəklərindən qorxurlar 11:03Bu komandalar Türkiyə kubokunun dörddəbir final mərhələsinə yüksəlib 10:59Paytaxtda saxta pulla telefon alan şəxs saxlanıb 10:56Biləsuvarda İran vətəndaşlarından 16 kq narkotik və silah-sursat ələ keçirilib 10:52Bakıda növbəti 7 ildə 11 metrostansiya tikiləcək 10:47Hərbi liseylərə və Hərbi Tibb Məktəbinə tələbə qəbulu iyulun 19-da aparılacaq 10:4329 saylı Səbail seçki dairəsindən YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayon gəncləri ilə görüş keçirib 15:30“XOCALI - ŞƏHİD ŞƏHƏR” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilir 15:21Ağac kəsən şirkət 26760 manat cərimələnib 12:33İngiltərə Premyer Liqasının 24-cü turuna başlanıb - NƏTİCƏLƏR 12:24Tahir Budaqov: "Əhalinin müəyyən faizinin siyahıyaalmadan kənarda qalması ola bilər" 12:19Badamdarda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reyd keçirilib 12:13Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib 12:09Məzahir Pənahov: Parlament seçkiləri ilə əlaqədar MSK-ya 32 müraciət daxil olub 12:05Ağalar Vəliyev Milli Qəhrəman və şəhid ailələri ilə görüşdü - FOTOLAR 23:27Saatlılar yenə də Əhliman Əmiraslanova səs verəcəklər 23:15Seçicilər Güloğlan Cabbarova söz verdi-SƏSİMİZ SƏNİNDİ 23:10Azərbaycan ictimaiyyəti 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir 21:27Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər 21:23YAP Səbail rayon təşkilatı və 132-134 saylı Təhsil Kompleksinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirildi 21:04Bakıda istirahət mərkəzində yanğın olub 20:40Mübariz İbrahimovun şücaətindən bəhs edən və şəhidlərin xatirəsinə ithaf olunan “Mübariz” operasının premyerası keçirilib 20:33XİN: 20 Yanvar hadisələrinin sifarişçiləri və icraçıları cəzalandırılmalıdır 20:15Yol polisi niyə ləğv edilməlidir? - QƏRƏZLİ YANAŞMA 20:06Yağıntılı havada avtomobili necə idarə etməli? 20:03Vaqif Əsədovdan sürücülərə səs siqnalı ilə bağlı MÜRACİƏT 20:42Vaqif Əsədovdan sürücülərə səs siqnalı ilə bağlı MÜRACİƏT 20:42Azərbaycan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib 20:50Azərbaycanda qədim kəhrizlər bərpa ediləcək 20:45Tailandda yeni tip koronavirusa yoluxanların sayı artıb 20:30Bakıda narkoşəbəkə üzvləri polisə müqavimət göstərdi, qəza törətdi 20:23Xama və pendir qutularında narkotik və psixotrop maddələr tapıldı 20:1720 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq karate turniri keçiriləcək 20:11Multikulturalizmin Azərbaycan modeli UNESKO-da müzakirə edilib 20:05Bakcell yeni “099” prefiksini istifadəyə verib 19:55Bakıda saxta spirtli içkilər hazırlayıb satan dəstə üzvləri saxlanılıblar 14:21Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb 14:18Dmitri Solonnikov: Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycanın ciddi diplomatik qələbəsidir 14:17Azərbaycanda vergi daxilolmalarının həcmi tarixi maksimuma çatıb 14:15Azərbaycana elektriklə işləyən 100 ədəd “London taksisi” gətiriləcək 14:13Bakıda “parklanma ödənişsizdir” lövhələri quraşdırıldı 14:12Türkiyə yenə Rusiyadan analoqu olmayan silah alır: 2 ay sonra... 14:10İranlı qadın aparıcılardan HÖKUMƏTƏ ETİRAZ - İstefa verdilər 14:09Gözlənilməz QƏRAR - Sergen Yalçın komandadan GÖNDƏRİLDİ 14:08