17 okt 11:09sosial

Aslan pəncəli İBAD

Aslan pəncəli İBAD Dostum, qardaşım - Azərbaycanın vətənpərvər, sevilən müğənnisi Səyyad Əlizadənin xeyli müddətdir ki, üzərində işlədiyi və Milli Qəhrəman İbad Hüseynovun mübarizə yoluna həsr edilmiş şeir, poema və marşlardan ibarət albomlarının təqdimat mərasimi nəhayət, bu gün-12 oktyabr 2019-cu il tarixdə saat 14-30-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM-də) yüksək səviyyədə baş tutdu.
Tədbir təkcə Azərbaycanın sayılıb seçilən ziyalılarının, yazıçı və şairlərinin, tanınmış sənət adamlarının-müğənnilərinin, habelə İbad Hüseynovun döyüş yoldaşlarının deyil, eyni zamanda qardaş Türkiyədən gəlmiş İbadsevər ünlü ziyalılarının da birgə iştirakı ilə son dərəcə zəngin, yaddaqalan səviyyədə keçdi.
Layihə rəhbəri Səyyad Əlizadə çıxış edərək dedi:
- İbadı uzun illərdir ki, tanıyıram. Onun döyüş yollarına bir daha nəzər saldım, haqqında yazılan kitabları oxudum və bu layihəni hazırlamaq qərarına gəldim.
İbad Türk dünyasının əfsanəvi qəhrəmanıdır. O, heç bir döyüşünü uduzmayıb. Onun qəhrəmanlıq yoluna işıq salan şeirləri nəzərdən keçirdim və bəstəkar olmasam da, qəlbimdə müəyyən musiqilər dil açdı. Beləliklə, bir il ərzində 14 marş hazırlayıb ərsəyə gətirdik. Burda əziyyəti olanlardan aranjimançı Rəşad Bağırov, Əbülfəz Sakitxan, Xəyal Xəzri və mənimlə bahəm marşları ifa edən Ayşən Mehdiyevaya dərin minnətdarlığımı bildirirəm. Çox böyük iş alındı. Respublikanın əməkdar artisti qiraət ustası Ağalar Bayramova da öz təşəkkürümü bildirirəm ki, dəvətimi qəbul edib gəldi. Bir il ərzində iki disk hazırladıq. Biri “Aslan pəncəli İbad”dır ki, burda 14 marş yazılıb. İnanıram ki, Azərbaycan gəncləri vətəni necə sevməli, vətən üçün nələr etməli olduqlarını marşa qulaq asdıqca dərk edəcəklər.
İkinci “Qurd balası” poemasıdır. Ağalar Bayramov bu poemanı və İbad Hüseynliyə həsr olunmuş şeirləri son dərəcə təsirli səsləndirmiş, ifa etmişdir.
Düşünürəm ki, bu layihə həqiqətən Azərbaycan gəncliyinin qəlbində vətən, torpaq məhəbbətini gücləndirəcək, işğal altında olan torpaqlarımızın geri qaytarılması naminə onlara güc, qüvvət verəcək. Bu mənada belə tədbirlərin mütəmadi keçirilməsinə böyük ehtiyac var.
Çıxış edənlər sırasında Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev də var idi. O, dedi:
- Mən İbad müəllimlə Abşeronda keçirilən tədbirlərdə iştirak edərkən dəfələrlə görüşmüşük. Sözsüz ki, qəhrəmanlıq hər adama nəsib olmur. Qəhrəman o kəsdir ki, o, vətənini sevir, xalqını sevir, başqalarından bu kimi xüsusiyyətləri ilə fərqlənir. İbad tarixləşən qəhrəmandır. Azərbaycan dövlətinin tarixində İbadın xüsusi yeri, adı var. İbad hərbi vətənpərvərlik tərbiyəsinin simvoludur. Burda milli qəhrəmanımız haqqında müxtəlif çıxışlar oldu, onun haqqında çox dəyərli sözlər deyildi. Mən də o dəyərli sözlərə qoşuluram, İbad Hüseynov, sizə Tanrıdan möhkəm can sağlığı arzulayıram. Qoy gələcək gənc nəsillər sizin qəhrəmanlıq yolunuzdan nümunə götürsünlər.
Digər çıxışçılar da İbad Hüseynovun qəhrəmanlıq yoludan qürur hissi ilə söz açdı, bu yolun əbədiləşməsi naminə vətənpərvər müğənni Səyyad Əlizadəyə və onunla bərabər zəhməti olanlara sözügedən layihəni hazırladıqları üçün öz təşəkkürlərini bildirdilər.
Tədbirin sonunda çıxış edən İbad Hüseynovun alovlu, bir qədər də təsirli çıxışı özü ilə yanaşı, tədbir iştirakçılarını əməllicə kövrəltdi! Yaşasın VƏTƏN! Yaşasın Milli Qəhrəman İbad Hüseynov! Yaşasın layihə rəhbəri, Azərbaycanın vətənpərvər sənətçisi Səyyad Əlizadə! Yaşasın şeir və poemaları dinləyicilərə səlis çatdıran gözəl diksiyaya malik, qiraət ustası Ağalar Bayramov!
P.S. İnanıram ki, Səyyad Əlizadənin bu gün təqdim etdiyi albomlar gənc nəslin vətənpərvər ruhda böyüməsində önəmli rol oynayacaq, bu yolda sənətçiyə yüksək uğurlar qazandıracaq!

Aslan pəncəli İBADAslan pəncəli İBADAslan pəncəli İBADAslan pəncəli İBADAslan pəncəli İBADAslan pəncəli İBADAslan pəncəli İBADAslan pəncəli İBADAslan pəncəli İBADAslan pəncəli İBADAslan pəncəli İBADAslan pəncəli İBADAslan pəncəli İBADAslan pəncəli İBADAslan pəncəli İBADAslan pəncəli İBADAslan pəncəli İBADAslan pəncəli İBADAslan pəncəli İBADAslan pəncəli İBADAslan pəncəli İBADAslan pəncəli İBADAslan pəncəli İBADAslan pəncəli İBADAslan pəncəli İBADAslan pəncəli İBADAslan pəncəli İBAD
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Rusiya Türkiyə sərhədində hərbi baza tikəcək 17:17Prezident İlham Əliyev: Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır 17:11Binalar niyə isinmir? - RƏSMİ CAVAB 17:07Cennifer Lopez təcavüz qurbanı olduğunu etiraf etdi 17:06Adam öldürüb Azərbaycana qaçdı, 10 il sonra tutuldu 17:01Xaçmazda DƏHŞƏT - Qatar 20 yaşlı gəncin üstündən keçdi, meyiti hissələrə bölündü 12:33Prezident və birinci xanım Dünya dini liderlərinin II Sammitində iştirak edir 12:31Heydər Əliyev Fondunun YENİ LAYİHƏSİ: şəkərli diabet xəstələri insulinlə təmin ediləcək 12:29Staloninin keçmiş xanımı: "Madonnanın əri ilə yatdım" 12:27Almaniyada azərbaycanlı radikallar həbs olunub 10:09Mikser oğlunun gözü qarşısında ananı öldürdü 10:06Meşədə kütləvi dava: 3 nəfər baltalandı, 1 nəfər bıçaqlandı - Təfərrüat 10:01Doktoranturaya qəbul qaydalarında dəyişiklik edildi 09:57Sumqayıtda 5 marketdən seyf oğurlayan şəxslər saxlanılıblar 09:53Azərbaycanda mövcud nəqliyyat problemləri və onların həll yolları 09:50Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti öz işinə başlayır 09:44Anyes özünü Boliviyanın lideri elan etdi – Bütün rəhbər şəxslərin istefasının nəticəsi 09:40Məşhur müğənni qumarda SƏRVƏT UDUZDU - ŞOK MƏBLƏĞ 09:37Bu futbolçular məşqə gecikdiklərinə görə 20 min funt sterlinq cərimə verəcəklər 09:31Hansı sevgili tipini daha tez tapmaq olar? KARMA SİRLƏRİ 09:27Nazirlikdən ƏHALİYƏ XƏBƏRDARLIQ: hava kəskin dəyişir, güclü yağış, külək gəlir 18:09Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib 17:17Prezident Administrasiyası: Azərbaycanın multikulturalizm ideyası onun xarici siyasətinin səmərəliliyini artırır 12:27“Günəşli” Nevroloji Sanatoriyası daim xəstələrin xidmətindədir 12:26Yevlaxda aztəminatlı ailələr üçün meyvə bağları salınıb 12:23Axtarışda olan 30 nəfər eyni gündə tutuldu 12:19Gələn ilin əvvəlindən pensiyalar bu qədər artacaq - Fond sədrindən AÇIQLAMA 12:16Xətai Sənət Mərkəzində “MƏNİM YAY TƏTİLİM-2019” Respublika uşaq rəsm müsabiqəsi başa çatmışdır 12:08Rusiyadan gələn Azərbaycan vətəndaşında beşbarmaq və bıçaqlar aşkarlandı 11:49“Ağ Evin şərti budur ki….” - Ərdoğan-Tramp görüşündən əvvəl sürpriz gəlişmə 11:46İlin futbolçusu seçildi - RONALDO GERİLƏDİ 11:42Bakıda 39 yaşlı kişi ilə 47 yaşlı qadın yoxa çıxdı - AXTARIŞ APARILIR 11:39Günün qoroskopu: Çoxlarını təəccübləndirəcəksiniz 11:355 yeni dartı yarımstansiyası tikilir 21:47Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi “Bir kəmər, bir yol” layihəsi çərçivəsində ölkənin əhəmiyyətinin artmasına səbəb oldu - Deputat 21:41Polis Bakıda ƏMƏLİYYAT KEÇİRDİ: saxlanılanlar var 21:35Çaylarda sululuq səviyyəsi dəyişib 21:26Merkel Avropanı yeni silah sistemlərini inkişaf etdirməyə çağırdı 21:22Evlənmək istəyən 39 nəfərdə sifilis, 19 şəxsdə isə QİÇS aşkarlanıb 21:16Xətai Sənət Mərkəzində “DOĞMA DİYAR ” Respublika uşaq rəsm müsabiqəsi elan olunur. 21:02DYP-dən piyadalara MÜRACİƏT: Vacib tövsiyyələr 20:43Ərdoğan: Moskva Ankara qarşısındakı öhdəlikləri yerinə yetirməyib 22:02"Barselona"da ciddi itki 21:57Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair fərmanın icrası çərçivəsində hazırlanmış ikinci qanunvericilik paketi parlamentdə müzakirə olunur 21:51Azərbaycanla Litva arasında əməkdaşlığın perspektivləri müzakirə olunub 21:47"Bakcell"dən tamamilə yeni İnternet paketləri 21:421992-ci ildən Ukraynada 60 jurnalist həlak olub 21:29Baş nazir Əli Əsədov Bolqarıstanın Əmək və Sosial Siyasət naziri ilə görüşüb 21:24Azərbaycanda 40 minə yaxın kənd təsərrüfatı mülkiyyətçisi vergi uçotuna alınmaqla bağlı ərizə təqdim edib 21:19Prezident Azərbaycanın televiziya və radio işçilərinə fəxri adlar verib - SƏRƏNCAM 21:14“Ayaks”ın baş məşqçisindən sərt sözlər: “VAR bunu necə görmür ki?” 21:08Türkiyə və Rusiya hərbçiləri Suriyada ikinci patrula başlayıb 19:52Goranboyda xalça istehsalı emalatxanasının tikintisi üçün 2 milyon manat ayrılıb - SƏRƏNCAM 19:47Məktəbəhazırlıq qruplarında dərslik çatışmazlığı yaşanır 19:42Məcburi köçkünün sosial yardımı mənimsənilib 19:36Bələdiyyə seçkilərində namizədlərin qeydə alınması üçün sənədlərin təqdim edilməsinə başlanılır 21:18Ötən gün güclü külək Bakıda fəsadlar törədib 21:15Azərbaycan əhalisinin banklardakı əmanətləri artıb 21:06Bakı-Şamaxı yolunda mikroavtobus aşıb, 2 nəfər ölüb, 5 nəfər yaralanıb 21:02Sumqayıtda avtomobil qəzasında 3 nəfər ölüb 20:59