16 mar 17:28siyaset

Birinci vitse-prezident Mehriban Əliyeva yazıçı Anarı 80 illik yubileyi münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva yazıçı Anarı 80 illik yubileyi münasibətilə təbrik edib Birinci vitse-prezident Mehriban Əliyeva xalq yazıçısı Anarı 80 illik yubileyi münasibətilə təbrik edib.
Təbrikdə deyilir: "Hörmətli Anar müəllim. Sizi – Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan canlı klassikimizi və görkəmli yazıçını 80 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə ən xoş arzularımı çatdırıram.
Sizin ən müxtəlif ədəbi üslubda yazdığınız əsərlər və dramaturgiya sahəsindəki fəaliyyətiniz Azərbaycanda ədəbi fikrin formalaşması və mədəniyyətimizin inkişafı baxımından misilsiz əhəmiyyət daşıyır.
Əsərlərinizin əsas xüsusiyyətlərindən biri kimi Azərbaycan dilinin saflığının qorunması, sadə Azərbaycan dilində yazıb-yaratmağınız Sizin bu dilə olan sevginizin ifadəsidir. Məhz buna görə də yazdığınız əsərlər üslub və janrından asılı olmayaraq Azərbaycan oxucusunun sevimli əsərlərinə çevrilməklə yanaşı, ədəbi zövqün formalaşması baxımından mühüm rola malikdir.
Sizin səmərəli yaradıcılığınızın təsiri altında Azərbaycan ədəbiyyatında böyük bir ədəbi nəsil yetişmişdir. Bir-birindən maraqlı və təkrarsız əsərlərinizdə həm milli-mənəvi dəyərlərin təbliği, həm də müasirliyin tərənnümü böyük ustalıqla təsvir olunmuşdur.
Siz ədəbi fəaliyyətinizlə yanaşı, Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edirsiniz. Bir ziyalı kimi nümayiş etdirdiyiniz müdriklik, vətənpərvərlik və prinsipial mövqe bu gün bir çoxları üçün nümunə rolunu oynayır.
Təsadüfi deyil ki, Siz dövlətimizin ən ali təltiflərinə layiq görülmüsünüz. Çoxsaylı təltifləriniz Sizin əməyinizin yüksək qiymətləndirilməsini göstərməklə yanaşı, fəaliyyətinizin nə qədər səmərəli və gərəkli olmasının göstəricisidir.
Hörmətli Anar müəllim, bu əlamətdar gün münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, yeni yaradıcılıq uğurları, doğmalarınızın və yaxınlarınızın əhatəsində sağlam və firavan həyat arzulayıram".
Whatsapp-da paylaş
SON XƏBƏRLƏR
Tahir Mirkişili: Prezident “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” tezisini bir daha təsdiq etdi 14:42Azərbaycan Kooperasiya Universitetində mediatur təşkil olunub 13:44Zaqatala sakini külli miqdarda narkotiklə saxlanılıb 12:08Göldə çimənlər zəhərləndi - 27 nəfər xəstəxanaya düşdü 12:04ABŞ Səfirliyi amerikalı idman elçilərinin Azərbaycana səfərini maliyyələşdirir 12:02Bu ölkənin paytaxtı dəyişdirilir - 2021-ci ildən 12:02Axtarışda olan 34 nəfər saxlanılıb 12:00Filadelfiya limanında gəmidə 16,5 ton kokain aşkar edilib 11:58İsa Həbibbəyli: Maaş artımı AMEA-nın 300-dən çox əməkdaşına şamil edilir 11:52160 minə yaxın müəllimin maaşları artırılacaq 11:27Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib 11:24Səfir: Azərbaycandan Türkiyəyə gedəcək turistlərin sayında artım gözlənilir 11:20Deputat: Prezident İlham Əliyev tərəfindən imzalanan növbəti sosial paket inqilabi addımdır 11:18“Lada”lar yenə bahalaşacaq 11:16Hər il aeroportlarda niyə 25 milyon çemodan itir? - Faktlar 11:12Azərbaycanda 21 yaşlı qız 11 gündür yoxa çıxıb 11:05Yol polisləri “Son zəng” günü məktəblərdə maarifləndirmə işləri apardı 15:47DİQQƏT! Bu yolda təmir və rənglənmə var 11:58Komitə sədri: Bu gün Azərbaycanda qadınların cəmiyyətdə aktiv iştirakı üçün hər cür şərait yaradılıb 11:56Totti 30 ildən sonra “Roma”nı tərk etdi 11:54Azərbaycan və Pakistan xüsusi təyinatlılarının birgə təlimləri keçiriləcək 11:52Uşaq otağını dekor edərkən belə səhvlər buraxmayın 11:50Nesta "Frozinone" klubunun baş məşqçisi oldu 10:45Şamaxının Sabir qəsəbəsində ev yanıb 10:43Türkiyədə sel gəldi, ölənlər var 10:42Türkiyədə sərnişin avtobusu aşıb, çox sayda yaralı var 10:37Bakıda çimərlikdə FACİƏ, 15 yaşlı uşaq dənizdə batdı 10:35Azərbaycan Ordusu bütün əsas istiqamətlərdə inkişaf edir - Müdafiə naziri 10:32Müdafiə naziri yeni təlim mərkəzinin açılışında iştirak edib 10:29Dabo və Mustivar "Neftçi"ninin düşərgəsini tərk etdi - SƏBƏB 16:17“Dəli Kür”ün Mələyi 80 yaşını əməkdar artist kimi qeyd etmək istəmir 16:14Hansı halda şirkətin və şəxsin BOKT-un kapitalındakı payı geri alınacaq? 16:10Ağstafada 4 nəfərin qatili könüllü təslim oldu - RƏSMİ 16:05Birinci vitse-prezident Mehriban Əliyeva: Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir 12:55Mədət Quliyev: Heydər Əliyevin Azərbaycanda rəhbərliyi öz üzərinə götürməsi dövləti siyasi iflasdan, vətəndaş müharibəsindən və yenidən əsarət altına düşməkdən xilas etdi 12:52Deputat: Heydər Əliyev xilaskar missiyasını şərəflə yerinə yetirdi 12:50Çin Rusiyadan kənd təsərrüfatı məhsullarının idxalını artırır 12:47Peşəyönümlü siniflərin yaradılması üçün hazırlıq işləri görülür - Nazir 12:36Vergilər naziri: Nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflaşmasına xidmət edir 14:04Bakıda iş adamını öz maşınında güllələdilər 12:19Azərbaycanda "SON ZƏNG" çalındı 12:06Maştağa sakininin həyətindəki istixanalarda yetişdirdikləri polisi ŞOKA SALDI 12:02"Qarabağ" "Real"ın sabiq üzvünü transfer edir 11:56Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bütün dünyada gender bərabərliyi hərəkatının ön sıralarında durur - TÜRK PA Baş katibi 11:39Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı açıqlanıb 11:35Ağ Evin mətbuat katibi işdən çıxır 11:32Ərdoğan səlahiyyətlərini təhvil verdi - KİMƏ və NİYƏ? 11:29Bakıda polis əməliyyat keçirdi, külli miqdarda narkotik daşıyan maşın saxlanıldı 11:25Ceyhun Bayramov: Bütün 5 yaşlı uşaqları məktəbəqədər təhsillə əhatə etmək əsas hədəflərdəndir 11:22Türkiyənin 28 şəhərində əməliyyat keçirilir 12:21"Yanardağ" qoruğuna əcnəbi turistlər üçün giriş haqqı dəyişdiriləcək 12:20Azərbaycan-Rusiya sərhədində əməliyyat zamanı 5 tona yaxın çətənə kolu məhv edilib 12:19Ali məktəblərə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlayır 11:49Azərbaycanda pəhriz və uşaq qidalarının istehsalına nəzarət gücləndiriləcək 11:43Qılıncoynadanlarımız Antalyada Avropa çempionatına hazırlıqlarını davam etdirir 11:41Bərdədə Təcili Tibbi Yardım maşınına hücum edən şəxs saxlanılıb 11:39Xəzərdə 4 bal gücündə zəlzələ olub 11:37Gədəbəy sakinini gözündən bıçaqlayan şəxs tutulub 11:36Ərdoğan S-400 məsələsində nöqtəni qoydu 11:34Si Cinpin Qırğızıstana dövlət səfərinə gedib 11:33XİN: Serbiya Rusiya və ABŞ sammitinə ev sahibliyi etməyə hazırdı 11:32Şamaxıda taxıl sahələrində baş verən yanğınla bağlı RƏSMİ 11:30Deputatlar bu gün növbədənkənar iclasa toplaşır – Gündəlikdə 36 məsələ var 11:27Uşaq əməyinin istismarına qarşı mübarizə sahəsində Azərbaycanda fəal dövlət siyasəti həyata keçirilir 13:39"Santa Barbara"nın aktyoru dünyasını dəyişdi 13:33