Sizin reklam burada
Sizin reklam burada
  • Vyanada Azərbaycan ilə Macarıstan arasında iki sənəd imzalanıb

    Vyanada Azərbaycan ilə Macarıstan arasında iki sənəd imzalanıb ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirakı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
    AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında əməkdaşlığın və siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub.
    Nazirlər iki ölkə arasında gündəlikdə olan məsələlərə nəzər salıblar və müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin Azərbaycan ilə Macarıstan arasında təhsil sahəsində son illər əldə edilən uğurları təqdir ediblər.
    Azərbaycan ilə Macarıstan arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyinə toxunan nazirlər bu istiqamətdə səylərin artırılacağını bildiriblər.
    Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesindən, bu xüsusda dünən baş tutan görüşlərdən söz açıb və münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu bildirib.
    Görüşdən sonra nazirlər Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Hökuməti arasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları haqqında Saziş və Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2018-2020-ci illər üzrə İş Proqramını imzalayıblar.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ