11 sen 17:06sosial

Yol polisi gücləndirilmiş iş rejimində işləyəcək

Yol polisi gücləndirilmiş iş rejimində işləyəcək Yol polisinin əməkdaşları yeni dərs ilinin başlaması ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcəklər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, yeni dərs ilinin başlaması ilə əlaqədar hər il olduğu kimi, bu il də ənənəvi olaraq təhlükəsizliyin təmin edilməsi ilə bağlı, xüsusilə məktəbyaşlı uşaqların yol qəza hadisələrindən həyat və sağlamlıqlarının qorunması, eləcədə yol hərəkəti qaydalarına dair onlara biliklərin veriləsi ilə əlaqədar sentyabrın 15-dən oktyabrın 15-dək "Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə artıq tədbirlər planı hazırlanıb. Yeni dərs ilinin başlaması ilə əlaqədar polis gücləndirilmiş iş rejimində xidmət edəcək. Təhsil müəssisələri, onlara bitişik küçə və yollar tərəfimizdən nəzarətə götürülməklə xidmət davam etdiriləcək. Eyni zamanda, təhsil müəssisələrinin ətrafında süni sıxlığın, tıxacların yaranmaması üçün həmin ərazilərdə əməkdaşlarımız xidmət aparacaq və dayanma-durma tələblərinin yerinə yetirilməsi ilə bağlı nəzarət gücləndiriləcək. Bununla əlaqədar avtomobillərin sahiblərindən, sürücülərdən xahiş edirik ki, təhsil müəssisələrinə bitişik küçə və yollar üzrə hərəkət edərkən yolların hərəkət hissəsində dayanıb azyaşlıların düşürüb mindirilməsinə diqqət yetirsinlər. Unutmayın ki, bir istiqamətli iki hərəkət zolağı olan avtomobil yolunda təxminən 30 saniyə dayanmaqla eyni istiqamət üzrə hərəkətdə olan 60-a yaxın nəqliyyat vasitəsinin sürücüsünün təxminən 7-10 dəqiqə ləngiməsi deməkdir. Ona görə də avtomobil sürücüləri və sahibləri təhsil müəssisələri istiqamətində hərəkət edərkən diqqətli olmalı və başqa hərəkət iştirakçılarını da düşünməlidir. Ən azından avtomobili olmayan və ictimai nəqliyyat vasitələri ilə hərəkət edən sərnişinlərin də belə məktəb istiqamətində və yaxud işə ləngiməmələri üçün bu tələblər mütləq yerinə yetirilməlidir.
"Yol hərəkəti qaydalarının öyrədilməsi, azyaşlı uşaqların həyat və sağlamlıqlarının yol qəza hadisələrindən qorunması ilə bağlı müəllimlərə və valideynlərə də müraciət edirik ki, sizdə ən azından yol hərəkət qaydalarına dair bildiklərinizi uşaqlara öyrədin. Unutmayaq ki, təhlükəsizliyin təmin edilməsi hər birimizdən asılıdır. Məlumat üçün bildirirəm ki, aparılan təhlillər onu deməyə əsas verir ki, süni sıxlığın, tıxacların yaranması təhsil müəssisələri və onlara bitişik ərazilərdə dayanma-durma tələblərinin düzgün yerinə yetirilməməsi ilə bağlıdır. Bu məqsədlə aparılan müşahidələrdə göstərir ki, bu ərazilərdə dayanma-durma tələbləri düzgün yerinə yetirilsə və əvvəlcədən sürücülər bunu düzgün nəzərə alıb təlimat üzrə hərəkət etsələr süni sıxlıqda yaşanmaz. Məsələ bundadır ki, bir çox sürücülər düz məktəbin qapısında avtomobili saxlamaqla uşağın minib düşməsini təmin edirlər. Buda həmin ərazilərdə sıxlığın yaranmasına səbəb olur”, - deyə V.Əsədov bildirib.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib 18:29Mehriban Əliyevanın sayəsində Azərbaycanda gimnastların məşqləri üçün gözəl şərait yaradılıb - İrina Viner-Usmanova 18:26Cavid Qurbanov: BTQ region ölkələrini Avrasiya məkanında mühüm nəqliyyat və logistika mərkəzinə çevirməkdədir 18:24“Bugünkü inkişafın təməlində “Əsrin müqaviləsi” durur” 18:13Şərqi Azərbaycan vilayətində Azərbaycan dili tədris olunacaq 10:44Məhkum oğluna narkotik gətirən ata tutulub 10:39Sosial evlərdən kimlər “ev kolleksiyası” yaradır? 10:35Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək 10:28"Bu ölkə yox olacaq..." — Gerçəkləşməyə başlayan Vanqanın proqnozları 10:19Bakıda qaşlarını tatu etdirən qadının başına iş gəldi - 700 manat versə də... 16:09Azərbaycanda məktəblinin ölümünə səbəb olan şəxs tutuldu 16:04AMEA-nın iki institutuna direktor seçilib 16:00Akademik İsa Həbibbəyli Kazanda görüşlər keçirib 15:56Səhiyyə Nazirliyi Balakəndə karantin elan edilməsi ilə bağlı RƏSMİ 15:43“Günəşli” Nevroloji Sanatoriyası daim xəstələrin xidmətindədir 15:39Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib 15:38Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının sədrinin birinci müavini seçilib 15:32Dünya çempionatında Azərbaycan gimnastlarının NƏTİCƏLƏRİ 15:27Komitə sədri: Kinematoqrafiya sahəsinə də imtiyazların aid edilməsini arzu edirik 15:22Bakcell və ASAN könüllüləri növbəti dəfə uşaqları sevindiriblər 15:17Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur 18:33Azərbaycanda təcili yardım maşını qəzaya uğradı - YARALILAR VAR 18:29Putin Türkiyəyə gəldi 18:25Şamaxı yolunda "RAV 4" aşdı, ölən və yaralanan var 18:22İranda tayfalararası dava - Ölənlər var 18:18Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib 18:12Kiprli gimnast: Bura cənnətdir 18:08Prezident İlham Əliyev: Təhsilin səviyyəsinin qaldırılması gündəlikdə duran vacib məsələlərdəndir və bu istiqamətdə nəticələr var 18:04Dəmiryolçuların idman spartakiadası keçirilir 17:39Professional Reablitasiya işi tibbi nailiyyətlərə imza atır 17:34Gəncədə Heydər Əliyev Fondu tərəfindən inşa və təmir olunan yeni məktəblər və uşaq bağçası istifadəyə verilib 17:24Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib 17:01Bakıda mağazadan 2 min manatlıq oğurluq edən şəxs tutulub 16:23Qazaxıstanda silah anbarı partladı: yaralılar var 16:18Prezident İlham Əliyev Böyük Britaniya səfirinin etimadnaməsini qəbul edib 16:12Anasıgilə gedəcəyini deyən gəlin azyaşlı qızı ilə yoxa çıxdı 16:08Bakcell qısa müddətdə LTE şəbəkəsi üzrə Azərbaycanda ən böyük layihəni həyata keçirib 16:03Bakı metrosunda qrafik dəyişdi: artıq belə gedəcəyik 15:58Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı keçiriləcək 17:41Ölü heyvan ətinin satışı ilə məşğul olan mütəşəkkil dəstə saxlanılıb 17:36Bakıda taksi sürcüsünə quldurluq edən dəstəyə 34,5 il cəza verildi 17:31Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib 17:16Sumqayıtda Ermənistan istehsallı müxtəlif növ spirtli içkilər məhv edilib 17:12Yuri Borisov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasını istəyir 17:07Dünyanın ən yaxşı universitetlərinin adları açıqlanıb - SİYAHI 17:03Yuxusuzluq axırımıza çıxır - Uğursuzluğun əsas səbəbi... 16:59Messi: "Neymarın "Barselona"ya qayıtmasını çox istərdim" 16:54“Forbes” milyarderlərin reytinqini yenilədi: siyahıda azərbaycanlı da var 16:50"Pəhləvanlar" kafesində qadın alverində təqsirləndirilən dəstənin məhkəməsi başladı 17:28Türkiyədə dəhşətli QƏZADA 10 nəfər ölüb 17:23Oqtay Əsədov: Təəssüf ki, bəzən “ikili standartlarla” yanaşmanın şahidi oluruq 17:17Milli Məclisin payız sessiyasının ilk komitə iclası keçirilib 17:11Yol polisi gücləndirilmiş iş rejimində işləyəcək 17:06Əli Əhmədov: "Azərbaycanda "uşaqpulu verilmir" fikrinin səsləndirilməsi düzgün deyil" 17:03Azərbaycanda dövlәt hesabına mәnzil alanların sayı çoxalıb 16:59Assosiasiya sədri: Bu il Azərbaycanda 6 min tona yaxın bal istehsal edilib 16:55Kriştiano Ronaldo yeni rekord müəyyən edib 16:50Alimlər qocalığın qarşısını alan üsulu tapdılar - İnanılmaz kəşf 16:45ÖZÜNÜ SEVDİRƏ BİLMƏDİN MƏNƏ 20:23Nümunəvi tibb ocağı 19:07