27 may 11:08sosial

Sürüşmə zonasından köçürüləcək ailələrə ŞAD XƏBƏR: yardımın məbləği MÜƏYYƏNLƏŞDİ

Sürüşmə zonasından köçürüləcək ailələrə ŞAD XƏBƏR: yardımın məbləği MÜƏYYƏNLƏŞDİ Bakı şəhərinin Bayıl yamacındakı sürüşmə zonasından köçürüləcək 92 fərdi yaşayış evlərinin sahiblərinə hər bir ev üçün minimum 35 min manat maddi yardım ödəniləcək.
Bu, Nazirlər Kabinetinin Bakı şəhəri, Səbail rayonu ərazisində Bayıl dərəsinin yamacları boyunca baş vermiş torpaq sürüşməsi ilə əlaqədar köçürülməsi zəruri olan fərdi yaşayış evlərində yaşayan sakinlərə birdəfəlik maddi yardımın ödənilməsi barədə sərəncamında əksini tapıb.
Həmin 92 ailə arasında 27 məcburi köçkün ailəsi də var. Sərəncama əsasən, ümumilikdə, 9 milyon 201 min 533 manat Səbail rayon İcra Hakimiyyətinin hesabına köçürüləcək və İcra Hakimiyyəti bu vəsaitlərin müvafiq qaydada bank hesablarına köçürülməsini təmin edəcək. Başqa sözlə, 92 fərdi yaşayış evində yaşayanların köçürülməsi üçün birdəfəlik yardım qismində 8 milyon 920 min 312 manat, bank xərcləri üçün 31 min 221 manat ayrılıb. Fərdi evlərin sökülməsi və tikinti illəri başa çatdıqdan sonra ərazinin abadlaşdırılması üçün 250 min manat ayrılıb.
Sərəncama əsasən, evlərinin sahəsi az olan ailələr xüsusi olaraq nəzərə alınıb və 35 min manat minimum maddi yardım da məhz bu səbəbdən müəyyənləşdirilib.
Qeyd edək ki, 2018-ci il fevralın 10-da Bayıl sürüşmə sahəsində, Bakı Televiziya Qülləsi yaxınlığında (teleqüllədən 200-250 m cənub-şərqdə) sürüşmə baş verib. Səbail rayonu Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə sürüşmə nəticəsində 4-ü tam, 2-i qismən olmaqla, 6 ev uçub. Nazirlər Kabineti tərəfindən yaradılan Dövlət Komissiyasının qərarı ilə həmin 6 ev köçürülüb. Nazirlər Kabinetinin sərəncamına əsasən, Səbail rayonu Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə 10 fevral 2018-ci il tarixdə baş vermiş lokal torpaq sürüşməsi nəticəsində ev əşyaları ilə birlikdə dağılaraq yaşayış üçün tam yararsız vəziyyətə düşüb, ümumi sahəsi 306 kvadrat metr olan 4 fərdi yaşayış evinin, həmçinin bir hissəsi dağılaraq yaşayış üçün yararsız vəziyyətə düşmüş ümumi sahəsi 182 kvadrat metr olan 2 fərdi yaşayış evinin sahiblərinə evin bir kvadrat metri üçün 700 manat və hər bir evdə yararsız vəziyyətə düşmüş ev əşyaları üçün 1500 manat olmaqla birdəfəlik maddi yardım ödənilməsi qərara alınıb.
Nazirlər Kabineti sürüşmə zonasında yaşayan 92 ailənin də müvəqqəti olaraq həmin ərazidən köçürülməsi və onlara kirayə mənzillərdə yaşamaları üçün ailə tərkibinin sayına uyğun olaraq fevral ayından başlayaraq 11 ay müddətində kirayə haqqı verilməsi barədə də qərar verib. Normativlərə uyğun olaraq ailə tərkibi 1-5 nəfər arası olanlara 200 manat, 6-7 nəfər olana 250 manat, 8-dən çox olanda 300 manat müəyyən olunub. O əraziyə işıq, qaz və digər kommunal xidmətlər müvəqqəti dayandırılıb. 2018-ci ilin dekabrında 11 aylıq müddət başa çatıb və Nazirlər Kabinetinin qərarları ilə bu müddət daha 5 ay artırılmışdı.
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Vikipediyada “Cümhuriyyətin 9 şəkli” filmi haqqında məqalə yaradılıb 15:11Sevinc Qədirova “Azərbaycan Dəmir Yolları” QSC-dən ayrıldı 00:04Nəsib Məhəməliyev : Mədəni irsimizin belə bir nüfuzlu təşkilatın reyestrinə salınmasının arxasında çox böyük zəhmət durur 18:27Çindən Azərbaycana daha bir blok qatarı çatır 22:03ABŞ-la ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub 21:58Azərbaycan karbamidinin konteynerlərdə ilk partiyası BTQ üzrə Türkiyəyə uğurla göndərilib 21:41Səmimi və qayğıkeş insanlar... 21:22Millət vəkili Cavid Osmanov: “Azərbaycana ləkə gətirmək istəyən Orduxan, Sevinc Osmanqızı və Qənimət Zahid kimi satqınları xalqımız pisləyir" 20:31İxtisara düşdü, iş yerini partlatmaq istədi - Qumbara ilə 14:48Bakıda gölü çirkləndirən Biləsuvar sakininə protokol yazıldı 14:43Müəllimlərin işə qəbulu üzrə imtahanların TARİXLƏRİ açıqlandı 14:36Gəncədə mənzildən oğurluq edən şəxslər saxlanılıb 14:28Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahıda məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksinin açılışında iştirak ediblər 14:23Baş nazirin müavini: Azərbaycanda həyata keçirilən siyasətin mühüm bir hissəsi ekoloji tarazlığın təmin edilməsidir 14:18“Nəsimi ili” nin izi ilə 15:07Kabildə diplomatik məhəllədə PARTLAYIŞ - 34 ölü, 68 yaralı 11:58Hindistanda yol qəzasında 24 nəfər həlak olub 11:21Suriyada hava hücumu nəticəsində dörd nəfər həlak olub 11:13Bu gündən Bakı Metropoliteni yay qrafikinə keçir 11:07İyulda 42 dərəcə isti olacaq - AYLIQ PROQNOZ 11:02Bu gündən qabiliyyət imtahanları başlayır 10:34Azərbaycan NATO-nun tanıtım proqramında təmsil olunur 10:26Novruz Aslan: İstedadlı bəstəkar, fəal ictimai-siyasi xadim 00:45Sumqayıtda marketdə işləyən 18 yaşlı oğlan itkin düşdü 12:11Salyanda yanacaqdoldurma məntəqəsində ölüm 12:06Tuncəlidə 8 PKK terrorçusu zərərsizləşdirilib 12:02Azərbaycan Turizm Bürosu: İran və Rusiya tərəfdən böyük təşəbbüslər var və mütləq şəkildə onlardan istifadə etməliyik 11:57Magistraturaya qəbul olunan bakalavrların nəzərinə! 11:55Deputatlar bu gün toplaşır - Növbədənkənar iclas 10:27Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb 11:16Binəqədidə 6 otaqlı ev yanıb 11:13Meksikada silahlılar özünümüdafiə qüvvələrinə hücum edib, ölənlər var 11:11Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminin görüntüləri yayılıb 10:59DİN: Yol qəzalarında 11 nəfər ölüb, 4 nəfər xəsarət alıb 13:13Qonşu ölkədən meyvə ixracı azalır 11:59Təhsil Nazirliyindən dərsliklərlə bağlı ÇAĞIRIŞ 11:50Sumqayıtda üçmərtəbəli ticarət mərkəzi yanıb 10:48İmamoğlu: İstanbulda qanun və ədalət hökmranlıq edəcək 10:47Banqladeşdə qatar relslərdən çıxıb: ölü və yaralılar var 10:44İndoneziya adaları yaxınlığında güclü zəlzələ olub 10:43Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır 10:38Millət vəkili: Dövlət başçısının imzaladığı sərəncamlarda sosial ədalət və inkluzivlik təmin edilir 10:35DİQQƏT: Sabah bu ərazilərdə 40 dərəcə isti olacaq 13:58Prezidentdən dövlət qulluqçularına mühüm mesaj 13:51Deputat: Azərbayan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması dünya üçün də bir ismarışdır 19:05Bakıda toya hazırlaşan sürücü qəza törətdi - Ölən var 18:53Xəzərdə motorlu qayıq dənizdə üzən kişini vurub öldürdü 18:48PA: Müdafiə Sənayesi Nazirliyi ləğv olunmuş hesab edilmir və öz fəaliyyətini davam etdirir 18:37Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İkinci Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançıları ilə görüşüb 18:25Elnur Əbülfəzoğlu 17:17“Dərzi Mehman” yolunuzu gözləyir! 17:11Milli Məclis daha bir növbədənkənar iclasını keçirdi 16:23Bakıda çökə ağacından ibarət analoqu olmayan park salındı 16:11Eldar Quliyev təltif olundu 13:18Nazirlik Suraxanıda bələdiyyə sədrini 2500 manat cərimələdi - SƏBƏB 10:51"Əmi" ləqəbli narkotacir Hacıqabulda saxlanıldı 10:48Birinci vitse-prezident Mehriban Əliyeva 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub 10:46Deputat: Azərbaycan uğurlu sosial dövlət örnəyi kimi dünyanın diqqət mərkəzindədir 10:43Bir mənzili bir neçə nəfərə satan şirkət rəhbəri: Məni şəriklərim aldadıb 10:41Pay torpaqlarının idarə olunması üçün yeni TƏKLİF 10:38Bu günədək 460 min hektar sahədə taxıl biçilib - Məhsuldarlıq nə qədərdir? 10:35Boris Conson və Ceremi Hant baş nazir postu uğrunda mübarizə aparacaq 10:33Minskdə II Avropa Oyunları çərçivəsində Azərbaycan Günü keçirildi 10:27Bu meşəyə girən heç kəs SAĞ ÇIXMIR: İnsanı dəhşətə gətirən FAKTLAR 10:25Seyyad Əlizadə və Ayşən Mehdiyeva - Şığıdın düşmən üstünə 16:27